Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BMqT insan alveri ilə mübarizə sahəsində diplomatik nümayəndəliklərin rolu mövzusunda seminar keçirib

31 May 2019, 16:29 (GMT +4)

Bakı, 31 may, SalamNews. Bu gün BMqT-nin Azərbaycan nümayəndəliyi Aİ-nin maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə Bakıda insan alveri ilə mübarizə sahəsində diplomatik missiyaların rolu mövzusunda seminar keçirmişdir.

SalamNews xəbər verir ki, tədbir Avropa İttifaqı və BMqT İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən Azərbaycanda İnsan alveri ilə mübarizədə milli potensialın gücləndirilməsi (ENCT) layihəsi çərçivəsində həyata keçirilib.

Seminarda diplomatik nümayəndəliklərin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərinin səfirliklərinin, eləcə də Moldova, Gürcüstan, Türkiyə və Ukraynanın Bakıdakı səfirlikləri, beynəlxalq təşkilatlar və Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının təmsilçiləri həm yerli və beynəlxalq miqyasda insan alveri ilə mübarizədə təcrübə, yanaşma və bacarıqların mübadiləsi imkanı əldə ediblər.

Seminarın açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Cankauskas, Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə üzrə Baş İdarəsinin rəisi Heydər Heydərov, XİN-nin Konsulluq Şöbəsinin rəisi Faiq Bağırov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev çıxış etdilər.

Heydər Heydərov çıxışında insan alveri ilə mübarizədə Azərbaycan hökumətinin, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlərə toxunaraq, insan alveri ilə mübarizə üzrə son statistik məlumatları təqdim etdi. Heydərov ötən 5 ildə qeydə alınmış 755 insan alveri və məcburi əmək cinayəti üzrə 169 şəхsin məhkəmə məsuliyyətinə cəlb olunduğunu bildirdi. "Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə beynəlxalq cinayətkar şəbəkənin Azərbaycanda fəaliyyət göstərməsinin qarşısı alınmış, 2 mütəşəkkil dəstə, 58 cinayətkar qrup zərərsizləşdirilmişdir. Müəyyən edilmiş 356 qurbandan 312-si təhlükəsiz sığınacağa yerləşdirilmiş və hər birinə birdəfəlik müavinət, 280 qurbana isə Kömək Fondundan yardımlar verilmişdir".

Seminarda müzakirə olunan mövzular arasında İnsan alverinə dair məlumatların mübadiləsi üzrə müvafiq dövlət orqanları arasında koordinasiyada çətinliklər və ən yaxşı təcrübələr; insan alveri haqqında diplomatik nümayəndəliklərdə məlumatlılığın artırılması; səfirliklər tərəfindən təyinat ölkəsində insan alveri qurbanlarına ilk köməklik göstərilməsi və insan alveri sahəsində mövcud konsulluqların yardımı və dəstəyi yer almışdır.

Seminarda həmçinin, məlumat mübadiləsi və ciddi ehtiyac içində olan miqrantlarına köməkliyin göstərilməsi, diplomatik missiyaların öz təcrübələri, dövlətlər arasında komanda işinin vacibliyi, insan alveri ilə bağlı cinayyətlərin qarşısnın alınması, qurbanların qorunması, cinayətkarların təqibi və bu sahədə tərəfdaşlığın təmin olunması üçün görülmüş effektiv tədbirlər müzakirə olunub.

Qeyd etmək lazımdır ki, ENCT layihəsinin ümumi məqsədi insan alverinə qarşı mübarizədə və insan alveri qurbanlarını qorumaq üçün Azərbaycan hökumətinin imkanlarını gücləndirməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BMqT-nin təmsilçiləri Daxili İşlər Nazirliyində olublar

BMqT Əmək miqrasiyası idarəçiliyinə və əməkçi miqrantların müdafiəsinə dair seminar keçirib

BMqT “ASAN Xidmət”də fəaliyyət göstərən Hüquqi Yardım Mərkəzinə tanışlıq səfəri təşkil edib

BMqT təmsilçiləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində olublar

Dövlət Komitəsinin sədri BMqT Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib

BMqT əmək müfəttişləri üçün seminar keçirib

BMqT Azərbaycan səlahiyyətliləri üçün Avstriyaya tanışlıq səfəri təşkil edib

BMqT-in Azərbaycan nümayəndəliyinin təmsilçiləri ADAU-da olub

KOICA və BMqT arasında qrant razılaşması imzalanıb

DİN və BMqT arasında bəyannamə imzalanıb

Yeddi ay ərzində 370 min Mosul sakini məcburi köçkünə çevrilib - BMqT

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri BMqT-nin regional direktoru ilə görüşüb

DSX rəisi ilə BMqT-nin regional direktoru ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

16 İyun 2019, 11:36 (GMT +4)
Azərbaycan, Rusiya və İran prezidentlərinin görüş vaxtı açıqlanıb

15 İyun 2019, 16:17 (GMT +4)
Birinci vitse-prezident məzun gecəsinin iştirakçılarına müraciət ünvanlayıb

15 İyun 2019, 15:58 (GMT +4)
AGEM iştirakçıları İranın nüvə razılaşmasını dəstəklədiklərini təsdiq ediblər

15 İyun 2019, 15:57 (GMT +4)
İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə qaydası təsdiqlənib

15 İyun 2019, 15:56 (GMT +4)
ABŞ İrandan elektrik enerjisi və qaz alan İraqa daha 3 ay "güzəşt" edib

15 İyun 2019, 15:45 (GMT +4)
Gəncədə oğurluq edən şəxslər saxlanılıb

15 İyun 2019, 15:31 (GMT +4)
İran və Türkiyə prezidentləri arasında ikitərəfli görüş keçirilib

15 İyun 2019, 15:30 (GMT +4)
ADDA-da dövlət imtahanları keçirilir

15 İyun 2019, 15:21 (GMT +4)
Müdafiə naziri vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub

15 İyun 2019, 15:10 (GMT +4)
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

15 İyun 2019, 15:00 (GMT +4)
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib

15 İyun 2019, 14:57 (GMT +4)
AGEM iştirakçıları Qüdsdə status-kvonun dəyişməsi ilə nəticələnəcək birtərəfli qərarlara qarşı çıxıb

15 İyun 2019, 14:46 (GMT +4)
Antalyada rus turistlərin olduğu avtobus qəzaya uğrayıb, xəsarət alanlar var 

15 İyun 2019, 14:42 (GMT +4)
PA-nın şöbə müdiri: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub

15 İyun 2019, 14:31 (GMT +4)
Səudiyyəli nazir Suriyada separatçı qüvvələrlə görüşlər keçirib (FOTO)

15 İyun 2019, 14:22 (GMT +4)
Rövnəq Abdullayev Ağcabədinin Boyat kəndinə təbii qaz verilməsi mərasimində iştirak edib

15 İyun 2019, 13:58 (GMT +4)
Alen Delon təcili olaraq xəstəxanaya yerləşdirilib

15 İyun 2019, 13:52 (GMT +4)
Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib

15 İyun 2019, 13:41 (GMT +4)
Bu günədək 451,62 ton yaş barama təhvil verilib

15 İyun 2019, 13:31 (GMT +4)
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı keçirilib (FOTOLAR)

15 İyun 2019, 13:31 (GMT +4)
Sabah Bakıda 35, bölgələrdə 38 dərəcə isti gözlənilir

15 İyun 2019, 13:31 (GMT +4)
Tanınmış almaniyalı jurnalist İsrail qüvvələrinin atəşi nəticəsində yaralanıb (VİDEO)

15 İyun 2019, 13:24 (GMT +4)
Baş Nazir Novruz Məmmədov Tacikistan Prezidenti ilə görüşüb

15 İyun 2019, 13:16 (GMT +4)
Bu ilin dörd ayı ərzində 249 əsər qeydiyyatdan keçirilib

15 İyun 2019, 13:03 (GMT +4)
Rəsmi Bakı: Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır

15 İyun 2019, 12:46 (GMT +4)
Türkiyə Qüdsdə status-kvonun dəyişdirilməsinə qarşıdır - Ərdoğan

15 İyun 2019, 12:45 (GMT +4)
“ASAN xidmət”də Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib

15 İyun 2019, 12:37 (GMT +4)
Vergilər Nazirliyi: Regionlardan vergi daxilolmaları 8,6 faiz artıb

15 İyun 2019, 12:31 (GMT +4)
Son hücumdan sonra neft gəmilərinin sığorta qiyməti 10 faiz artıb

15 İyun 2019, 12:28 (GMT +4)
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12