Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

03 İyun 2019, 17:34 (GMT +4)

Bakı, 3 iyun, SalamNews.Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

SalamNews xəbər verir ki, təbrikdə bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayının dünya müsəlmanlarının ən əziz ayı olduğu bildirilir. Qeyd edilir ki, oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

Vurğulanır ki, Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.

Təbrikdə qeyd edilir ki, bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. “İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram”, - deyə dövlətimizin başçısı bildirir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İlham Əliyev: Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır

İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

Prezident İlham Əliyev: “Kasıb, yoxsul Ermənistanda bu qədər silah hardandır, onu kim silahlandırır”

İlham Əliyev düşmənin məhv edilmiş texnikasının sayını açıqlayıb

İlham Əliyev: Füzuli şəhəri işğaldan azad edilib

İlham Əliyev: Bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz

Prezident İlham Əliyev xalqa müraciət edəcək

İlham Əliyev: İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb

İlham Əliyev: “Şuşasız bizim işimiz yarımçıq qalar”

İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib

İlham Əliyev: Azərbaycan Ordusu daha 6 kəndi işğaldan azad edib

İlham Əliyev: Strateji yüksəkliklər bizim nəzarətimizdədir

Xorvatiyanın sabiq prezidenti İlham Əliyevə məktub göndərib

Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib

İlham Əliyev: Iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edilib

İlham Əliyev: Paşinyan hakimiyyətdə nə qədər çox qalsa, bizim üçün bir o qədər yaxşıdır

Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Prezident İlham Əliyev “Haber Türk” televiziya kanalına müsahibə verib

Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi İlham Əliyevə məktub yazıb

19 Oktyabr 2020, 18:13 (GMT +4)
Azərbaycan Almaniyaya nota verəcək

19 Oktyabr 2020, 18:01 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərir (FOTO)

19 Oktyabr 2020, 17:53 (GMT +4)
İspaniyanın “La Razón” qəzeti: “Qarabağ Azərbaycandır”

19 Oktyabr 2020, 17:40 (GMT +4)
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında təbliğat işləri davam edir

19 Oktyabr 2020, 17:22 (GMT +4)
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

19 Oktyabr 2020, 17:10 (GMT +4)
MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

19 Oktyabr 2020, 17:03 (GMT +4)
Sergey Lavrov: Moskva görüşündən sonra ümidlərimiz özünü doğrultmadı

19 Oktyabr 2020, 16:47 (GMT +4)
ABŞ Əfqanıstandakı sülh danışıqlarından seçkilərdə yararlanmağa çalışır – Həsən Ruhani

19 Oktyabr 2020, 16:37 (GMT +4)
Hikmət Hacıyev: Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq

19 Oktyabr 2020, 16:31 (GMT +4)
Ermənilər Tərtər pambıq zavodunu vurub (VİDEO)

19 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Hazırda bütün cəbhəboyu nəzarət Ordumuzun nəzarəti altındadır

19 Oktyabr 2020, 16:11 (GMT +4)
BƏƏ-dən İsrailə gedən ilk ticarət gəmisini Netanyahu şəxsən özü qarşılayıb

19 Oktyabr 2020, 15:57 (GMT +4)
Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

19 Oktyabr 2020, 15:40 (GMT +4)
BP Azərbaycan xalqına dəstəyini ifadə edib

19 Oktyabr 2020, 15:27 (GMT +4)
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub

19 Oktyabr 2020, 15:16 (GMT +4)
İranda son sutkada 337 koronavirus xəstəsinin ölümü qeydə alınıb

19 Oktyabr 2020, 15:11 (GMT +4)
Sahibə Qafarova TBMM Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

19 Oktyabr 2020, 14:57 (GMT +4)
Qazax sakinində silah aşkarlanıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Prokurorluq: Dünən Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəf alıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Cenevrədə Liviya münaqişəsi tərəflərinin danışıqlarının növbəti mərhələsi başlayıb

19 Oktyabr 2020, 14:22 (GMT +4)
İlham Əliyev: Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır

19 Oktyabr 2020, 14:15 (GMT +4)
Azərbaycan Prezidenti Türkiyə parlamentinin Sədrini qəbul edib

19 Oktyabr 2020, 14:02 (GMT +4)
Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib

19 Oktyabr 2020, 13:50 (GMT +4)
Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına Ermənistanın son təxribatlarından danışıb

19 Oktyabr 2020, 13:49 (GMT +4)
İraq baş naziri Avropaya ilk rəsmi səfərinə başlayıb

19 Oktyabr 2020, 13:40 (GMT +4)
Koronavirusun yeni simptomu aşkarlanıb

19 Oktyabr 2020, 13:24 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

19 Oktyabr 2020, 13:10 (GMT +4)
XİN sosial şəbəkələrdə ermənilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına münasibət bildirib

19 Oktyabr 2020, 12:54 (GMT +4)
MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

19 Oktyabr 2020, 12:53 (GMT +4)
MN: Göygöldə mövqelərimiz atəşə tutulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66