Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bu il 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib

11 İyun 2019, 09:15 (GMT +4)

Bakı, 11 iyun, SalamNews. Vergilər Nazirliyi vergi sistemində şəffaflığın təmin olunması, korrupsiya və mənimsəmə hallarına qarşı mübarizənin aparılması istiqamətində tədbirləri davam etdirir.

Nazirliyin Media və kommunikasiya mərkəzindən SalamNews-a verilən məlumata görə, qurumun daxili strukturlarında aparılan yoxlamalar zamanı ayrı-ayrı vergi əməkdaşlarının dövlət büdcəsinə çatmalı olan məbləğləri mənimsədiklərinə dair faktlar müəyyən olunub.

Aparılan yoxlamaların məqsədi yerli maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarına dair ödəniş sənədlərinin düzgün işlənib-işlənməməsini araşdırmaq olub. Araşdırmalar zamanı bir sıra vergi əməkdaşları tərəfindən ödəniş məbləğlərinin ayrı-ayrı vergiödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsi müəyyən edilib.

Vergilər Nazirliyi mənimsəməyə yol vermiş əməkdaşların vergi xidmətində fəaliyyətinə xitam verib, eyni zamanda, aşkar olunmuş faktları toplayaraq, hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərib.

“Bu, vergi orqanlarının hüquq-mühafizə orqanlarına təqdim etdiyi ilk hal deyil. Təkcə 2018-ci il və cari ilin ilk rübündə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 24 nəfər barədə 14 material hüquq-mühafizə orqanlarına təqdim edilib”, - deyə məlumatda bildirilir.

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Cavanşir Nuriyev bildirib ki, nazirlik öz fəaliyyətində şəffaflığın təmin edilməsinə ciddi önəm verir. Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün təhlillər, daxili audit və xidməti araşdırmalar aparılır. Bu proses daim davam edir və vergi xidməti əməkdaşlarının fəaliyyətinin effektivliyinə, qanunvericiliyə uyğun icrasına nəzarət olunur.

Aşkar edilmiş hallar müxtəlif xarakterlidir və yalnız rüşvətalma faktları ilə məhdudlaşmır. Bəzi hallarda vergi əməkdaşlarının himayəçilik etməsi, yaxud vergidən yayınmaq üçün ayrı-ayrı şəxslərə kömək etməsi, bəzən maraq toqquşmasına yol verilməsi və vergi qanunvericiliyinin tələblərinin düzgün tətbiq olunmaması nəticəsində yaranmış risklərlə bağlı hallar qeydə alınıb.

2018-ci il və bu ilin birinci rübündə yerli vergi strukturlarında aparılmış kompleks audit tədbirləri zamanı aşkar edilmiş müxtəlif faktlar üzrə 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb.

C.Nuriyevin sözlərinə görə, bu kimi halların məhz nazirliyin təşəbbüsü ilə aparılan yoxlamalar çərçivəsində aşkar olunması vergi orqanlarının öz fəaliyyətində şəffaflığı təmin etmək istəyini ən bariz şəkildə göstərir.

Beləliklə, Vergilər Nazirliyi öz sıralarını qanunazidd əməllərə yol verən əməkdaşlardan təmizləyəcəyinə dair vədlərinin icrasını davam etdirir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vergilər naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Vergilər Nazirliyi: Regionlardan vergi daxilolmaları 8,6 faiz artıb

Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

Dörd ayda vergi daxilolmaları 9 faizdən çox artıb

Vergilər Nazirliyi ötən ay 1.770 nəfərin əmək müqaviləsiz işə cəlb olunduğunu aşkarlayıb

Bu il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 3,1 milyard manat daxil olub

Azərbaycanla Gürcüstan vergi sahəsindəki əməkdaşlığı müzakirə edib

Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tərkibinə verilib

“Media və vergi” mövzusunda təlimlərə yekun vurulub

Vergilər naziri Göyçayda vətəndaşları qəbul edib

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb

Vergilər nazirinin müavini Qusarda vətəndaşlarla görüşəcək

Vergi Məcəlləsindəki dəyişikliklər biznes və iş adamları tərəfindən müsbət qarşılanıb

Qeydiyyatda olan vergiödəyicilərinin sayı 1 milyonu ötüb

Vergi orqanlarında fəaliyyətinə görə fərqlənən əməkdaşlar təltif olunublar

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və həyata keçirilən islahatlar strateji məqsəd daşıyır

Vergilər naziri ABŞ səfiri ilə görüşüb

Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək

Bu ilin 1-ci rübündə vergi sahəsində görülmüş işlər barədə statistika açıqlanıb

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

19 İyun 2019, 17:38 (GMT +4)
“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

19 İyun 2019, 17:30 (GMT +4)
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

19 İyun 2019, 17:23 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

19 İyun 2019, 17:16 (GMT +4)
Ümumqoşun poliqonunda təlim keçirilib

19 İyun 2019, 17:13 (GMT +4)
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19 İyun 2019, 17:08 (GMT +4)
Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

19 İyun 2019, 17:03 (GMT +4)
Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:02 (GMT +4)
BMT: Ər-Riyadın Kaşıkçı cinayəti ilə bağlı istintaqı standartlara cavab vermir

19 İyun 2019, 16:55 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 16:49 (GMT +4)
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

19 İyun 2019, 16:37 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

19 İyun 2019, 16:31 (GMT +4)
Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib

19 İyun 2019, 16:27 (GMT +4)
Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

19 İyun 2019, 16:18 (GMT +4)
Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:15 (GMT +4)
BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

19 İyun 2019, 16:12 (GMT +4)
Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

19 İyun 2019, 15:58 (GMT +4)
BMT: Səudiyyə şahzadəsinin Kaşıkçının ölümü ilə əlaqəsinin olduğuna dair sübutlar var  

19 İyun 2019, 15:49 (GMT +4)
Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:41 (GMT +4)
Azərbaycanda ilk milli toxum brendi yaradılıb

19 İyun 2019, 15:20 (GMT +4)
G-20 çərçivəsində Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur - Peskov

19 İyun 2019, 15:19 (GMT +4)
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

19 İyun 2019, 15:08 (GMT +4)
Azercell ölkəmizin istedadlarına dəstək verir

19 İyun 2019, 15:01 (GMT +4)
Sahibkarların müraciətləri müsbət həll edilib

19 İyun 2019, 14:54 (GMT +4)
DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

19 İyun 2019, 14:46 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12