Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

10 İyun 2019, 17:51 (GMT +4)

Bakı, 10 iyun, SalamNews. “Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına və peşəkar inkişafına kömək etmək məqsədilə növbəti karyera sərgisində iştirak edib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, mobil operator Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" da iştirak edib. 

“Nar” tələbə, magistr, məzunlar, eyni zamanda əlilliyi olan şəxslər üçünsatış, müştəri dəyərinin idarəedilməsi və digər vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. “Nar” təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.
Gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunan yarmarkada 50-yə yaxın şirkət və qurum iştirak edib. Karyera sərgisinin keçirilməsində məqsəd, gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, iş imkanlarını genişləndirmək, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaqdır.

Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azerfon”​-a yeni baş icraçı direktor təyin olunub 

“Azerfon” müasir texnologiya həvəskarlarını “Nar” BakuTel stendinə dəvət edir

Kent Maknili “Azerfon” şirkətindən ayrılmaq planını elan edib

Azerfon baş vermiş qəza ilə bağlı rəsmi məlumat yayıb

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

19 İyun 2019, 17:38 (GMT +4)
“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

19 İyun 2019, 17:30 (GMT +4)
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

19 İyun 2019, 17:23 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

19 İyun 2019, 17:16 (GMT +4)
Ümumqoşun poliqonunda təlim keçirilib

19 İyun 2019, 17:13 (GMT +4)
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19 İyun 2019, 17:08 (GMT +4)
Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

19 İyun 2019, 17:03 (GMT +4)
Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:02 (GMT +4)
BMT: Ər-Riyadın Kaşıkçı cinayəti ilə bağlı istintaqı standartlara cavab vermir

19 İyun 2019, 16:55 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 16:49 (GMT +4)
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

19 İyun 2019, 16:37 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

19 İyun 2019, 16:31 (GMT +4)
Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib

19 İyun 2019, 16:27 (GMT +4)
Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

19 İyun 2019, 16:18 (GMT +4)
Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:15 (GMT +4)
BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

19 İyun 2019, 16:12 (GMT +4)
Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

19 İyun 2019, 15:58 (GMT +4)
BMT: Səudiyyə şahzadəsinin Kaşıkçının ölümü ilə əlaqəsinin olduğuna dair sübutlar var  

19 İyun 2019, 15:49 (GMT +4)
Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:41 (GMT +4)
Azərbaycanda ilk milli toxum brendi yaradılıb

19 İyun 2019, 15:20 (GMT +4)
G-20 çərçivəsində Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur - Peskov

19 İyun 2019, 15:19 (GMT +4)
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

19 İyun 2019, 15:08 (GMT +4)
Azercell ölkəmizin istedadlarına dəstək verir

19 İyun 2019, 15:01 (GMT +4)
Sahibkarların müraciətləri müsbət həll edilib

19 İyun 2019, 14:54 (GMT +4)
DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

19 İyun 2019, 14:46 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12