Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Jurnalistlər Beynəlxalq Simpoziumun gedişatı ilə maraqlanıblar (FOTOLAR)

27 May 2019, 14:56 (GMT +4)

Bakı, 27 may, SalamNews. Məlumat verildiyi kimi may ayının 21-i Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində "Təbiətdən Tarixə" adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun açılış mərasimi baş tutub. 

SalamNews xəbər verir ki, Beynəlxalq Simpoziumu yaxından izləmək üçün "ABAD" bir qrup media nümayəndəsini Şəki şəhərinə səfərin təşkil edib.

"Təbiətdən Tarixə" adlı Keramika üzrə Beynəlxalq Simpoziumun kuratoru Mir Teymur Məmmədov Jurnalistlərə məlumat verib ki, simpozium ölkəmizdə keramika sahəsi üzrə ilk beynəlxalq və irimiqyaslı tədbirdir:

"SSRİ vaxtından çalışmışam ki, ölkədə belə sipmozium olsun, amma alınmayıb. Bu simpoziuma dünyanın o başından gəlib qatılanlar var. Bu da simpoziumun nüfuzundan xəbər verir. Burada iştirak edən rəssamlar dünyaca tanınmış, ömrünü sənətə verən, ölkələrində kifayət qədər tanınan rəssamlardır. Bu, bizim üçün böyük bir qələbədir. Mən istərdim, sipmoziumlar ağ qara qrafikada, rəngkarlıqda da olsun. Sənətkarların yaratdığıəsərlərin hamısı burda qalacaq”.

Kurator sipmozium başlayandan bu günə qədər 80 faiz işlərin görüldüyünü bildirib: “Ölkənin turizm baxımından tanıdılması baxımından ən zəngin piar belə sipmoziumlardır. Çünki burda olan iştirakçı ölkəsində deyəcək ki, mən Azərbaycanda olmuşam. Bu da ölkənin tanınmasıdır”.

"ABAD" publik hüquqi şəxsin nümayəndəsi Turanə Qasımova sipmoziumda 14 ölkədən 22 xarici sənətkar-keramist iştirak etdiyini deyir:

 “Tədbirin məqsədi xarici sənətkarların vasitəsilə yerli sənətkarları tanış etmək, təcrübə mübadiləsi aparmaq və keramikaçı sahəsində ənənələrin yaradılmasıdır. 1 iyun tədbirin bağlanış mərasimidir. İki həftəlik müddət ərzində onlar özlərinə müvafiq olan, spesifik ölkələrə uyğun sənətlərini yaradacaqlar. Tədbirin sonunda isə iki həftə ərzində yaratdığı keramika əsərlərini nümayiş etdirəcəklər.

Gələcəkdə yerli keramistlərin marağını nəzərə alaraq respublika səviyyəsində adı çəkilən sipmoziumu davam etdirəcəyik. Yaxın müddətdə ərzində Şəki keramika mərkəzinin davamı olaraq Nardaran keramika mərkəzi də yaradılacaq.

22 keramistin Azərbaycana ilk gəlişidir. İştirakçılar ölkənin mədəniyyətivə mərkəz haqqında kifayət qədər müsbət rəydədilər. Sipmozium ərəfəsində Şəkiyə qonaq gələn və yerli camaat gəlib izləyə bilərlər”.

Tətbiqi sənət mərkəz cənubi Qafqazda yaradılmış ilk keramika mərkəzidir. Keramika sənəti ölkəmizin ən önəmli hesab olunan və dəsti xətti ilə seçilmiş sənətkarlara malik sahələrdən biridir.

“Xarici qonaqların yalnız Bakı ilə yanaşı Şəkiyə olan maraqlarının artırılması, regionumuzun zəngin tarixi ilə daha da maraqlanmaları və əlbəttə də ki, bünövrə qoymaqla gələcəkdə bu tip beynəlxalq sipmoziumlar davamlı olsunolsun”, - deyə Turanə Qasımova bildirib.

İştirakçılar Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan və Monqolustandan qatılıblar. Onların yaratdıqları əsərlərin hər biri özlüyündə nəyisə deməyə çalışır, izah edirdi.

Banqladeşli Muhammed Ali Sülhaqın yaratdığı əsər digərlərindən fərqlənirdi.

O, əsərlərində müharibədən əziyyət çəkən qadın və uşaqların simalarını əks etdirməyə çalışır:

“Məqsədim bu əsərlərlə müharibələrin, münaqişələrin pisliyini insanların diqqətinə çatdırmaqdır. Mədəniyyət vasitəsi ilə ölkələri, insanları bölmürəm. Hər bir əsərimdə bütün müharibədən əziyyət görən insanları düşünüb onların çəkdiklərini əks etdirirəm. Azərbaycan haqqında ilk dəfə ötən il Çində keçirilən simpozimda məlumat almışam. Orda iştirak edən azərbaycanlı sənətkarla tanış olmuşdum. Ölkənizə gələndə təşkilatçılarla birgə Şəhidlər Xiyabanında olduq. Sizin də çox qəhrəmanınızın olduğunu, müharibədən əziyyət çəkən xalq olduğunuzu gördüm. Hazırda yaratdığım əsər də elə həm sizin, həm də öz ölkəmin müharibədən əziyyət çəkənlərini özündə əks etdirir”, - deyə Mühammad Ali bildirib.

Qeyd edək ki, Beynəlxalq Keramika Simpoziumu iyunun 2-nə kimi davam edəcək. Bu müddət ərzində keramistlər Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində açıq səma altında heykəltaraşlıq kompozisiyaları yaradırlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

Türkiyənin məşhur universiteti ABAD-ın təşkil etdiyi Simpoziuma yer ayırıb

MDB ölkələrinin prezidentləri oktyabr ayında Aşqabadda toplaşacaqlar

"ABAD" uğurlu sosial layihələri həyata keçirməsinə görə təltif edilib

“ABAD”-ın yeni eksklüziv məhsulları Beynəlxalq Qida sərgisində təqdim olunur

Beyləqanın Xaçınabad kəndinə ilk dəfə qaz verilib

“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi keramika sənəti sevənləri qarşılamağa hazırlaşır

Sabirabadda yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü tutulub

Mehdiabad qəsəbəsində silahlı şəxs saxlanılıb

Sabirabadda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

“ABAD” və Şəki Regional Elmi Mərkəzi arasında Memorandum imzalanıb (FOTO)

Kapital Bank yenilənmiş Sabirabad və Masallı filiallarını istifadəyə verib

Hüquq mühafizə orqanları Cəlilabadda əməliyyat keçirib

Cəlilabadda kunq-fu üzrə “Cənub” idman klubu fəaliyyətə başlayıb

Sabirabad rayonunda ilk startap turu keçirilib 

“ABAD” bakaleyaların sayı daha da artırılıb

"ABAD" keramika sənəti üzrə beynəlxalq simpozium təşkil edir

Ankara İslamabad və Dehlini soyuqqanlığa dəvət edib

Aşqabadda Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin toplantısı keçirilir

Nazir İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

19 İyun 2019, 17:38 (GMT +4)
“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

19 İyun 2019, 17:30 (GMT +4)
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

19 İyun 2019, 17:23 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

19 İyun 2019, 17:16 (GMT +4)
Ümumqoşun poliqonunda təlim keçirilib

19 İyun 2019, 17:13 (GMT +4)
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19 İyun 2019, 17:08 (GMT +4)
Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

19 İyun 2019, 17:03 (GMT +4)
Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:02 (GMT +4)
BMT: Ər-Riyadın Kaşıkçı cinayəti ilə bağlı istintaqı standartlara cavab vermir

19 İyun 2019, 16:55 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 16:49 (GMT +4)
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

19 İyun 2019, 16:37 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

19 İyun 2019, 16:31 (GMT +4)
Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib

19 İyun 2019, 16:27 (GMT +4)
Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

19 İyun 2019, 16:18 (GMT +4)
Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:15 (GMT +4)
BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

19 İyun 2019, 16:12 (GMT +4)
Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

19 İyun 2019, 15:58 (GMT +4)
BMT: Səudiyyə şahzadəsinin Kaşıkçının ölümü ilə əlaqəsinin olduğuna dair sübutlar var  

19 İyun 2019, 15:49 (GMT +4)
Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:41 (GMT +4)
Azərbaycanda ilk milli toxum brendi yaradılıb

19 İyun 2019, 15:20 (GMT +4)
G-20 çərçivəsində Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur - Peskov

19 İyun 2019, 15:19 (GMT +4)
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

19 İyun 2019, 15:08 (GMT +4)
Azercell ölkəmizin istedadlarına dəstək verir

19 İyun 2019, 15:01 (GMT +4)
Sahibkarların müraciətləri müsbət həll edilib

19 İyun 2019, 14:54 (GMT +4)
DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

19 İyun 2019, 14:46 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12