Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Atletlər kəndində Olimpiya Günü qeyd olunub

01 İyun 2019, 14:20 (GMT +4)

Bakı, 1 iyun, SalamNews.İyunun 1-i “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya hərəkatının yaranmasının 125 illik yubileyi münasibətilə "Baki 2019" Əməliyyat Komitəsi və Milli Olimpiya komitəsinin təşkilatçılığı, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə tədbir təşkil edilib.

SalamNews xəbər verir ki, bu tarix Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf etdiyindən Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi tədbiri qeyd etmək məqsədiylə Festivalın irsi çərçivəsində həyata keçirilən Olimpiya Mədəniyyəti və Təhsil Proqramında iştirak edən 500 məktəblini idmançıların qalacağı “Atletlər kəndi”nə dəvət edib.

Gənclər və İdman naziri Azad Rəhimov yarışa hazırlığın plana uyğun getdiyini qeyd edərək deyib: “Bu günkü tədbirdə uşaqların iştirakı çox vacib amildir, çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini qarşımıza məqsəd qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxışında müasir Olimpiya hərəkatının 125 illik yubileyinin Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması tədbiri ilə birgə qeyd olunmasının əhəmiyyətdən danışdı. Onun sözlərinə görə dostluğu, qarşılıqlı hörməti, sülhü və mükəməlliyi özundə ehtiva edən Olimpizm daha geniş mənaya və məzmuna malikdir. Məhz bu səbəbdən Bakı şəhərində keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Avropa Gənclər Yay Olimpiya Festivalı və onun irsi çərçivəsində həyata keçirilən Olimpiya Mədəniyyəti və Təhsil Proqramının məktəblilər üçün əhəmiyyətindən söz açıb. Nazir müavinin sözlərinə görə bu kimi beynəlxalq proqramlar məktəblilərin hərtərəfli inkişafı, xüsusilə onların dünya görüşünü formalaşmasında misilsiz rola malikdir.

Tədbirdə “Zirvələrə doğru” idman kampaniyasına start verildi. Kampaniya çərçivəsində 13 və 16 yaş arası hər kəs özünü idmanın beş növü - basketbol, velosiped idmanı, atletika, tennis və üzgüçülük üzrə sınaya biləcək. Beş həftə ərzində, federasiyaların hər biri bütün iştirakçılar üçün açıq qapı günləri elan edəcək.

"Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovun qeyd etdiyi kimi, kampaniyanın təşkilatçıları uşaq və yeniyetmələrin idmana maraq göstərdiyini, idmanın fərqli növlərinin inkişaf etdiyi və yayıldığını, uşaq və yeniyetmələrin sağlamlığının və idmançılar ilə dost münasibətlərinin möhkəmləndiyini müşayət edirlər.

Ən yaxşı nəticə göstərən uşaqlar, XV "Bakı-2019" Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək və festivalı yaxından izləmək imkanını qazanacaqlar. Onlar professional idmançılar ilə canlı ünsiyyət qurmaq, onlarla məşq etmək, idmançılar isə öz növbələrində tədbirin gənc iştirakçıları ilə təcrübələrini və dəyərlərini bölüşmək imkanını əldə edəcəklər.

"İdmanı sevən bütün uşaqları bu turnirə dəvət edirik. Onlar burada idmançılar, məşqçilərlə şəxsən tanış ola və onlardan çox vacib məsləhətlər ala biləcəklər. Bir uşaq bol enerji, böyük arzu və gücə sahib olduğu bir dövrdə böyüklərin təlimatı çox təsirli ola bilər", - deyə Elçin Səfərov bildirib.

Tədbirdə Atletika, Basketbol, Tennis, Üzgüçülük və Velosiped İdman Federasiyaları öz idman növlərini interaktiv formada təqdim edib, maraqlı faktlar haqda danışıb və daha sonra iştirakçıların hər birinə öz güclərini sınamaq imkanını vermişdir.

Tədbirin davamı olaraq müasir Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 125 illik yubileyi ilə əlaqədar Atletlər kəndində kütləvi qaçış təşkil edilmişdir. 49 təhsil müəssisəsini təmsil edən Avropa Gənclər Olimpiya Festivalının layihəsi olan “Olimpiya Mədəniyyəti və Təhsil Proqramında” iştirak edən 500 məktəbli 1 km-dən az məsafədə yerləşən finiş xəttini ilk keçmək uğrunda yarışmışdırlar.

Yarışın sonunda iştirakçı və qaliblər Milli Olimpiya Komitəsinin hədiyyə və diplomları ilə təltif olunmuşdur. Təltif mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov iştirak etmişdir.

Eyni zamanda, Olimpiya Mədəniyyəti və Təhsil Proqramının iştirakçıları olan məktəblilərin Atletlər Kəndində ekskursiyası baş tutub. Uşaqlar Festival zamanı Atletlər kəndində yerləşəcək idmançıların yaşayış, əyləncə və idman zonaları ilə yaxından tanış olublar.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Beynəlxalq Olimpiya Günü münasibətilə Bakıda kütləvi estafet qaçışı təşkil olunub

28 Fevral 2020, 19:15 (GMT +4)
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva: Ajiotaj yaratmayın

28 Fevral 2020, 18:17 (GMT +4)
“İrandan gələnləri saxlamasaq, təhlükə mənbəyi olacaqlar” - Yaqut Qarayeva

28 Fevral 2020, 18:12 (GMT +4)
Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib

28 Fevral 2020, 18:05 (GMT +4)
Qərargah: Koronavirusa yoluxan şəxsin vəziyyətində ağırlaşma yoxdur

28 Fevral 2020, 17:54 (GMT +4)
Bakıda mənzildən qadın meyiti aşkarlanıb

28 Fevral 2020, 17:43 (GMT +4)
İspaniyada koronavirus infeksiyasına yoluxanların sayı 32-yə çatıb

28 Fevral 2020, 17:40 (GMT +4)
General Haftarın ordusu Liviyada 15 türk əsgərinin öldüyünü iddia edib

28 Fevral 2020, 17:32 (GMT +4)
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir

28 Fevral 2020, 17:31 (GMT +4)
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

28 Fevral 2020, 17:20 (GMT +4)
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq

28 Fevral 2020, 17:14 (GMT +4)
Putin və Ərdoğan görüşmək barədə razılıq əldə edib

28 Fevral 2020, 17:03 (GMT +4)
Suriya Ordusu İdlibin cənubunda 5 kəndi radikal qruplaşmalardan azad edib

28 Fevral 2020, 17:00 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşüblər

28 Fevral 2020, 16:45 (GMT +4)
Lavrov İdlibdə öldürülən hərbçilərə görə Türkiyəyə başsağlığı verib

28 Fevral 2020, 16:40 (GMT +4)
Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

28 Fevral 2020, 16:27 (GMT +4)
Gömrük Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

28 Fevral 2020, 16:21 (GMT +4)
“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi baş tutub

28 Fevral 2020, 16:18 (GMT +4)
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək

28 Fevral 2020, 16:18 (GMT +4)
İran İdliblə bağlı tərəfləri təmkinli olmağa çağırıb

28 Fevral 2020, 16:16 (GMT +4)
“Sağlam təhsil” məktəbəhazırlıq qrupları (VİDEO)

28 Fevral 2020, 16:15 (GMT +4)
Kreml Putin və Ərdoğan arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb

28 Fevral 2020, 15:52 (GMT +4)
Nicat Hacızadə: Ötən ay qeyri-neft sektoru üzrə 141 milyon dollar dəyərində ixrac olub

28 Fevral 2020, 15:48 (GMT +4)
Prezident İlham Əliyev: Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib

28 Fevral 2020, 15:40 (GMT +4)
Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

28 Fevral 2020, 15:35 (GMT +4)
AB Türkiyəyə qarşı sanksiyaları genişləndirir

28 Fevral 2020, 15:30 (GMT +4)
Ucarda 3 ədəd mina tapılıb

28 Fevral 2020, 15:30 (GMT +4)
Prezident: “Cənub Qaz Dəhlizi layihəsi əsasında əməkdaşlığın nadir formatı yaradılıb”

28 Fevral 2020, 15:10 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün qiymətləndirmə çərçivəsi hazırlanıb

28 Fevral 2020, 15:02 (GMT +4)
Azərbaycanda 1 milyona yaxın köhnə işıq sayğacı dəyişdiriləcək

28 Fevral 2020, 14:53 (GMT +4)
Lukaşenko koronavirus səbəbiylə Belarus sərhədlərini bağlamaq niyyətində deyil

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66