Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib

10 İyun 2019, 17:34 (GMT +4)

Bakı, 10 iyun, SalamNews. Azərbaycanın Hindistanda, eyni zamanda, Nepal Federativ Demokratik Respublikasında akkreditə olunmuş səfiri Əşrəf Şıxəliyev etimadnaməsini bu ölkənin Prezidenti Bidhya Devi Bhandariyə təqdim edib.

Səfirlikdən SalamNews-a bildiriblər ki, səfər çərçivəsində diplomat Nepalın Baş Naziri Khadqa Prasad Şarma Oli və Xarici İşlər naziri Pradip Kumar Qyavali ilə görüşüb.

Görüşlər zamanı qarşılıqlı əsasda yüksəksəviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb, bu xüsusda Azərbaycanın sədrliyi ilə oktyabrda Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə toplantısında Nepal nümayəndə heyətinin Baş Nazir səviyyəsində təmsil olunmasının önəmi qeyd edilib.

Səfir Azərbaycanda yaradılmış "ASAN xidmət" mərkəzlərində vətəndaşlara tez və şəffaf şəkildə xidmətlərin göstərilməsi, eləcə də "ABAD" mərkəzlərinin fəaliyyəti barədə məlumat verib, ölkəmizin bu təcrübəsini Nepalla bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Parlamentlərarası əməkdaşlığın vacibliyinə diqqət çəkən səfir bu sahədə geniş imkanların olduğunu bildirib.

Ə.Şıxəliyev Azərbaycanın regionda nəqliyyat-tranzit qovşağı kimi mühüm yer tutduğunu vurğulayaraq, Avropa ölkələrinə göndərilən Nepal məhsullarının ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə daha tez və sərfəli qiymətlərlə nəql edilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Ötən il Nepaldan Azərbaycana bir neçə min turistin səfər etdiyini bildirən səfir gələcəkdə ölkələrimiz arasında qarşılıqlı səfərlərin daha da artacağına əminliyini ifadə edib. Bununla yanaşı, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

Səfir Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) Qoşulmama Hərəkatının üzv dövlətləri üçün təqaüdlər ayrıldığını qeyd edərək, həmin təqaüdlərin Nepal vətəndaşlarının da ölkəmizdə təhsil alması üçün imkan yaratdığını deyib.

Nepal rəsmiləri ölkələrinin Azərbaycan ilə qeyd olunan bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildiriblər.

Qarşı tərəf Qoşulmama Hərəkatının fəaliyyətinin vacibliyini qeyd edərək, Nepalın Bakıda keçiriləcək Zirvə toplantısında yüksək səviyyədə iştirak etməyə hazır olduğunu bildirib. Bununla yanaşı, Nepalın "ASAN xidmət" və "ABAD" təcrübələrinə diqqət göstərdiyi və bu təcrübənin daha ətraflı öyrəniləcəyi bildirilib.

Nepal Ticarət Palatasının və ona üzv olan aparıcı şirkətlərin rəhbərliyi ilə keçirilən görüşlərdə ikitərəfli ticari və investisiya imkanları barəsində fikir mübadiləsi aparılıb.

Səfir, həmçinin Nepalın aparıcı siyasi verilişi sayılan "AİDİA Dialogue"da qonaq qismində iştirak edərək Nepal-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri barədə danışıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

Bakıda ilk dəfə Nepal dövlətinin təşkilatçılığı bilik yarışması təşkil olunub

Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində azı 65 nəfər ölüb 

DSX: Azərbaycan sərhədini pozan 6 Nepal vətəndaşı saxlanılıb

Nepalda təyyarə helikopterə çırpılıb - Ölən və yaralananlar var (VİDEO)

Nepalda fırtına nəticəsində 28 nəfər həyatını itirib

Nepalda vertolyot qəzasında nazir də daxil olmaqla 7 nəfər ölüb 

Elmar Məmmədyarov Nyu-Yorkda Laos, Nepal və Şri-Lankanın XİN başçıları ilə görüşüb

Nepalda səfirlik yaxınlığında partlayış olub

Prezident İlham Əliyev Nepal xarici işlər naziri ilə görüşüb

DTX və DMX Nepal vətəndaşlarını saxlayıb

Nepalda təyyarə qəzasında azı 50 nəfər ölüb

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb

Azərbaycanda Nepal, Hindistan və Şri-Lanka vətəndaşları saxlanılıb

Azərbaycanda qanunsuz yaşayan 2 Hindistan, 1 Pakistan və 3 Nepal vətəndaşı saxlanılıb

Nepalda güclü zəlzələ olub

Nepalda avtobusun çaya düşməsi nəticəsində 19 nəfər ölüb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 47-yə çatıb

Nepalda baş verən yol qəzasında ən azı 10 nəfər həlak olub

Prezident İlham Əliyev Efiopiya və Nepal prezidentlərini təbrik edib

21 Noyabr 2019, 18:00 (GMT +4)
Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:50 (GMT +4)
İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada səfərdədirlər

21 Noyabr 2019, 17:48 (GMT +4)
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib

21 Noyabr 2019, 17:30 (GMT +4)
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib

21 Noyabr 2019, 17:27 (GMT +4)
Nazir müavini ŞƏT üzv dövlətlərin iclasında iştirak edib

21 Noyabr 2019, 17:22 (GMT +4)
Laos-Tayland sərhədində zəlzələ baş verib

21 Noyabr 2019, 17:21 (GMT +4)
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:16 (GMT +4)
İsrail körfəz ərəb dövlətlərilə «müharibənin olmaması» razılaşmasını imzalamaq istəyir

21 Noyabr 2019, 16:59 (GMT +4)
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb

21 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanda ilk platforma şirkəti yaradılıb

21 Noyabr 2019, 16:51 (GMT +4)
Dövlət Dumasının deputatı: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

21 Noyabr 2019, 16:45 (GMT +4)
Rəşid Rəsulov yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 16:36 (GMT +4)
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Noyabr 2019, 16:26 (GMT +4)
Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

21 Noyabr 2019, 16:17 (GMT +4)
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 1 milyon manat ayrılıb

21 Noyabr 2019, 16:14 (GMT +4)
Beynəlxalq ikili diplom proqramlarının keçiriləcəyi xarici təhsil müəssisələrinin seçim qaydaları təsdiqlənib

21 Noyabr 2019, 16:05 (GMT +4)
Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib (FOTOLAR)

21 Noyabr 2019, 16:01 (GMT +4)
İranda internet xidməti 5 gün dayandırıldıqdan sonra yenidən bərpa edilib

21 Noyabr 2019, 15:45 (GMT +4)
AzTU ərəb ölkələrində daha da yaxından tanıdılacaq

21 Noyabr 2019, 15:38 (GMT +4)
Yunanıstandan qovulan miqrantlara Türkiyədə tibbi yardım göstərilib

21 Noyabr 2019, 15:23 (GMT +4)
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib - nazir

21 Noyabr 2019, 15:15 (GMT +4)
Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var

21 Noyabr 2019, 15:08 (GMT +4)
Bakı Mühəndislik Universitetində beynəlxalq seminar keçirilir

21 Noyabr 2019, 15:05 (GMT +4)
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

21 Noyabr 2019, 14:58 (GMT +4)
ABŞ-da prezidentiliyə namizəd Yəmənə görə Səudiyyənin cəzalandırılmasını istəyib

21 Noyabr 2019, 14:55 (GMT +4)
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib

21 Noyabr 2019, 14:52 (GMT +4)
BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

21 Noyabr 2019, 14:38 (GMT +4)
Lavrov Pompeonun Fələstin-İsrail nizamlanmasına dair açıqlamalarını pisləyib

21 Noyabr 2019, 14:36 (GMT +4)
Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi üzrə dövlət proqramının idarəetmə qrupu yaradılıb

21 Noyabr 2019, 14:28 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66