Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi öz işinə başlayıb

03 İyun 2019, 09:49 (GMT +4)

Bakı, 3 iyun, SalamNews.  Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 1-5 iyun tarixlərində Bakıda keçiriləcək “CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi öz işinə başlayıb.

SalamNews xəbər verir ki, müsabiqənin açılış mərasimindən əvvəl təşkil edilən mətbuat konfransında münsiflər heyəti KİV-nin suallarını cavablandırıblar.

Təşkilat Komitəsinin sədri, Tofig Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru Gülnarə Səfərova müsabiqə haqqında geniş məlumatı diqqətə çatdırıb. Bildirib ki, 16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edəcəklər.

“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsində gənc istedadları Azərbaycanın Xalq artisti, beynəlxalqa mükafatlar laureatı Murad Hüseynovun sədrliyi ilə Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freydən ibarət Beynəlxalq Münsiflər Heyəti qiymətləndirəcək. Müsabiqədə İsrail, Çin, Rusiya, Ukraynadan olmaqla ümumilikdə 90 iştirakçı yarışacaq.

İyunun 3-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Münsiflər Heyəti üzvlərinin konserti keçiriləcək. “CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin sonuncu günü, iyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqə iştirakçıları tanınmış pianoçularun ustad dərslərində iştirak edəcək, saat 14:00-da isə müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala konserti reallaşacaq.

Münsiflər heyətinin sədri, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov müsabiqədə iştirak edəcək yerli və xarici istedadlara qələbə sevinci və yeni-yeni uğurlar arzulayaraq diqqətə çatdırıb ki, müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, Azərbaycan musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı-ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Müsabiqədə iştirak gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını, həmçinin onların ifaçılıq vərdişlərinin gələcəkdə təkmilləşdirilməsini, konsert və pedaqoji repertuarlarının dünyada məşhur olan ən yaxşı klassik musiqi nümunələri ilə zənginləşməsini təşviq edəcək.

Daha sonra müsabiqənin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov “CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinə qatılan iştirakçıların müəllim və valideynlərini Mədəniyyət Nazirliyi adından salamlayıb. Müsabiqənin əlamətdar bir günə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf etdiyini diqqətə çatdıraraq tədbirin tarixi əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycanda uşaqlara və gənclərə qayğı və diqqət dövlət siyasətinin mühüm hissədir. Bu gün dövlətimiz tərəfindən uşaqların təhsilinə və tərbiyəsinə göstərilən qayğı nəticəsində gənc nəsil bir çox uğurlara imza atır, öz potensiallarını sərbəst nümayiş etdirə bilirlər.

Müsabiqənin Beynəlxalq Muğam Mərkəzində keçirilməsi əbəs deyil. Heydər Əliyev Fondu tərəfindən Muğam Mərkəzinin inşası Azərbaycanda unikal layihələrdən biridir. Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində muğam sənətimiz, kamança və tar alətimiz UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Cəlil Məlikov diqqətə çatdırıb ki, müsabiqənin keçirilməsi eyni zamanda uşaqların gələcəkdə musiqi sahəsində bacarıqlarının inkişaf etdirilıməsini və beynəlxalq aləmə Azərbaycan musiqisini və Azərbaycan bəstəkarlarının yaradıcılığını tanıtmaq məqsədi daşıyır. Çox sevindirici haldır ki, bu müsabiqəyə bir neçə ölkədən iştirakçılar da qatılıb.

Daha sonra müsabiqənin ilk dinləmələrinə başlanıb. 1-ci qrup üzrə iştirakçıların dinləmələrində münsiflər yarışmaçıları 10 ballıq sistemlə qiymətləndiriblər. Müsabiqənin ikinci günü, iyun ayının 2-də isə 2-ci qrup üzrə iştirakçıların dinləmələri baş tutacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2019, 10:04 (GMT +4)
Kərbəlada zəvvarların mikroavtobusu partladılıb - Azı 11 şəhid var (VİDEO)

21 Sentyabr 2019, 10:02 (GMT +4)
Prezident İlham Əliyev Maltanın dövlət başçısını təbrik edib

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

20 Sentyabr 2019, 16:04 (GMT +4)
İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

20 Sentyabr 2019, 15:58 (GMT +4)
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir

20 Sentyabr 2019, 15:52 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20 Sentyabr 2019, 15:45 (GMT +4)
Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:35 (GMT +4)
Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

20 Sentyabr 2019, 15:03 (GMT +4)
DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

20 Sentyabr 2019, 14:48 (GMT +4)
Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb (VİDEO)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66