Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Səfər Mehdiyev: Gömrük sistemində də könüllülük hərəkatının yaradılması özünü doğruldacaq

08 İyun 2019, 14:35 (GMT +4)

Bakı, 8 iyun, SalamNews. İyunun 8-də Dövlət Gömrük Komitəsində yeni yaradılan "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri və "Könüllü gömrükçü" dəstəsinin 131 üzvü iştirak edib.

SalamNews DGK-a istinadla xəbər verir ki, "Könüllü gömrükçü"lər qarşısında çıxış edən Səfər Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını bildirib, bunun da ölkə başçısının gənclərə göstərdiyi qayğının, Azərbaycan gəncliyinə olan inamının bariz nümunəsi olduğunu vurğulayıb.

Komitə sədri diqqətə çatdırıb ki, gömrük sistemində könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onlara peşə vərdişlərinin aşılanması və təcrübi biliklərinin artırılmasına, innovativ potensiallarının üzə çıxarılaraq dəstəklənməsinə şərait yaradacaq.

Dövlətimizin gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran Səfər Mehdiyev Ulu öndərin istər keçmiş İttifaq dönəmində, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi müddətdə gənclərin təhsil, sağlamlıq, peşə bilik və vərdişlərinə yiyələnmək məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd edib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirən Komitə sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın da dəstəyi ilə gənclərin istər dövlət, istər özəl sektorda daim irəli çəkildiyini, onlara yüksək etimad göstərildiyini və hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Səfər Mehdiyev ölkəmizdə son illərdə keçirilən mötəbər tədbirlərdə könüllülərin fəal iştirakının daim yüksək qiymətləndirildiyini qeyd edib, gömrük sistemində də könüllülük hərəkatının özünü doğruldacağına, mühüm nailiyyətlərə imza atacağına əminliyini ifadə edib.

Daha sonra gömrük sistemində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, bu islahatların mahiyyəti, hədəf və uğurlu nəticələri barədə qısa məlumat verən Komitə sədri, "Könüllü gömrükçü" dəstəsinin də gömrük işinin səmərəli şəkildə təşkilinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Könüllülər adından çıxış edən Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Şəhri Qasımzadə ölkəmizdə könüllülük institutunun sürətlə inişaf etdiyini, bunun gənclər üçün yaradılan önəmli fürsət olduğunu və göstərilən etimadı doğrultmaq istiqamətində səylə çalışacaqlarını bildirib.

Sonda yeni yaradılan "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə xatirə şəkli çəkdirilib, Komitə sədri onlara tövsiyələrini verərək uğurlar arzulayıb.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gömrükçülər 2 milyon manat dəyərində dərman preparatları aşkar edib (FOTO)

Gömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri şokoladın içində narkotik aşkarlayıblar (FOTO)

Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətə başlayıb

Gömrükçülər daha bir uğurlu əməliyyat keçirib (FOTO)

Azərbaycan gömrükçüləri mobil telefonlar və aksesuarlarını aşkar edib

Gömrükçülər 4 min ədəd siqaret aşkarlayıblar

Xidmətə yeni qəbul olunan gömrükçülər üçün təcrübə proqramı təşkil olunub

Gömrükçülər ulu öndərin xatirəsini ehtiramla yad ediblər (FOTO)

Gömrükçülər ölkəyə qanunsuz 10 kq kürü gətirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər

Gömrükçülər 3 milyon Rusiya rublu aşkarlayıb

Gömrükçülər narkotik vasitə aşkarlayıblar

Azərbaycan gömrükçüləri mobil telefonlar və kosmetik vasitələr aşkar ediblər

Gömrükçülər 900 mindən çox pirotexniki vasitə aşkarlayıb

Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddənin Ukraynaya aparılması cəhdinin qarşısını alıblar

Gömrükçülər çoxlu sayda mobil telefonlar aşkar ediblər

Azərbaycanla İran gömrükçüləri arasında “e-TIR Pilot” layihəsi müzakirə olunub

Azərbaycanda xidmətə yeni qəbul olunmuş gömrükçülər təcrübə keçiblər

Gömrükçülər daha bir uğurlu əməliyyat keçirib (FOTO,VİDEO)

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

21 Sentyabr 2019, 10:41 (GMT +4)
Ceyhun Bayramov Əbdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

21 Sentyabr 2019, 10:34 (GMT +4)
ABŞ İranın Mərkəzi Bankına yeni sanksiyalar tətbiq etməyə başlayıb

21 Sentyabr 2019, 10:22 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

21 Sentyabr 2019, 10:04 (GMT +4)
Kərbəlada zəvvarların mikroavtobusu partladılıb - Azı 11 şəhid var (VİDEO)

21 Sentyabr 2019, 10:02 (GMT +4)
Prezident İlham Əliyev Maltanın dövlət başçısını təbrik edib

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66