Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Bu gün Bakıda UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək

29 May 2019, 10:30 (GMT +4)

Bakı, 29 may, SalamNews. Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final görüşü keçiriləcək.

SalamNews xəbər verir ki, UEFA Avropa Liqasının final tarixində ilk dəfə eyni şəhərin təmsilçiləri üz-üzə gələcək. Londonun iki nəhəng klubu “Çelsi” və “Arsenal” qarşılaşacaq.

Görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş arbitri italiyalı Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcəklər. Dördüncü arbitr kimi Daniele Orsato təyin edilib.

Həlledici qarşılaşmada VAR (arbitrlərə videokömək) sistemindən istifadə ediləcək. Bundan əvvəl VAR sistemindən Çempionlar Liqasının play-off matçlarında istifadə edilib.

2011-ci ildə UEFA Avropa Liqasının finalına tarixdə ilk dəfə eyni ölkənin komandaları vəsiqə qazanmışdı. Həmin tarixdə Portuqaliyanın klubları “Braqa” və “Porto” üz-üzə gəliblər. Dublində baş tutan görüşdə “Braqa” minimal hesabla qalib gəlmişdi – 1:0. Bir il sonra tarix yenidən təkrarlandı. İspaniyanın “Atletiko Madrid” klubu Buxarestdə “Atletik Bilbao” komandasının qapısında üç cavabsız top keçirdi. “Bakı-2019” finalı bununla da, əlamətdardır ki, bu 8 illik tilsimi qıracaq.

Cari mövsüm UEFA Avropa Liqasında “Çelsi” keçirdiyi 14 görüşdən 11-də qalib, 3-də isə meydanı heç-heçə ilə tərk edib. Play-off mərhələsində “Malmö” (İsveç), “Dinamo” (Ukrayna) və “Slaviya”nı (Çexiya) mübarizədən kənarlaşdıran “Çelsi” yarımfinalda əziyyət çəkməli olub. Belə ki, iki oyunun nəticəsinə əsasən, Almaniyanın “Ayntraxt” klubu ilə səfərdə 1:1 heç-heçə edib. Penalti seriyasında üstün olan “Çelsi”nin qapıçısı Kepa Arinsabalaqa komandasının Bakı finalına çıxmasında böyük rol oynayıb.

“Çelsi” həmçinin tarixində ikinci dəfə UEFA Avropa Liqasında mübarizə aparır. Hər iki iştirakında klub ikinci dəfə finalda oynamaq şansı qazanıb. 2013-cü ildə Amsterdamda yerləşən eyniadlı stadionunda təşkil olunan final görüşündə “Çelsi” Portuqaliyanın “Benfika” komandasını məğlub edib – 1:0. 32 qol vuran “Çelsi” həmçinin cari mövsüm turnirdə ən məhsuldar komanda olub. Maurissio Sarrinin yetirmələri finalda 5 qol vuracağı halda 2012-2013-cü il mövsümündə “Porto”nun rekordunu təkrarlayan komanda olacaq.

“Arsenal” Bakıya beş oyunluq məğlubiyyətsizlik fonunda gəlir. İngilislər “Qarabağ”la eyni qrupda mübarizə apararaq çətinlik çəkmədən qrupdan növbəti mərhələyə çıxıb. Onaltıdabir finalda səfərdə BATE-yə, səkkizdəbir finalda isə “Renn”ə (Fransa) məğlub olan “Arsenal” ev oyunlarında hər iki komandanı məğlub edərək Bakı finalına daha da yaxınlaşıb. Buna baxmayaraq, “Arsenal” dörddəbir və yarımfinalda iki iddialı klubları “Napoli” (İtaliya) və “Valensiya”nı (İspaniya) hər iki görüşdə məğlub edib.

“Çelsi” İngiltərə Premyer Liqasının bürünc mükafatçısı olduğundan 2019-2020-ci il mövsümündə ölkəsini UEFA Çempionlar Liqasında təmsil edəcək, lakin beşinci yer tutan “Arsenal” UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün Bakı finalında mütləq qələbə qazanmalıdır və bu görüş klub üçün böyük önəm kəsb edir.

Xatırladaq ki, UEFA Avropa Liqasının finalı bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Fransanın idman naziri UEFA-dan Türkiyəyə sanksiya tətbiq etməsini tələb edib

UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

AFFA UEFA-ya rəsmi qaydada müraciət edəcək

“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb

Azərbaycan UEFA reytinqində “2”yə çatıb

UEFA keçmiş prezidenti korrupsiya şübhəsiylə saxlanılıb

UEFA Millətlər Liqasının birinci qalibi Portuqaliya millisi olub

"Qarabağ" UEFA-nın yeni reytinq siyahısında "Milan" və "Feyenord"u qabaqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev UEFA Avropa Liqasının final oyununa baxıb

“Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının qalibi olub

Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilir

XİN-in sözçüsü CNN-in UEFA Avropa liqasının final oyunu ilə bağlı sualını cavablandırıb

UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb

UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb

AZAL UEFA Avropa Liqası finalının keçiriləcəyi dövr üçün xüsusi tədbirlər planı hazırlayıb

Azərbaycan UEFA-nın Avropa Liqasının final oyununa hazırdır 

UEFA Avropa Liqası: Bakı finalında iştirak edəcək ilk komanda müəyyənləşib

AFFA-nın rəsmiləri “Uembli”də UEFA-nın seminarında iştirak edirlər

UEFA Avropa Liqasının final oyununun daha bir səfiri müəyyənləşib

16 Oktyabr 2019, 12:41 (GMT +4)
Prezident İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul edib

16 Oktyabr 2019, 12:39 (GMT +4)
Peskov Ərdoğanın Rusiya səfərinin mümkün tarixini açıqlayıb

16 Oktyabr 2019, 12:37 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ İrana qarşı kiber hücum həyata keçirib

16 Oktyabr 2019, 12:25 (GMT +4)
BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti: Universitetdə geniş perspektivlər açılıb

16 Oktyabr 2019, 12:19 (GMT +4)
Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb

16 Oktyabr 2019, 12:11 (GMT +4)
Bu il Azərbaycanda əmək müqavilələrinin sayı 126 min artıb

16 Oktyabr 2019, 12:10 (GMT +4)
Rusiyada yol qəzasında məşhur azərbaycanlı iş adamı ölüb

16 Oktyabr 2019, 12:07 (GMT +4)
Əfqanıstanda helikopter qəzaya uğrayıb - Azı 7 hərbçi həlak olub

16 Oktyabr 2019, 11:53 (GMT +4)
BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb

16 Oktyabr 2019, 11:37 (GMT +4)
Leyla Əliyeva Bakıda filmin təqdimatında iştirak edib

16 Oktyabr 2019, 11:28 (GMT +4)
Ankara Avropanı Türkiyə diplomatik nümayəndəliklərinin təhlükəsizliyini gücləndirməyə çağırıb

16 Oktyabr 2019, 11:18 (GMT +4)
Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb

16 Oktyabr 2019, 11:01 (GMT +4)
Bu gündən ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə başlanılıb

16 Oktyabr 2019, 10:57 (GMT +4)
"Barış pınarı" əməliyyatı çərçivəsində 627 terrorçu zərərsizləşdirilib

16 Oktyabr 2019, 10:51 (GMT +4)
“Mastercard” kiber məkandakı konfliktlərdən zərərçəkmişlərə yardım edəcək

16 Oktyabr 2019, 10:43 (GMT +4)
İran Qırmızı dənizdə neft gəmisinin vurulmasına görə BMT-ə şikayət edir

16 Oktyabr 2019, 10:32 (GMT +4)
Doqquz ayda Energetika Nazirliyinə 2 707 müraciət daxil olub

16 Oktyabr 2019, 10:22 (GMT +4)
Ərdoğan Putinlə telefon danışığı keçirib 

16 Oktyabr 2019, 10:14 (GMT +4)
Suriya Ordusu Fəratın şərqi ilə yanaşı İdlibin cənubuna da hərbi qüvvə toplayır

16 Oktyabr 2019, 09:53 (GMT +4)
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16 Oktyabr 2019, 09:49 (GMT +4)
Səudiyyə ilə yəmənlilər arasında vasitəçilik etməyə hazırıq – İran parlamentinin sədri

16 Oktyabr 2019, 09:40 (GMT +4)
ABŞ sanksiyalarına görə narahat deyilik - Ərdoğan

16 Oktyabr 2019, 09:38 (GMT +4)
Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib

16 Oktyabr 2019, 09:28 (GMT +4)
İsrail qüvvələri İordan çayının qərbində 14 fələstinlini həbs edib

16 Oktyabr 2019, 09:25 (GMT +4)
Rusiya hərbi polisi ilk dəfə Mənbicdə patrul nəzarəti həyata keçirib

16 Oktyabr 2019, 09:17 (GMT +4)
Nazirlik: İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa olunub

16 Oktyabr 2019, 09:12 (GMT +4)
Pakistan baş naziri İranla Səudiyyə arasında vasitəçilik məqsədilə kral Salmanla görüşüb

16 Oktyabr 2019, 09:03 (GMT +4)
Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz

15 Oktyabr 2019, 18:47 (GMT +4)
Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb

15 Oktyabr 2019, 18:32 (GMT +4)
Yaqut Əliyeva: Milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66