Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Lənkəranda Beynəlxalq Teatr Festivalı işə başlayıb

03 İyun 2019, 11:24 (GMT +4)

Bakı, 3 iyun, SalamNews. Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində iyunun 1-də Lənkəran Dövlət Dram Teatrının binasında Beynəlxalq Teatr Festivalına start verilib.

Festivala ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı öz tamaşaları ilə qatılıblar. Beynəlxalq festivalda, həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edirlər.

Teatr truppaları təqdim ediləcək tamaşalara baxmaqla yanaşı, bir-biri ilə sənət mübadiləsi edəcək, Lənkəranın gəzməli-görməli məkanları ilə tanış olacaqlar.

İyunun 1-də Lənkəran Dövlət Dram Teatrının binasında Beynəlxalq Teatr Festivalının açılışı mərasimi keçirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri Azərpaşa Nemətov festivalda iştirak edən teatr kollektivlərinə yaradıcılıq uğurları arzulayıb.

Beynəlxalq teatr festivallarının ölkəmizdə keçirilməsinin ənənə halını aldığını vurğulayan A.Nemətov Lənkəran Dövlət Dram Teatrında çalışan aktyorların sırasında onun tələbələrinin də olduğunu deyib, festivalın əsl sənət bayramına çevriləcəyinə əminliyini ifadə edib.

“British Council” təşkilatının direktor müavini Nigar Baimova 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərdiklərini qeyd edərək, Cənubi Qafqazda ilk dəfə məhz ölkəmizdə “Near Gone” səhnə əsəri ilə çıxış etdiklərini bildirib.

Festivalın birinci günü Lənkəran Dövlət Dram Teatrının aktyorları “Tilsimlənmiş qız” tamaşasını oynayıblar. Tamaşanın quruluşçu-rejissoru Tərlan Abdullayev, quruluşçu-rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Günün ikinci yarısında isə Böyük Britaniyanın “Two Destination Language” Teatrının “Near Gone” adlı səhnə əsəri tamaşaçılara təqdim olunub.

“Near Gone” sağ qalmaq haqqında əsərdir. Tamaşa ölümün ağuşunda olan gənc qız və oğlanın dueti ilə başlayır. Real hadisələrdən bəhs edən duet zamanı tədricən onların şəxsi əlaqəsi üzə çıxır. Onlar səhnədə bir saat ərzində sözlə ifadə olunması mümkün olmayan mətləbləri Şərqi Avropanın qaraçı musiqisi altında bir-birini əvəzləyən ritmik rəqsləri ilə anlatmağa cəhd edirlər.

Bolqar və ingilis dillərində nəql olunan hadisə auditoriyaya emosional təsir göstərir və tamaşaçını həyatın ötüb keçməsi haqqında düşünməyə dəvət edir.

“Near Gone” tamaşası “Pulse Fringe Suitcase” (2013) və İnnovasiya, Təcrübə və Səhnələşdirməyə görə “Total Teatr” mükafatlarının (2014) sahibidir.

İyunun 2-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində 3 tamaşa göstəriləcək. Saat 10.00-da Gəncə Dövlət Kukla Teatrı, saat 12.00-da “Ol” teatrı, 16.00-da isə Bakı Uşaq Teatrı çıxış edəcək.

Gəncəli aktyorlar Ə.Orucoğlunun əsəri əsasında hazırlanmış “Zınqırovlu pişik” tamaşası ilə festivala qatılacaqlar. Tamaşanın quruluşçu-rejissoru Şamil Məmmədli, dekorator rəssamı Sara Məmmədova, kuklaçı rəssamı Təranə Cəfərovadır.

Müstəqil “Ol” Teatrının aktyorları festivala xalq nağılının motivləri əsasında hazırlanmış “Cəsur şahzadə Məlikməmmədin nağılı” adlı tamaşa ilə çıxacaqlar. Tamaşanın quruluşçu-rejissoru Namiq Ağayev, quruluşçu-rəssam Xuraman Azəri, musiqi tərtibatçısı Əfsanə Bağırovadır.

Bakı Uşaq Teatrı isə “Göyçək Fatma”nı təqdim edəcək. Əməkdar artist İntiqam Soltanın səhnəyə qoyduğu nağıl-tamaşanın quruluşçu-rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir.

Beynəlxalq Teatr Festivalı iyunun 5-dək davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gəncə Dövlət Dram Teatrının tikintisinə 13,8 milyon manat ayrılıb

Füzuli Dövlət Dram Teatrının aktyoru vəfat edib

Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Füzuli Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Dövlət Akademik Musiqili Teatrının rəhbəri mükafata layiq görülüb

Bakıda “Əgər SƏN olsaydın?” adlı Forum-Teatr keçirilib

Marionet Teatrında “Arşın mal alan” operettası təqdim olunub

Gəncədə “Kukla” teatrının yaxınlığında top mərmiləri aşkarlanıb

Ötən il Azərbaycan teatrları üçün məhsuldar il kimi yadda qalıb

Ölkənin ən böyük "CinemaPlus" kinoteatrı açılacaq

Füzuli Dövlət Dram Teatrı yeni proqrama başlayıb

Prezident Sumqayıtda “CinemaPlus” kinoteatrının açılışında iştirak edib (FOTOLAR)

Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

Bakıda 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılışı olub (FOTO)

Bakı Uşaq Teatrı yeni mövsümə start verir

Bakı Marionet teatrı Beynəlxalq Festivalda səhnə alacaq

Bakcell-in dəstəyi ilə Bakıda beynəlxalq teatr festivalı keçiriləcək

Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd olunacaq

Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək

İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür

03 İyul 2020, 19:21 (GMT +4)
Saatlının su təminatında yaranan çətinliklərə rəsmi ayınlıq gətirilib 

03 İyul 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

03 İyul 2020, 17:47 (GMT +4)
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını alıb

03 İyul 2020, 17:46 (GMT +4)
Ərdoğan Putin və Ruhani ilə danışıqların nəticələrini şərh edib

03 İyul 2020, 17:43 (GMT +4)
Yəmənlilər aviazərbələrə cavab olaraq Səudiyyə ərazisini 4 PUA ilə hədəfə alıblar

03 İyul 2020, 17:28 (GMT +4)
Putin Konstitusiyaya dəyişikliyə dair fərmanı imzalayıb

03 İyul 2020, 17:20 (GMT +4)
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

03 İyul 2020, 17:16 (GMT +4)
Müəllimlər üçün onlayn müsahibələrə start verilir

03 İyul 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

03 İyul 2020, 16:54 (GMT +4)
Türkiyədə fişəng zavodunda baş verən partlayışlarda ölənlərin sayı 4-ə yüksəlib 

03 İyul 2020, 16:50 (GMT +4)
Prezident Kitabxanasının “Nəriman Nərimanov” elektron layihəsi istifadəyə verilib

03 İyul 2020, 16:37 (GMT +4)
Avropanın səhv siyasəti davam etsə nüvə sazişi tam şəkildə aradan gedəcək - İran

03 İyul 2020, 16:30 (GMT +4)
Türkiyədə fişəng zavodunda silsilə partlayışlar baş verib, ölən və yaralananlar var

03 İyul 2020, 16:11 (GMT +4)
İran səfirliyi AzTV-nin baş redaktoru Etibar Babayevin vəfatı ilə əlaqədar başsağlığı verib

03 İyul 2020, 16:10 (GMT +4)
ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar

03 İyul 2020, 15:58 (GMT +4)
Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

03 İyul 2020, 15:52 (GMT +4)
Balaxanı yeni turizm məkanına çevrilir

03 İyul 2020, 15:44 (GMT +4)
The Hill: ABŞ-ın keçmiş prezidenti Qərb sahilinin ilhaqını “qanunsuz işğal” adlandırıb

03 İyul 2020, 15:36 (GMT +4)
Daha bir Avropa dövləti İsraillə Fələstin arasında vasitəçiliyə başlayıb

03 İyul 2020, 15:20 (GMT +4)
Jan Kasteks Fransanın yeni baş naziri təyin olunub

03 İyul 2020, 15:17 (GMT +4)
Azərbaycan və İndoneziya enerji əməkdaşlığına dair memorandum imzalayacaq

03 İyul 2020, 15:11 (GMT +4)
“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb

03 İyul 2020, 15:00 (GMT +4)
Rəsədxana: Sabah planetlərin paradı başlayır

03 İyul 2020, 14:46 (GMT +4)
Maduro Avropa İttifaqının Venesueladakı nümayəndəsini geri göndərməməsinə aydınlıq gətirib

03 İyul 2020, 14:34 (GMT +4)
Gömrük Akademiyasının məzunu: İndi ən düzgün seçimi etmiş olduğumu bilirəm

03 İyul 2020, 14:24 (GMT +4)
Masallıda karantin qaydalarını pozan kafe və çayxana sahibləri cərimələnib

03 İyul 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 11 mini ötüb

03 İyul 2020, 14:05 (GMT +4)
Rusiya koronavirusun müalicəsi üçün dərman satmağa başlayıb

03 İyul 2020, 14:00 (GMT +4)
AZTV: 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır

03 İyul 2020, 13:50 (GMT +4)
Azərbaycanda tələbələrin köçürülməsi müvəqqəti təxirə salınır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66