Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

“Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının qalibi olub

30 May 2019, 09:30 (GMT +4)

Bakı, 30 may, SalamNews.Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.

SalamNews xəbər verir ki, italiyalı referi Canluka Rokkinin idarə etdiyi oyunun birinci hissəsində komandaların cəhdlərinə baxmayaraq qapılara top vurulmayıb.

Lakin fasilədən sonra azarkeşlər meydanda beş qol izləyiblər. Oyunda hesabı ikinci hissənin əvvəlində - matçın 49-cu dəqiqəsində “Çelsi” komandası hesabı açıb. Emerson Palmierinin ötürməsindən sonra fransalı hücumçu Olivye Jiru dəqiq baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb - 1:0.

Matçın 60-cı dəqiqəsində “Çelsi” komandası ikinci topu “Arsenal”ın qapısından keçirib. “Arsenal”ın cərimə meydançasına daxil olan Eden Hazardın ideal ötürməsindən sonra Pedro Rodriges topu saxlamadan qapıya göndərib – 2:0.

“Çelsi” komandası 65-ci dəqiqədə hesab arasındakı fərqi üç topa çatdırıb. “Arsenal”ın qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Eden Hazard komandasının üçüncü topunu qapıdan keçirib.

Lakin bu qoldan 4 dəqiqə sonra “Arsenal” vurulan toplardan birinin əvəzini çıxıb. Müdafiəçilərdən qayıdan topa cərimə meydançasından kənarda qüvvətli zərbə vuran Aleks Ayvobi hesab arasındakı fərqi azaldıb – 3:1

Ancaq bu, oyunda sonuncu qol olmayıb. Görüşün 72-ci dəqiqəsində “Çelsi”nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb – 4:1.

Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyunda 4:1 hesabı ilə qələbə qazanan “Çelsi” komandası tarixində ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub.

Matçda dubl edən Eden Hazard final qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.

“Çelsi”nin fransalı hücumçusu Olivye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.

Final matçından sonra qaliblər mükafatlandırılıb.

Beləliklə, “Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb. “Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında məğlub olub. “Topçular” 2000-ci ildə turnirin finalında “Qalatasaray”a uduzub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Arsenal” və “Çelsi” klublarının rəsmiləri Bakıya gəlib

Nazirlik “Arsenal”ın erməni futbolçusu bağlı rəsmi açıqlama yayıb

Husilər Səudiyyəyə ballistik raketlərin yeni arsenalı ilə xəbərdarlıq ediblər

"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

“Qarabağ”–“Arsenal” oyununa 55 min bilet satılıb

"Qarabağ" - "Arsenal" oyununa 30 mindən çox bilet satılıb

İtaliyalı əfsanə oyunçu Kiyev “Arsenal”-ın başçısı olur (FOTO)

İŞİD anbarlarında NATO müttəfiqlərinin arsenalında olan müasir silahlar aşkar edilib

Rusiyanın silah arsenalındakı sonuncu kimyəvi silahlar məhv edilib

ABŞ prezidenti: Hərbi arsenalımız Şimali Koreya ilə döyüşə hazırdır 

Tramp ABŞ-ın nüvə arsenalını genişləndirmək niyyətindədir - "Reuters"

Donald Tramp ABŞ-ın nüvə arsenalını gücləndirmək arzusunu təsdiqləyib

Rusiya və ABŞ nüvə arsenalının ixtisarı üzrə danışıqlara hazır olduqlarını bəyan ediblər

Pentaqon Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazır olduğunu bəyan edib

"Arsenal" “Real Madrid”in ulduz oyunçusu üçün 45 milyon avro təklif edib

Rusiya kimyəvi silah arsenalının 90%-dən çoxunu məhv edib - rəsmi Moskva

Vladimir Putin: "40-dan çox raket Rusiya nüvə arsenalının tərkibinə daxil ediləcək"

"Arsenal" və "Liverpul" qalib gəlib

"Arsenal"ın kubokdakı rəqibi müəyyənləşib

"Arsenal" "Mançester Siti"ni məğlub edib

20 Avqust 2019, 00:01 (GMT +4)
İslam dünyası Qədir-Xum bayramını qeyd edir

19 Avqust 2019, 18:00 (GMT +4)
Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 17:53 (GMT +4)
Avro-2020: Bakıya işgüzar səfər başlayıb

19 Avqust 2019, 17:41 (GMT +4)
XİN: Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək

19 Avqust 2019, 17:36 (GMT +4)
Azərbaycanda 57 dövlət əmlakı hərraca çıxarılıb

19 Avqust 2019, 17:20 (GMT +4)
Vilayət Eyvazov “N” saylı hərbi hissədə olub (FOTO)

19 Avqust 2019, 17:16 (GMT +4)
Sərbəst buraxılan İran neft gəmisinin növbəti hərəkət istiqaməti bəlli olub

19 Avqust 2019, 17:00 (GMT +4)
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq “Relaks” istirahət mərkəzi ilə bağlı məlumat yayıb

19 Avqust 2019, 16:44 (GMT +4)
AQTA sahibkarlara çağırış edib

19 Avqust 2019, 16:30 (GMT +4)
BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

19 Avqust 2019, 16:20 (GMT +4)
Sudanın sabiq prezidenti ilk mühakiməsində Səudiyyə vəliəhdindən 25 milyon dollar hədiyyə aldığını bildirib

19 Avqust 2019, 16:18 (GMT +4)
Oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

19 Avqust 2019, 16:16 (GMT +4)
Kənd təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 15:50 (GMT +4)
“Aqrar Tədarük və Təchizat”ın əməkdaşları Cənubi Koreyada təlimdə iştirak edir

19 Avqust 2019, 15:32 (GMT +4)
Nazirlik: Vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

19 Avqust 2019, 15:27 (GMT +4)
Azərbaycanda 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

19 Avqust 2019, 15:14 (GMT +4)
İranda bir maşından 6 ton narkotik maddə aşkarlanıb (VİDEO)

19 Avqust 2019, 15:01 (GMT +4)
Rektor ATU-ya qəbul olan gəncləri təbrik edib

19 Avqust 2019, 14:55 (GMT +4)
Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

19 Avqust 2019, 14:39 (GMT +4)
Azərbaycanda peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

19 Avqust 2019, 14:32 (GMT +4)
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib

19 Avqust 2019, 14:30 (GMT +4)
DİN: İnstagramda tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb

19 Avqust 2019, 14:14 (GMT +4)
Suriya təyyarələri İdlibin cənubunda Türkiyə hərbi karvanını hədəfə alıb (VİDEO)

19 Avqust 2019, 14:14 (GMT +4)
BŞTİ vakansiya seçiminə start verib

19 Avqust 2019, 13:50 (GMT +4)
DİN: Polisə silahlı hücumla bağlı yalan məlumat verən şəxs tutulub

19 Avqust 2019, 13:44 (GMT +4)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

19 Avqust 2019, 13:30 (GMT +4)
Gədəbəydə 5 otaqlı ev yanıb

19 Avqust 2019, 13:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 Avqust 2019, 12:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 12:42 (GMT +4)
Fəvvarələr Meydanında növbəti konsertlər baş tutub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12