Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Din xadimi Hacı Surxay: “Mərcan” toyuqları islami qaydalara uyğun kəsilir, halaldır (VİDEO)

30 May 2019, 13:32 (GMT +4)

Bakı, 30 may, SalamNews. “Mərcan” toyuq əti məhsullarının istehsalçısı “Azerbaijan Poultry Company” MMC (APC) Ucar şəhərindəki istehsal müəssisəsinə press-tur təşkil edib.

SalamNews xəbər verir ki, tədbir çərçivəsində İçərişəhər Cümə məscidinin axundu və məşhur din xadimi Hacı Surxay, eləcə də jurnalistlərdən ibarət nümayəndə heyəti şirkətin baş baytarı Rüstəm Qasımovun müşaiyəti ilə istehsalata baş çəkib.

“Mərcan” toyuqlarının istehsal prosesi ilə tanış olan qonaqlara məlumat verilib ki, toyuq əti məhsulları su ilə deyil, hava ilə soyudulur. Bu üsul məhsulun faydalı xüsusiyyətlərini qorumağa imkan verir və onda zərərli mikroorqanizmlərin yaranmasının qarşısını alır.

Daha sonra qonaqlar fabrikin daxilində yaradılmış ibadət otağı ilə tanış olublar. Onlara bildirilib ki, şirkətin işçiləri hər gün burada namaz qılır, dini ayinləri icra edirlər.

İstehsal prosesi ilə tanışlıqdan sonra şirkətin direktoru Rüfət Məmmədzadənin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən İçərişəhər Cümə məscidinin axundu və məşhur din xadimi Hacı Surxay bildirib ki, müəssisədə sağlam və HALAL toyuq məhsulları istehsal edilir:

“Biz şirkət təmsilçiləri və dəyərli jurnalistlərlə birlikdə istehsalat prosesi ilə əyani tanış olduq. Müəssisədə yaradılan şərait, hər bir məqama xüsusi həssaslıqla yanaşılması diqqətimizdən yayınmadı. Qürurverici haldır ki, ölkəmizdə müasir dəyərlərə cavab verən və HALAL toyuq məhsulları istehsal edən belə müəssisə var”.

Hacı Surxayın sözlərinə görə, nəinki inanclı insanlar, hər bir istehlakçı “Mərcan” toyuq məhsullarından istifadə edə bilər: “Bizim işimiz ictimaiyyəti maarifləndirməkdir, onları düzgün yola dəvət etməkdir. Mən buradan üzümü inanclı insanlara və soydaşlarımıza tutub çağırış edirəm. “Mərcan” toyuqları halaldır, onları heç bir tərəddüd etmədən alın, yeyin, nuş edin!”.

Daha sonra şirkətin direktoru Rüfət Məmmədzadə jurnalistlərin suallarına cavab verib.

Ayda 750-800 ton toyuq əti istehsal olunur

Onun sözlərinə görə, müəssisə 2012-ci ildə, müasir texnologiyalar əsasında qurulub: "Hazırda burada ayda 750-800 ton toyuq əti istehsal olunur. Məhsullar 65 çeşiddə olmaqla Bakı, Abşeron, Gəncə, Mingəçevir, Göyçay və Bərdədə olan mağazalarda satışa çıxarılır. Daxili bazarda rəqabətə tam davam gətirə bilirik, ölkənin toyuq ətinə olan tələbatının bir hissəsini ödəyirik, eyni zamanda ixracla bağlı planlarımız var. Bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar aparırıq".

Məhsullar yerli və beynəlxalq standardlara uyğundur

Direktor qeyd edib ki, "Mərcan" brendi halal məhsul istehsalına nəzarət edən və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən bəyənilən yeganə sertifikasiya orqanı olan Malaziya-nın JAKIM təşkilatının verdiyi sertifikata layiq görülüb: “Bu da o deməkdir ki, şirkətin məhsulları MS 15 000 - 2 009 standartının tələblərinə tam uyğundur".

Azərbaycanda isə "Mərcan" toyuqlarına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müsbət rəy verib. R.Məmmədzadənin sözlərinə görə, müəssisənin məhsulları I katerqoriyaya aiddir, bu isə onun zülallarla zənginliyinə, quşların yetişdirilməsindən hazır məhsulun buraxılmasına kimi istehsalat prosesinə ciddi nəzarət tələb edən QOST 31962-2013 standartına uyğunluğunu sübüt edir: “Yəni, "Mərcan" toyuqları QTA-nın tələblərinə tam cavab verir".

Sağlam qidalanma, islami kəsim

Direktor bildirib ki, müəssisədə toyuqlar tam qapalı şəraitdə, bütün sanitar gigiyenik qaydalara əməl olunmaqla saxlanılır, sağlam yolla qidalandırılır, mümkün bütün xəstəliklərə qarşı vaxtında profilaktik tədbirlər görülür, bıçaqla, tam islami qaydalara uyğun kəsilir.

"Məhsulların ekoloji təmizliyi bizim üçün çox vacibdir, ona görə də biz tərkibində GMO olmayan yemlərdən istifadə edir, toyuqları bütün veterinar və sanitar tələblərə uyğun yetişdiriririk. Müvafiq tempreratur, havalandırma, təmiz içməli axar su, lazımi qida və vitaminlər ilə təminata təkcə mütəxəsislər deyil, həmçinin avtomatlaşdırılmış sistemlər də nəzarət edir. "Mərcan" toyuqları su ilə deyil, hava ilə soyudulur. Bu üsul məhsulun faydalı xüsusiyyətlərini qorumağa və onda zərərli mikroorqanizlərin yaranmasının qarşısını almağa imkan verir, üstəlik toyuqların rəf ömrünün uzanmasına kömək edir. Belə ki, bizim toyuqlar rəfdə 5-7 gün saxlanıla bilər. Başqa üsullardan istifadə etdikdə, bu müddət azalır", - o deyib.

Şonda qonaqlar “Azerbaijan Poultry Company” MMC (APC) tərəfindən xeyriyyə məqsədilə təşkil olunmuş iftarda iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA-da UNİCEF-in Səhiyyə üzrə Regional müşaviri ilə görüş keçirilib

Mansur Piriyev: AQTA-da olduğum üçün özümü çox şanslı hiss edirəm

AQTA-ya yeni səlahiyyətlər verilib

AQTA qazlı-şəkərli içkilərin zərərləri barədə əhaliyə xəbərdarlıq edib

AQTA-ya 1534 müraciət daxil olub

AQTA: Abşeron xəstəliklərdən azad zona elan olunacaq

AQTA-nın sektor müdiri həbs edilib

AQTA sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın nümayəndə heyəti ilə görüşüb

AQTA sədri əsgərlərlə nahar edib

AQTA Bakıda keçiriləcək final oyunu ilə bağlı nəzarət tədbirlərini gücləndirib

AQTA sədri Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

AQTA-da beynəlxalq fitosanitar eksperti tərəfindən təlim keçirilib

AQTA sədri ÜST-ün Azərbaycan üzrə nümayəndəsi ilə görüşüb

AQTA Qafqazda ilk dəfə biotəhlükəsizlik mobil səhra laboratoriyasını təqdim edir

AQTA sədri: Müxtəlif dələduzlar reyd keçirərək vəsiqə təqdim edir

AQTA sədri Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

AQTA sədri taxıl istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüşüb

AQTA sədri Beynəlxalq Maliyyə Korparasiyasının nümayəndələri ilə görüşüb

Apreldə AQTA-nın “Çağrı Mərkəzi”nə 1410 müraciət daxil olub

AQTA əməkdaşları fitosanitar müşahidələr aparırlar

25 İyun 2019, 18:06 (GMT +4)
Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

25 İyun 2019, 18:00 (GMT +4)
İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

25 İyun 2019, 17:54 (GMT +4)
BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

25 İyun 2019, 17:51 (GMT +4)
Birinci vitse-prezident görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib

25 İyun 2019, 17:47 (GMT +4)
Tehran nüvə silahı əldə etməyə can atmır - İran XİN rəhbəri

25 İyun 2019, 17:25 (GMT +4)
“Nar” 4G istifadəçilərinin sayı700 minə çatıb

25 İyun 2019, 17:20 (GMT +4)
Ermənistanın keçmiş prezident Robert Koçaryan həbs edilib

25 İyun 2019, 17:13 (GMT +4)
Səfir Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

25 İyun 2019, 17:07 (GMT +4)
İlahiyyat İnstitutunda Qarabağ qazisi Kamil Musəvi ilə görüş təşkil olunub

25 İyun 2019, 16:53 (GMT +4)
Nazirlik: Temperaturun yüksəlməsi təhlükəli hadisələrin artması ilə səciyyələnir

25 İyun 2019, 16:46 (GMT +4)
NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

25 İyun 2019, 16:42 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri yerlərdə vətəndaşları qəbul ediblər

25 İyun 2019, 16:42 (GMT +4)
İqtidar partiyasının lideri Talakvadze Gürcüstan parlamentinin yeni spikeri seçilib

25 İyun 2019, 16:17 (GMT +4)
S-400-ün tədarükü iyulda başlayacaq - Ərdoğan

25 İyun 2019, 16:09 (GMT +4)
İmişlidə 50 min əhalinin istifadə etdiyi yol yenidən qurulur  

25 İyun 2019, 15:59 (GMT +4)
"Minsk 2019": Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar

25 İyun 2019, 15:48 (GMT +4)
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır

25 İyun 2019, 15:48 (GMT +4)
Ukrayna nümayəndə heyəti AŞPA-nın toplantı zalını tərk edib

25 İyun 2019, 15:41 (GMT +4)
Külli miqdarda narkotik vasitə aşkar edilib 

25 İyun 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Ramil Usubovu qəbul edib

25 İyun 2019, 15:27 (GMT +4)
Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

25 İyun 2019, 15:18 (GMT +4)
Prezident İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzalayıb

25 İyun 2019, 15:08 (GMT +4)
Nəsimiyə həsr olunmuş sənədli filmin regionlarda və paytaxtda təqdimatı keçiriləcək

25 İyun 2019, 15:03 (GMT +4)
Şagird yerdəyişməsi elektronlaşdırılır

25 İyun 2019, 14:54 (GMT +4)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur

25 İyun 2019, 14:45 (GMT +4)
Zelenski AŞPA-nın Rusiya ilə bağlı qərarını məyusluqla qarşılayıb  

25 İyun 2019, 14:30 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

25 İyun 2019, 14:23 (GMT +4)
Müdafiə naziri Silahlı Qüvvələr günü ərəfəsində xidməti müşavirə keçirib

25 İyun 2019, 14:21 (GMT +4)
Cin XİN: ABŞ-ın birtərəfli sanksiyaları əks təsir göstərir

25 İyun 2019, 14:17 (GMT +4)
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12