Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzinin parkında Reza Deqatinin sərgisi açılıb

11 İyun 2019, 13:01 (GMT +4)

Bakı, 11 iyun, SalamNews. Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisi açılıb.

SalamNews xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək budəfəki sərgidə tanınmış fotoqrafın Azərbaycanın tarixinin, mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarından istifadə olunduğunu bildirib. O, Heydər Əliyev Fondunun layihələrində yaxından iştirakına görə müəllifə təşəkkürünü ifadə edərək deyib: “Reza Deqati hər zaman dünyanın qaynar nöqtələrində olub. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində, eləcə də Fransada keçirilən sərgilərdə nümayiş edilib. Onun fotoları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişik. Bu fotolar vasitəsilə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Qarabağ həqiqətləri, Xocalı faciəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.

Xoş sözlərə görə təşəkkürünü bildirən fotoqraf hələ 42 il bundan əvvəl Azərbaycanda olduğunu diqqətə çatdırıb. Ötən müddətdə dünyanın müxtəlif ölkələrini gəzdiyini deyən Reza Deqati Azərbaycandakı gördüyü inkişafdan riqqətə gəldiyini söyləyib. "Azərbaycan böyük mədəniyyətə malik ölkədir. Onun ən böyük zənginliyi insanlarıdır. Fondun dəstəyi ilə Azərbaycanı gəzmişəm və bu diyarın gözəlliklərini, zənginliyini, mədəniyyətini fotolarda əks etdirməyə çalışmışam. Bu dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm", - deyə Reza Deqati qeyd edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Məşhur fotojurnalist Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayan və 30 kitabın müəllifi olan R.Deqatinin əsərləri bütün dünyada sərgilənir. “National Geographic” Cəmiyyətinin tədqiqatçısı olan Reza Deqati bir sıra beynəlxalq mükafatlar qazanıb. O, Missuri Universitetinin “Şərəf” medalına və Parisin Amerika Universitetinin fəxri doktoru adına layiq görülüb. Fransa hökuməti onu göstərdiyi xidmətlərə görə Milli Cəngavərlik Ordeni ilə təltif edib.

Reza Deqatinin əsərləri, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fondun təşkilatçılığı ilə 2013-cü ildə Parisdə - UNESCO-nun mənzil-qərargahında Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, eləcə də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Brüsseldə - Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan – alovun zərifliyi” sərgisi keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Mərkəzi MDB-də müasir incəsənət mərkəzlərinin top üçlüyünə daxil olub

Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək naminə bayrağı ilə işıqlandırılıb

İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

Heydər Əliyev Mərkəzi İrana dəstək naminə bayrağı ilə işıqlandırılıb (VİDEO)

Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək 

Heydər Əliyev Mərkəzində II “Fərqli Fərdlər” Konqresi keçirilir

Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb (FOTO)

Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılıb (FOTO)

Heydər Əliyev Mərkəzində ikona sənəti sərgisi açılacaq

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüş olub

Heydər Əliyev Mərkəzində I Autizm Mədəniyyət Festivalı keçirilib

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi açılıb

Heydər Əliyev Mərkəzinin memarının yeni əsəri əl-Vəkra stadionunun açılışı olub (VİDEO)

Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib (FOTOLAR)

Özbəkistanin portalı Heydər Əliyev Mərkəzində açılan kukla sərgisinə dair videomaterial yayımlayıb

Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər” konqresi keçirilib

Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl səkkiz konsert zalı arasında yer alıb

Heydər Əliyev Mərkəzində fransız heykəltəraşın ərgisi açılıb

Şəkidə Heydər Əliyev Mərkəzinin açılışı olub

07 İyul 2020, 18:00 (GMT +4)
Azərbaycanın bölgələrində yayılan koronavirusla bağlı statistika açıqlanıb

07 İyul 2020, 17:52 (GMT +4)
Husilər Səudiyyə vətəndaşlarını hakim ailənin saraylarından uzaq durmağa çağırıb

07 İyul 2020, 17:51 (GMT +4)
Çində məktəb avtobusunun su anbarına düşməsi nəticəsində 21 nəfər ölüb

07 İyul 2020, 17:48 (GMT +4)
İctimai-siyasi xadimlər AzTV-nin fəaliyyətini qiymətləndiriblər

07 İyul 2020, 17:40 (GMT +4)
Kürdəmirdə bir nəfər Kür çayında batıb

07 İyul 2020, 17:30 (GMT +4)
“Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

07 İyul 2020, 17:18 (GMT +4)
ÜST Çindəki qara vəba xəstəliyini təhlükəli hesab etmir

07 İyul 2020, 17:15 (GMT +4)
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edib

07 İyul 2020, 17:00 (GMT +4)
YAP tərəfindən yeni kitab nəşr olunub

07 İyul 2020, 16:57 (GMT +4)
İsrailin sabiq müdafiə naziri İranın nüvə obyektindəki «partlayış»dan söz açıb

07 İyul 2020, 16:52 (GMT +4)
“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır

07 İyul 2020, 16:40 (GMT +4)
Peskov İngiltərənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib

07 İyul 2020, 16:25 (GMT +4)
Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

07 İyul 2020, 16:19 (GMT +4)
Xüsusi qabiliyyət imtahanları ilə bağlı norma­tivlər məlum olub

07 İyul 2020, 16:08 (GMT +4)
ABŞ-da son sutkada təxminən 45 min nəfər COVID-19-a yoluxub

07 İyul 2020, 15:44 (GMT +4)
Pompeo Pekinin Honkonqla bağlı tədbirlərini Orveilin antiutopiyası ilə müqayisə edib

07 İyul 2020, 15:44 (GMT +4)
“Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edilib

07 İyul 2020, 15:31 (GMT +4)
İranın Yəzd nüvə kompleksində partlayışın baş verməsi iddiası təkzib edilib

07 İyul 2020, 15:20 (GMT +4)
Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı yeni platforma yaradılır

07 İyul 2020, 15:16 (GMT +4)
Boliviya prokurorluğu eks-prezident Evo Moralesi terrorçuluqda ittiham edib

07 İyul 2020, 15:06 (GMT +4)
ETSN Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsini açıqlayıb

07 İyul 2020, 14:52 (GMT +4)
Yaponiyada güclü yağışlar səbəbiylə 1,3 milyon insan təxliyə edilib

07 İyul 2020, 14:49 (GMT +4)
Masallıda karantin qaydalarını pozan çay evi aşkarlanıb

07 İyul 2020, 14:48 (GMT +4)
İranda son sutkada koronavirusdan 200 nəfər vəfat edib

07 İyul 2020, 14:26 (GMT +4)
ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

07 İyul 2020, 14:12 (GMT +4)
"Roskosmos"un baş direktorunun müşaviri dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb (VİDEO)

07 İyul 2020, 14:04 (GMT +4)
Sabah Bakıda 40 dərəcəyə yaxın isti gözlənilir

07 İyul 2020, 13:54 (GMT +4)
Yelisey Sarayı Fransa hökumətinin yeni tərkibini açıqlayıb

07 İyul 2020, 13:49 (GMT +4)
Yəməndə Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında yenidən qarşıdurma başlayıb

07 İyul 2020, 13:33 (GMT +4)
AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66