Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bu gün Su təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramıdır

05 İyun 2019, 12:00 (GMT +4)

Bakı, 5 iyun, SalamNews. Bu gün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı günü qeyd edilib. 

SalamNews xəbər verir ki, “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivləri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib. Bakı Biznes Mərkəzində təşkil olunmuş sərgiyə baxış keçirilib, peşə bayramı günü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov meliorasiya və su təsərrüfatı sahəsində görülən işlərdən danışaraq bu sahədə çalışanları təbrik edib.

“Azərsu” ASC-də keçirilən tədbirdə Cəmiyyətin sədri Qorxmaz Hüseynov əhalininsosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətlərinin olduğunu qeyd edib. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib.

Q.Hüseynov su təsərrüfatı sektorunun böyük və şərəfli tarixi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə su təchizatı və kanalizasiya layihələrinin böyük bir hissəsi Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində və müstəqilliyin ilk illərində yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu sahədə başlanılan işləri uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə ölkə miqyasında genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilib.

Ulu öndər Heydər Əliyevin təşəbbüskarı olduğu və Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycanın müstəqillik illərinin ən böyük infrastruktur layihəsi kimi tarixə düşüb. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin, Küllülü su mənbəyinin, Şirvan-Muğan, Sabirabad-Saatlıqrup su kəmərlərinin, həmçinin Xanbulançay, Mingəçevir, Şəmkirçay və Quba sutəmizləyici qurğuları, ümumilikdə 39 yeni su mənbəyinin istismara verilməsi regionlarda əhalinin keyfiyyətli içməli su ilə təminatına mühüm töhfələr verib. Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi yekunlaşıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.

Ötən müddətdə “Azərsu” ASC-də institusional islahatlar aparılıb, müştəri xidmətləri, kadr hazırlığı, informasiya-kommunikasiya texnologiyalarından istifadə, suyun keyfiyyətinin yüksəldilməsi və əməyin təhlükəsizliyi sahəsində nailiyyətlər əldə olunub. Yeni regional idarələrin yaradılması, regional laboratoriyaların fəaliyyətə başlaması əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edib.

Tədbirin sonunda əmək fəaliyyətində fərqlənən əməkdaşlar təltif olunub. “Azərsu” ASC sədrinin əmri ilə 119 əməkdaş Fəxri Fərmana, 100 əməkdaş isə “Təşəkkürnamə”yə layiq görülüb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

“Azərsu”nun “Qaynar xətt”inin fəaliyyəti müvəqqəti dayandırılacaq

"Azərsun Holdinq" mükafata layiq görülüb

"Azərsu” sədri Gəncədə vətəndaşları qəbul edib

“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib

"Azərsu" gücləndirilmiş iş rejiminə keçəcək

ETSN Bakıda ağacların qurudulmasına görə “Azərsu” barədə protokol tərtib edib

"Azərsun Holding"in komandası “Gilan Kuboku”nun qalibi olub

“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

“Azərsu” Şamaxı və Ağsunun 5 kəndində içməli su layihələrinin icrasına başlayıb

“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib

“Azərsu” Suraxanı rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlayıb

“Azərsu” ASC-nin sədri vətəndaşları qəbul edəcək

“Azərsu” Qazaxda içməli su və kanalizasiya sistemlərini yenidən qurur

"Azərsu" yeni elektron xidmətini istifadəyə verib

"Azərsu" Dünya Su Şurası İdarə Heyətinin 68-ci iclasında iştirak edib

“Azərsu” Səbail rayonunda içməli su layihəsinin icrasına başlayıb

Azərbaycan prezidenti “Azərsu” ASC-yə 25 milyon manat ayırıb

“Azərsu” indiyə qədər “ASAN xidmət” vasitəsilə 220 minə yaxın müraciət qəbul edib

21 Noyabr 2019, 18:00 (GMT +4)
Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:50 (GMT +4)
İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada səfərdədirlər

21 Noyabr 2019, 17:48 (GMT +4)
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib

21 Noyabr 2019, 17:30 (GMT +4)
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib

21 Noyabr 2019, 17:27 (GMT +4)
Nazir müavini ŞƏT üzv dövlətlərin iclasında iştirak edib

21 Noyabr 2019, 17:22 (GMT +4)
Laos-Tayland sərhədində zəlzələ baş verib

21 Noyabr 2019, 17:21 (GMT +4)
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:16 (GMT +4)
İsrail körfəz ərəb dövlətlərilə «müharibənin olmaması» razılaşmasını imzalamaq istəyir

21 Noyabr 2019, 16:59 (GMT +4)
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb

21 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanda ilk platforma şirkəti yaradılıb

21 Noyabr 2019, 16:51 (GMT +4)
Dövlət Dumasının deputatı: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

21 Noyabr 2019, 16:45 (GMT +4)
Rəşid Rəsulov yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 16:36 (GMT +4)
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Noyabr 2019, 16:26 (GMT +4)
Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

21 Noyabr 2019, 16:17 (GMT +4)
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 1 milyon manat ayrılıb

21 Noyabr 2019, 16:14 (GMT +4)
Beynəlxalq ikili diplom proqramlarının keçiriləcəyi xarici təhsil müəssisələrinin seçim qaydaları təsdiqlənib

21 Noyabr 2019, 16:05 (GMT +4)
Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib (FOTOLAR)

21 Noyabr 2019, 16:01 (GMT +4)
İranda internet xidməti 5 gün dayandırıldıqdan sonra yenidən bərpa edilib

21 Noyabr 2019, 15:45 (GMT +4)
AzTU ərəb ölkələrində daha da yaxından tanıdılacaq

21 Noyabr 2019, 15:38 (GMT +4)
Yunanıstandan qovulan miqrantlara Türkiyədə tibbi yardım göstərilib

21 Noyabr 2019, 15:23 (GMT +4)
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib - nazir

21 Noyabr 2019, 15:15 (GMT +4)
Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var

21 Noyabr 2019, 15:08 (GMT +4)
Bakı Mühəndislik Universitetində beynəlxalq seminar keçirilir

21 Noyabr 2019, 15:05 (GMT +4)
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

21 Noyabr 2019, 14:58 (GMT +4)
ABŞ-da prezidentiliyə namizəd Yəmənə görə Səudiyyənin cəzalandırılmasını istəyib

21 Noyabr 2019, 14:55 (GMT +4)
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib

21 Noyabr 2019, 14:52 (GMT +4)
BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

21 Noyabr 2019, 14:38 (GMT +4)
Lavrov Pompeonun Fələstin-İsrail nizamlanmasına dair açıqlamalarını pisləyib

21 Noyabr 2019, 14:36 (GMT +4)
Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi üzrə dövlət proqramının idarəetmə qrupu yaradılıb

21 Noyabr 2019, 14:28 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66