Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

07 İyun 2019, 14:46 (GMT +4)

Bakı, 7 iyun, SalamNews.Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev İtaliyanın Triest şəhərində yerləşən, İtaliya hökuməti, UNESCO və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsi altında fəaliyyət göstərən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində (“The Abdus Salam International Centre for Theoretical Physics” (ICTP)) olub. 

Səfər zamanı rektor Elçin Babayev Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru, UNESCO Baş Direktorunun assistenti, Kembric universitetinin professoru Fernando Kuevedo ilə görüşüb. Hər iki ölkənin inkişafında fundamental elmlərin, xüsusilə də nəzəri fizikanın və astrofizikanın, həmçinin multidissiplinar elmi istiqamətlərin inkişaf etdirilməsinin əhəmiyyəti barədə müzakirələrin aparıldığı görüşdə uyğun sahələrdə əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik ifadə edilib. Tərəflər gələcəkdə kadr hazırlığı (magistratura, doktorantura) və elmi əməkdaşlığı gücləndirmək, fizika, astrofizika və biofizika sahələrində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.

Görüş zamanı Azərbaycan və İtaliya arasında mövcud olan elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək kimi strateji əhəmiyyətli işlərin reallaşdırılması imkanları da müzakirə edilib. Əməkdaşlıq çərçivəsində müştərək elmi-tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri yolu ilə kadr hazırlığı, birgə elmi iclaslar, konfranslar, simpoziumlar, seminarlar, təcrübəartırma kursları və s. təşkili nəzərdə tutulub. Görüşdə, eyni zamanda, iki qurum arasında elm, texnologiya və innovasiya sahəsində anlaşma memorandumunun və əməkdaşlıq müqaviləsinin imzalanmasının, onun əsasında fəaliyyət planının hazırlanmasının əhəmiyyəti vurgulanıb.
Rektor Elçin Babayev BDU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər haqqında məlumat verib və fikir mübadiləsi aparılıb. Rektor professor Fernando Kuevedonu BDU-ya dəvət edib.

Rektor Elçin Babayev Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində keçirilmiş “Beynəlxalq Kosmik Hava Təşəbbüsü Seminarı”nda (The International Space Weather Initiative (ISWI) Workshop) da iştirak edib. Əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə kadr hazırlığı, cihaz və qurğuların yerləşdirilməsi və kosmik hava məlumatlarının təhlili üzrə perspektivlərin müzakirə olunmasından ibarət olan seminar əsasən ISWI şəbəkələrinin daha çox əməkdaşlıq əsasında inkişafı hesabına yeni tədqiqat nəticələrinə təşviq edir.

Seminarda bu istiqamətdə çalışan beynəlxalq ekspertlər Günəş-Yer Əlaqələrinin fizikası və Kosmik Hava, Kosmik Hava cihaz və qurğuları, Günəş fizikası, Magnetosfer, İonosfer və Termosfer fizikası, Kosmik Havanın Qlobal Naviqasiya Peyk Sistemlərinə (GNSS) təsiri, bu sahədə təhsil və yeni araşdırma imkanları kimi mövzularda məruzələrlə çıxışlar ediblər. BDU-nun rektoru Elçin Babayevin “Azərbaycanda Kosmik Hava və əlaqəli sahələrdə elmi tədqiqatlar” mövzusunda məruzəsi və Azərbaycan alimlərinin bu sahədə apardığı elmi-tədqiqat işləri maraq doğurub, son illər əldə olunan elmi yeniliklər yüksək qiymətləndirilib.
Qeyd edək ki, “Beynəlxalq Kosmik Hava Təşəbbüsü Seminarı” kosmik hava tədqiqatlarında istifadə olunan elmi cihaz və qurğuların inkişaf etdirilməsi, bu istiqamətdə ölçmələrin təkmilləşdirilməsi, kosmik hava məlumatlarının digər müvafiq məlumatlarla birlikdə analizi və alınan nəticələrin kosmik hava elmi istiqamətinin inkişaf etdirilməsinə yönləndirilməsini nəzərdə tutan beynəlxalq əməkdaşlıq proqramıdır.

Seminarın koordinatorları Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos İşləri üzrə Ofisi (“United Nations Office for Outer Space Affairs” (UNOOSA)), ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (“National Aeronautics and Space Administration” (NASA)), Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitə (“International Committee on Global Navigation Satellite Systems” (ICG)), ABŞ Boston Kolleci, Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Elmi Komitə (“Scientific Committee on Solar-Terrestrial Physics” (SCOSTEP)), Beynəlxalq Geodeziya və Geofizika Birliyi (“International Union of Geodesy and Geophysics” (IUGG)), Atmosfer Araşdırmaları Mərkəzi (“Centre for Atmospheric Research”), Milli Kosmos Araşdırmaları və İnkişafı Agentliyi (“National Space Research & Development Agency”) və Avropa Kosmos Agentliyidir (“European Space Agency” (ESA)).


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Elçin Babayev gənc tədqiqatçılara çağırış edib

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12