Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Azərbaycanın inkişafı gənclərin obyektivində” adlı foto müsabiqə elan edilib

31 May 2019, 16:24 (GMT +4)

Bakı, 31 may, SalamNews. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə “Gilavar” Azərbaycan Foto Klubu “Azərbaycanın inkişafı gənclərin obyektivində” adlı foto müsabiqə elan edir. 15 iyun Milli Qurtuluş gününə həsr olunan müsabiqənin məqsədi müstəqillik dövründən sonrakı dövrlərdə paytaxt Bakının və bölgələrin sosial-iqtisadi inkişafını, Azərbaycanın müxtəlif sahələrdə qazanılan nailiyyətlərini, mədəniyyət və idman sahəsində əldə edilən uğurlarını fotolar vasitəsi ilə diqqətə çatdırmaqdır.

Foto müsabiqə 14-29 yaş arası həvəskar və peşəkar azərbaycanlı gənc fotoqraflar arasında keçirilir. Müsabiqəyə təqdim olunan fotolar fotoaparat vasitəsi ilə çəkilməli və mövzunu özündə əks elətdirməlidir. Müsabiqəyə fotoların qəbulu 13 iyun 2019-cu il tarixinə qədər davam edir.

Fotoların seçilməsi peşəkar fotoqraflar tərəfindən düzgün, obyektiv və şəffaf şəkildə aparılacaq. Qiymətləndirilmə zamanı hər bir münsif təqdim etdiyi ballara görə öz fikrini əsaslandırmalı olacaq və bütün bu proses video lentə alınacaq. Əgər bir fotoqrafın bir neçə fotosu yüksək bal toplayarsa, o zaman yalnız ən yüksək pillə tutmuş fotoya mükafat təqdim olunacaq.

6 ən yaxşı iş (1-ci yer 1 nəfər, 2-ci yer 2 nəfər, 3-cü yer 3 nəfər) seçiləcək və 18 iyunda təşkil olunacaq tədbirdə qalib və mükafatçılara pul mükafatı və diplomlar təqdim olunacaq. Seçilmiş fotolardan ibarət sərginin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, bir neçə beynəlxalq foto müsabiqənin keçirilməsində və fotoların qiymətləndirilmə prosesində təcrübəsi olan “Gilavar” Azərbaycan foto klubu 2017-ci dekabr ayında yaradılıb. Foto klub ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və onların imkanlarından istifadə etmək, bu sahəyə maraqlarının artırılmasına, beynəlxalq fotomüsabiqələrdə iştirakına dəstək vermək və ölkəmizi fotolar vasitəsilə dünyada tanıtmaq məqsədilə yaradılıb. Foto klubun üzvləri tərəfindən çəkilən fotoşəkillər beynəlxalq foto müsabiqələrdə Azərbaycan fotoqrafiyası adına 100-ə yaxın müxtəlif dərəcəli mükafatlar, o cümlədən qızıl, gümüş və bürünc medallar, xüsusi diplomlar qazandırıb, dünyanın 30-dan artıq ölkəsində sərgilənib.

Müsabiqənin şərtləri:

* Foto müsabiqə 14-29 yaş arası həvəskar və peşəkar gənc fotoqraflar arasında keçirilir

* Foto şəkillər JPEG formatda, uzun tərəfi 1500 piksel olmalıdır. Fotolar  gilavar.net@gmail.com email ünvanına məzmun yerində müsabiqə yazılaraq göndərilməlidir.

* Əlavə olunmuş faylda iştirakçılar adları, yaşları, peşələri, əlaqə vasitələri, foto şəklin çəkildiyi yer, işin adı, foto şəkil barədə qısa məlumat təqdim etməlidirlər.

* Müəlliflər təqdim etdikləri fotoların onlara məxsus olduğunu təsdiq etməlidirlər. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək  hüququna malikdirlər.

* Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu  yerləşdirmək olmaz.

* Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə  proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir).

* Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür.

* Fotolar kodlaşdırılaşdırılaraq münsiflər heyətinə anonim təqdim olunacaq.

* Başqa müəllifə aid, internetdən və ya digər mənbələrdən mənimsənilmiş fotolar qəbul edilmir.

* Mənəvi, etik normaları pozan, zorakılığı və insan psixologiyasına mənfi təsir edən digər səhnələri əks etdirən fotolar qəbul edilmir.

* 1 müəllif maksimum 3 foto təqdim edə bilər.

* Mükafata layiq görüləcək fotolar böyük  formatda müəlifdən sərgi üçün tələb olunacaq.

İlk üç yerin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:

I yer – 300 manat;

II yer – 200 manat;

III yer – 100 manat.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66