Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Gənc Pianoçuların birinci Beynəlxalq müsabiqəsinə start verilir

30 May 2019, 14:48 (GMT +4)

Bakı, 30 may, SalamNews. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 1-5 iyun 2019-cu il tarixlərində Bakıda “CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçiriləcək.

Müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, Azərbaycan musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı-ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

Müsabiqədə iştirak gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını, həmçinin onların ifaçılıq vərdişlərinin gələcəkdə təkmilləşdirilməsini, konsert və pedaqoji repertuarlarının dünyada məşhur olan ən yaxşı klassik musiqi nümunələri ilə zənginləşməsini təşviq edəcək.

16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edəcəklər.

“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsində gənc istedadları Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freyvə Azərbaycanın Xalq artisti, beynəlxalqa mükafatlar laureatı Murad Hüseynovdan ibarət Beynəlxalq Münsiflər Heyəti qiymətləndirəcək.

İyunun 1-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin təntənəli açılışı və 1-ci qrupun iştirakçılarının çıxışları dinləniləcək. Yaş qrupları üzrə dinləmələr 2-3 iyun tarixlərində davam edəcək.

İyunun 3-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Münsiflər Heyəti üzvlərinin konserti keçiriləcək.

“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin sonuncu günü, iyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqə iştirakçıları tanınmış pianoçularun ustad dərslərində iştirak edəcək, saat 14:00-da isə müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala konserti olacaq.

Ətraflı məlumatı Beynəlxalq Müsabiqənin rəsmi internet səhifəsindən http://www.caspianetude.az/ əldə edə bilərsiniz.

Qeyd edək ki, 1 iyun saat 10:00-da Beynəlxalq Muğam Mərkəzində müsabiqəyə həsr olunmuş mətbuat konfransı keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi öz işinə başlayıb

23 Avqust 2019, 15:59 (GMT +4)
Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

23 Avqust 2019, 15:55 (GMT +4)
İdlibdəki vəziyyət Türkiyənin təhlükəsizliyini təhdid edir - Ərdoğan

23 Avqust 2019, 15:48 (GMT +4)
Zaqatalada quldurluq edən şəxslər saxlanılıblar (FOTO)

23 Avqust 2019, 15:35 (GMT +4)
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub

23 Avqust 2019, 15:21 (GMT +4)
Masallıda 6 otaqlı ev yanıb

23 Avqust 2019, 15:13 (GMT +4)
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23 Avqust 2019, 15:04 (GMT +4)
Çeçenistanda Avropanın ən böyük məscidi açılıb

23 Avqust 2019, 14:57 (GMT +4)
Sepah Fars Körfəzində təhlükəsizlik məqsədilə 7+1 koalisiyasının yaradılmasını istəyib

23 Avqust 2019, 14:56 (GMT +4)
DGK maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlayıb (FOTO)

23 Avqust 2019, 14:46 (GMT +4)
Gənclər və İdman naziri vətəndaşlarla görüşüb

23 Avqust 2019, 14:17 (GMT +4)
Kiyev Krımın geri qaytarılması ilə bağlı sərt mövqedə dayanır - Zelenski

23 Avqust 2019, 13:53 (GMT +4)
Suriya Ordusu Türkiyənin post patrul mövqeyini mühasirəyə alıb (FOTO)

23 Avqust 2019, 13:48 (GMT +4)
Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb (FOTO)

23 Avqust 2019, 13:34 (GMT +4)
Zelenski Ukrayna ilə Rusiya arasında mübadilə ehtimalını şərh edib

23 Avqust 2019, 13:27 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

23 Avqust 2019, 13:10 (GMT +4)
Çinli otuz il beynində on santimetrlik qurd ilə yaşayıb

23 Avqust 2019, 13:07 (GMT +4)
Allahşükür Paşazadə Çeçenistana gedib

23 Avqust 2019, 12:49 (GMT +4)
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasından 26 il ötür

23 Avqust 2019, 12:40 (GMT +4)
Milli şəhərsalma və tikinti normativ sənədləri hazırlanacaq

23 Avqust 2019, 12:25 (GMT +4)
Suriya Ordusu Xan-Şeyxundan sonra daha iki qəsəbəni azad edib

23 Avqust 2019, 12:20 (GMT +4)
KXDR xarici işlər naziri Pompeonu "Amerika diplomatiyasının zəhəri" adlandırıb

23 Avqust 2019, 12:12 (GMT +4)
Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub

23 Avqust 2019, 11:54 (GMT +4)
ABŞ sərbəst buraxılan İran neft gəmisilə əməkdaşlıq edəcək tərəflərə kəskin xəbərdalrıq edib

23 Avqust 2019, 11:41 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

23 Avqust 2019, 11:23 (GMT +4)
Yəməndə BƏƏ və Səudiyyənin dəstəklədiyi qüvvələrin qarşıdurması Şəbva əyalətinə sirayət edib

23 Avqust 2019, 11:06 (GMT +4)
DİM abituriyentlərə müraciət edib

23 Avqust 2019, 10:56 (GMT +4)
Suriya ordusunun mühasirəsində qalan silahlıların sayı açıqlanıb

23 Avqust 2019, 10:42 (GMT +4)
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

23 Avqust 2019, 10:37 (GMT +4)
"Facebook"un işində problemlər yaranıb

23 Avqust 2019, 10:26 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12