Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb

29 May 2019, 16:31 (GMT +4)

Bakı, 29 may, SalamNews.  “AtaBank” ASC-nin dəstəyi ilə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb. “GNI”, “VTB” Bank Azərbaycan, “AtaHolding”, “AFAM” və “Synergy” Şirkətlər Qrupunun təşkil olunan turnirdə çempion adı yenə dəyişməz qalıb.

Ənənəvi turnirin 8-ci ilində "No Name" zirvəni əldən verməyib. 32 gün davam edən yarışın ən titullu komandası bununla da 5-ci dəfə çempion tituluna yiyələnib. Onlar həlledici qarşılaşmada VTB-dən güclü olublar. Üçüncü yerin sahibinin adı isə dəyişib. "Cybernet"ə qalib gələn AFAM Group tarixinin ilk mükafatına - bürünc medala yiyələnib.

Belə ki, meydan əvvəlcə AFAM Group və "Cybernet"in ixtiyarına verilib. Tennis Akademiyasında baş tutan və AFFA-nın hakimlər briqadasının idarə etdiyi görüş həm maraqlı, həm də məhsuldar alınıb. "Cybernet"in əzmkarlıq göstərməsinə baxmayaraq, AFAM Group 7:5 hesabı ilə qalib gəlib.

"No Name" - “VTB” Bank Azərbaycan finalında isə gözlənilməz nəticə qeydə alınmayıb. "Adsız komanda" 4:0 hesablı qələbə qazanıb. Bu, həm də 3 il əvvəlki finalın qisası olub.

Beləliklə, uzun sürən marafon yenə də "No Name"in qələbəsi ilə başa çatıb. VTB-nin ikinci olduğu turnirdə "üçlüy"ü AFAM Group qapayıb.

Final

“No Name” – “VTB” Bank Azərbaycan – 4:0

Qollar: Şamo İsgəndərov 5 (pen), Ramiz Boqdanov, 29, 45, Etibar Babaşlı, 50

Üçüncü yer uğrunda matç

AFAM Group - "Cybernet" - 7:5

Qollar: Fərid Şabanov, 2, 16, 30, Mirşamil Qasımlı, 3, 32, 41, Cəbrayıl Quliyev, 11 - Fərid Abasov, 9, İsmayıl Hüseynli, 17, 43, Şöhrət Mayılov, 31, 33

Oyunların ardınca yarışın bağlanış mərasimi təşkil olunub. Turnirin təşkilatçısı “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rauf Hüseynov çempionatın həmişəki kimi maraqlı və gərgin keçdiyini bildirib. “No Name” klubunun mükafatçıları təbrik etdikdən sonra yeni ildə də yarışın təşkil olunacağını qeyd edib. O vurğulayıb ki, 8 ildir keçirilən turnir ildən-ilə daha gərgin xarakter alır və bütün komandalar bir-birinə ciddi rəqib kimi baxırlar. Klub rəhbərləri də yarışın təşkilatçılığından, həmçinin gedişindən razılıq edərək minnətdarıq ediblər.

Ardınca mükafatlandırma mərasimi keçirilib. Çempiona xüsusi hazırlanmış kubokla yanaşı, 5000, 2-ci yeri tutan komandaya 4000, 3-cü pillənin sahibinə isə 3000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

Mərasimində yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu "No Name"in üzvü Hüseyn Xəlilov seçilib. Yarışın bombardiri adına Fərid Şabanov (AFAM Group, 12 qol) sahib olub. “No Name”in çempion olmasında xüsusi rolu olan Cahangir Qənizadə ötən il olduğu kimi, yenə qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Elman Rüstəmov: “Atabank”ın əmanətçiləri üçün hər hansı qorxu yoxdur

AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

“AtaBank” əmanətçiləri sevindirməyə davam edir

“AtaBank” “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edilib

AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır

AtaBank Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşüb

“AtaBank” ASC növbəti dəfə hərbçimizin kredit borcunu bağışlayıb

AtaBank mətbuatda haqqında yazılan məlumatlarla bağlı bəyanat yayıb

“AtaBank” sahibkarlara yeni e-commerce xidmətini təqdim edir

AtaBank-ın “VİZA göstər, VİSA Al” kampaniyası davam edir

"AtaBank"ın “Samur” şöbəsi 24/7 rejiminə keçib

“AtaBank” əmanət şərtlərini yeniləyib

"AtaBank” mükafata layiq görülüb

“AtaBank”ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər

“AtaBank” Avroliqanın finalı ilə bağlı gücləndirilmiş rejimə keçəcək

AtaBank-ın plastik kart müştərilərinə daha bir yenilik edilib

AtaBank Visa Signature kartını Giveaway müsabiqəsində hədiyyə edib

“AtaBank” bu il “VİZA göstər, VİSA Al” kampaniyasını daha tez başlayıb

AtaBank "Formula 1" yarışları zamanı fasiləsiz xidmət göstərir

AtaBank kompensasiya ödənişlərinin verilməsinə başlayıb

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

22 Fevral 2020, 13:18 (GMT +4)
Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

22 Fevral 2020, 12:59 (GMT +4)
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 26 nəfər saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66