Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Səfər Mehdiyev Dubay Gömrüyünün Baş direktoru ilə görüşüb

11 İyun 2019, 15:31 (GMT +4)

Bakı, 11 iyun, SalamNews. İyunun 11-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Dubay Gömrüyünün Baş direktoru Əhməd Mahbub Musabihin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən SalamNews-a bildirilib ki, S.Mehdiyev Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən razılıqla söhbət açıb.

O qeyd edib ki, iki ölkə arasında iqtisadi, siyasi əlaqələr yüksək səviyyədədir və Azərbaycan, eyni zamanda, Dubay Əmirliyi ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.

DGK sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən S.Mehdiyev bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını deyib.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əməkdaşlığından da söhbət açan komitə sədri bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. O, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Dubay Gömrüyünün Baş direktoru isə ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, bu əlaqələrin qarşılıqlı hörmət və dostluğa əsaslandığını deyib. Qonaq iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlığın inkişafına geniş imkanlar açdığını vurğulayıb, ikitərəfli əlaqələrdə müsbət dinamikanın müşahidə edilməsinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsinin sevindirici hal olduğunu bildirib.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edən Əhməd Mahbub Musabih bununla belə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. O, bir sıra sahələrlə yanaşı, gömrük xidməti sahəsində də əlaqələrin genişləndirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından səmərəli olacağını deyib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səfər Mehdiyev “Caspian Energy Forum Baku – 2019” forumunda iştirak edəcək

Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

Səfər Mehdiyev: Gömrük sistemində də könüllülük hərəkatının yaradılması özünü doğruldacaq

Səfər Mehdiyev Balakən, Zaqatala və Qax şəhərlərində vətəndaşları qəbul edib

Səfər Mehdiyev: İndiyədək 100-dən çox şirkət “Yaşıl dəhliz” sisteminin iştirakçısı olub

Səfər Mehdiyev: Ötən il 1.2 tona qədər narkotik vasitə aşkar edilib

Səfər Mehdiyev: Gömrük məntəqələrində "donuz qripi" əleyhinə xüsusi avadanlıq quraşdırılıb

Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyinin rəsmisi ilə görüşüb

Səfər Mehdiyev: Gömrük əməkdaşları Heydər Əliyev ideyalarına daim sadiqdirlər

Səfər Mehdiyev: Gömrük orqanları daha çevik və dinamik bir quruma çevrilib

Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sərmayə naziri ilə görüşüb

Səfər Mehdiyevin sədrliyi ilə biznes-forum keçiriləcək

Səfər Mehdiyev “Abşeron” gömrük postunda mövcud vəziyyətlə tanış olub

Qusarda Elçin Quliyev, Səfər Mehdiyev və Vüsal Hüseynovun iştirakı ilə müşavirə keçirilib

Səfər Mehdiyev İsveçrə Konfederasiyasının səfiri ilə görüşüb

Səfər Mehdiyev "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub

Səfər Mehdiyev: “Azərbaycan Gömrük Xidməti ölkədə fiskal siyasəti uğurla həyata keçirir”

Ötən il gömrük orqanları tərəfindən vergi və rüsumların toplanması 100,12 faiz yerinə yetirilib - Səfər Mehdiyev

21 Sentyabr 2019, 10:04 (GMT +4)
Kərbəlada zəvvarların mikroavtobusu partladılıb - Azı 11 şəhid var (VİDEO)

21 Sentyabr 2019, 10:02 (GMT +4)
Prezident İlham Əliyev Maltanın dövlət başçısını təbrik edib

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

20 Sentyabr 2019, 16:04 (GMT +4)
İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

20 Sentyabr 2019, 15:58 (GMT +4)
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir

20 Sentyabr 2019, 15:52 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20 Sentyabr 2019, 15:45 (GMT +4)
Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:35 (GMT +4)
Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

20 Sentyabr 2019, 15:03 (GMT +4)
DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

20 Sentyabr 2019, 14:48 (GMT +4)
Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb (VİDEO)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66