Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Şəkidə “KOB Dostu” fəaliyyətə başlayıb

30 May 2019, 17:03 (GMT +4)

Bakı, 30 may, SalamNews.Bu gün Şəkidə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.

SalamNews bu barədə Agentliyə istinadən xəbər verir.

Bununla da Şəki-Zaqatala iqtisadi rayonu üzrə Qəbələ və Şəki şəhərlərində olmaqla KOB dostlarının sayı 2-yə çatıb. Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının və Şəki-Zaqatala iqtisadi rayonu üzrə fəaliyyət göstərən sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkə başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı, Şəki-Zaqatala iqtisadi rayonunda, xüsusilə Şəki şəhərində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə danışıb, “KOB Dostu” mexanizminin sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara böyük dəstək olacağını qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib, ölkə prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, “KOB Dostu" mexanizminin dövlət-sahibkar əməkdaşlıq platforması əsasında formalaşan mühüm layihələrdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “KOB Dostu” fəaliyyət göstərdiyi şəhər və rayonlarda mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılmasına, yeni KOB subyektlərinin yaradılması və inkişafına, eləcə də KOB-ların hüquqlarının müdafiəsinə dəstək göstərir. Şəki şəhəri də daxil olmaqla hazırda Şəki-Zaqatala iqtisadi rayonunda iki “KOB Dostu” fəaliyyət göstərir. İqtisadi regionun digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin təşkili nəzərdə tutulur. Ümumilikdə isə KOB dostları ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərir.

Sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və sahibkarlara göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları həmçinin, Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “KOB Dostu” ofisi ilə tanış olublar. Qeyd edək ki, ofisdə sahibkarlara Agentliyin çoxsaylı xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB Dostu” ilə birgə “KOB könüllüləri” də fəaliyyət göstərəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib

Türkiyə kurortlarında COVID-19-a yoluxmaların sayı kəskin şəkildə artıb

Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələnib

KİV: Dünyanın ən zəngin ölkələri kütləvi şəkildə COVID-19 peyvəndi alır

Şəki şəhərində 960 şagird yerlik məktəb inşa ediləcək

Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun yenidən qurulmasına 10 milyon manat ayrılıb

Şəkidə 6 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulub

İbrahim Kalın: Türkiyə Liviyanın parçalanmasına qəti şəkildə qarşı çıxır

Leyla Abdullayeva: Beynəlxalq təşkilatlar Azərbaycanı birmənalı şəkildə dəstəklədilər

Yaşar Aydəmirov: Bəzi media qurumları fikirlərimi kobud şəkildə təhrif edib

Rusiya ABŞ Xəzinədarlığına sərmayələri kəskin şəkildə azaldıb

Hikmət Hacıyev: Ermənistan tərəfi bu təxribatı öncədən və məqsədyönlü şəkildə hazırlayıb

Avropanın səhv siyasəti davam etsə nüvə sazişi tam şəkildə aradan gedəcək - İran

AQTA: Daha 111 obyektdə qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb

Şəkidə narkotik vasitə əkib-becərən şəxs saxlanılıb

Şəkidə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Şəkidə evdən qızıl oğurlayan şəxs saxlanılıb

Şəki Xan Sarayına virtual səyahət təşkil edilib

İran və ABŞ qarşılıqlı şəkildə tanınmış məhbusları azad ediblər (FOTO)

Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları Şəkidə səyyar xidmətə başlayıb

14 Avqust 2020, 18:11 (GMT +4)
MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

14 Avqust 2020, 18:00 (GMT +4)
İstixanalardakı mövcud olan problemlərə dair videokonfrans keçirilib

14 Avqust 2020, 17:57 (GMT +4)
Kim Çen In yeni baş nazir təyin edib

14 Avqust 2020, 17:45 (GMT +4)
Trampın keçmiş vəkili onun Rusiyanın köməyi ilə seçkidə qalib gəldiyini açıqlayıb

14 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 103 nəfər yoluxub

14 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

14 Avqust 2020, 17:28 (GMT +4)
Belarus MSK prezident seçkilərinin yekun nəticələrini açıqlayıb

14 Avqust 2020, 17:17 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın 400 təhlükəli üzvündən 80-i sərbəst buraxıb

14 Avqust 2020, 17:13 (GMT +4)
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib

14 Avqust 2020, 17:00 (GMT +4)
Gələn həftədən tələbələrin köçürülməsinə başlanılır

14 Avqust 2020, 16:45 (GMT +4)
Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən uşaq bağçası aşkar edilib

14 Avqust 2020, 16:39 (GMT +4)
Putin Livana yeni səfir təyin edib 

14 Avqust 2020, 16:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

14 Avqust 2020, 16:17 (GMT +4)
Ərdoğan: Ankara BƏƏ ilə diplomatik münasibətləri dayandıra və səfirini geri çağıra bilər - VİDEO

14 Avqust 2020, 16:15 (GMT +4)
Azərbaycana vərəm əleyhinə 5 130 qutu dərman preparatı gətirilib

14 Avqust 2020, 16:09 (GMT +4)
Fələstinlilər əl-Əqsa məscidi qarşısında BƏƏ əleyhinə etiraz aksiyası keçiriblər (VİDEO)

14 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb

14 Avqust 2020, 15:47 (GMT +4)
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb

14 Avqust 2020, 15:37 (GMT +4)
ÜST koronavirusun qida ilə ötürülmə ehtimalını dəyərləndirib

14 Avqust 2020, 15:15 (GMT +4)
BDU-nun Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib

14 Avqust 2020, 15:14 (GMT +4)
Koronavirusa yoluxan Karakas meri vəfat edib

14 Avqust 2020, 15:00 (GMT +4)
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb

14 Avqust 2020, 14:50 (GMT +4)
İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb

14 Avqust 2020, 14:44 (GMT +4)
Lukaşenko Belarusu tərk etdiyinə dair xəbərləri təkzib edib

14 Avqust 2020, 14:30 (GMT +4)
Bu gün xalq artisti Alim Qasımovun ad günüdür

14 Avqust 2020, 14:15 (GMT +4)
Azərbaycanda iki COVID-19 xəstəsi həbs edilib (FOTO)

14 Avqust 2020, 14:12 (GMT +4)
İngiltərədə karantin tədbilərinin zəiflədilməsinə davam ediləcək

14 Avqust 2020, 14:05 (GMT +4)
İsrail mətbuatı Təl-Əvivlə rəsmi əlaqə quracaq növbəti ərəb dövlətlərinin adını açıqlayıb

14 Avqust 2020, 14:00 (GMT +4)
BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq

14 Avqust 2020, 13:45 (GMT +4)
Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66