Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AzMİU beynəlxalq əlaqələrini daha da genişləndirir

11 İyun 2019, 15:19 (GMT +4)

Bakı, 11 iyun, SalamNews. İyunun 11-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb.

SalamNews xəbər verir ki, memorandumun imzalanmasında məqsəd elmi-pedaqoji kadrların və tələbələrin mübadiləsi, qarşılıqlı tədqiqat, ikili proqramlar, elmi bazalara daxil olan jurnalların birgə nəşri, kadr hazırlığı təcrübəsinin öyrənilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasıdır.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova rəhbərlik etdiyi təhsil müəssisəsi barədə qonaqlara ətraflı məlumat verib.

Rektor universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı hədəflərindən bəhs edib. O, AzMİU-nun geniş beynəlxalq əlaqələrinə toxunub, mübadilə proqramları çərçivəsində Avropa, Asiya universitetləri ilə faydalı əməkdaşlıq münasibətlərindən danışıb.

Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, Azərbaycanın dövlət siyasətində təhsilin beynəlxalq inteqrasiyasına xüsusi önəm verilir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib. Proqramın əsas məqsədi rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, “qara qızılın insan kapitalına çevrilməsi”dir.

Rektor diqqətə çatdırıb ki, proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan gənci dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində yüksək biliklərə yiyələnib. Dövlət Proqramının uğurlu icrası cəmiyyət həyatının ən müxtəlif sahələri üçün milli kadrların yetişdirilməsi ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə marağını xüsusilə artırıb. Proqram çərçivəsində təhsil alan və Azərbaycana qayıdaraq müxtəlif müəssisə və təşkilatlarda çalışan məzunlar ixtisas sahələrinə uyğun əmək fəaliyyəti ilə bərabər, qazandıqları bilik və təcrübəni ölkənin ali təhsil müəssisələrində paylaşaraq akademik fəaliyyətlə də məşğuldurlar.

Gülçöhrə Məmmədova qeyd edib ki, Prezident İlham Əliyev elmin, orta və ali təhsilin inkişafına, dünya təhsil sisteminə inteqrasiyasına dövlət siyasətində mühüm yer ayırır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqram ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini əsas hədəf kimi götürüb.

Rektor Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında imzalanan qarşılıqlı anlaşma Memorandumunun bu ali təhsil ocaqları arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb.

“Düşünürəm ki, bizim bir çox sahələrdə qarşılıqlı maraqlarımız var. Bu maraqların gerçəkləşdirilməsində əməkdaşlığımız öz bəhrəsini verəcək,” – deyə Gülçöhrə Məmmədova qeyd edib.

Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb.

Universitetin İnnovativ Təhsil İnstitutunun direktoru, professor Aleksandr Nikityuk, layihələrin idarə olunması kafedrasının müdiri, professor Sergey Buşuyev AzMİU ilə əlaqələrin qurulması və genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Onlar eyni ixtisaslarda tələbə və müəllimlərin mübadiləsi və birgə layihələrin işlənməsinin əhəmiyyətinə toxunublar.

Qonaqlar AzMİU-nun maddi-texniki bazası, laboratoriya, studiya və tədqiqat mərkəzləri ilə tanış olublar.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzMİU Prezidentin çağırışına qoşularaq 50 min manat yardım edir

AzMİU-da güclü dezinfeksiya işləri aparılıb

AzMİU-da “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub

AzMİU-da əlaçı tələbələrə pul mükafatı veriləcək

AzMİU-da tədrisdə PBL metodu tətbiq olunacaq

Səfir AzMİU-nun RİBA-nın 5 illik akkreditasiyasını alması münasibəti ilə rəsmi qəbul keçirib

AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzMİU-da “Audiokitab” layihəsinin təqdimatı olub

AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

AzMİU beynəlxalq əlaqələrini genişləndirir

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi AzMİU-da olub

AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb

AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

Yeni tədris ilində AzMİU-nun Elmi Şurasının ilk iclası keçirilib

AzMİU-nin tələbələri İTU-nun Yay məktəbində iştirak ediblər

AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb

AzMİU-nun rektoru prezident tərəfindən təltif edilib

AzMİU-nun adı növbəti dəfə beynəlxalq reytinq sistemində daxil edilib

AzMİU-da “Obyektivdə Memarlıq” adlı fotosərgi açılıb

AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

09 Aprel 2020, 21:37 (GMT +4)
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb

09 Aprel 2020, 20:30 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə maraqlı layihələr həyata keçirilir

09 Aprel 2020, 18:01 (GMT +4)
DİN növbəti dəfə vətəndaşlara müraciət edib

09 Aprel 2020, 17:47 (GMT +4)
Fransada karantini pozduğuna görə 570 mindən çox insanı cərimələnib

09 Aprel 2020, 17:36 (GMT +4)
DYP karantin rejimində avtomobillərə verilən etibarnamələrin müddətinə dair məlumat yayıb

09 Aprel 2020, 17:23 (GMT +4)
BMT Baş katibi ÜST-ün ünvanına edilən tənqidlərə cavab verib

09 Aprel 2020, 17:18 (GMT +4)
Peşə təhsili üzrə teledərsin sabaha olan cədvəli açıqlanıb

09 Aprel 2020, 17:12 (GMT +4)
Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

09 Aprel 2020, 17:07 (GMT +4)
“Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanıb

09 Aprel 2020, 17:01 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi növbəti aksiya keçirib

09 Aprel 2020, 16:57 (GMT +4)
Belarus Rusiyadan 2020-ci ildə qazın qiymətində endirm etməsini istəyib

09 Aprel 2020, 16:50 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

09 Aprel 2020, 16:35 (GMT +4)
Agentlik: Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var

09 Aprel 2020, 16:32 (GMT +4)
Husilər Səudiyyənin Yəməndə müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib

09 Aprel 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-ya çatıb

09 Aprel 2020, 16:24 (GMT +4)
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

09 Aprel 2020, 16:21 (GMT +4)
ABŞ ÜST-ün maliyyələşdirilməsinin həcmi məsələsinə yenidən baxır

09 Aprel 2020, 16:14 (GMT +4)
Çaylarda yaz-yay gursululuq dövründə gözlənilən sululuq açıqlanıb

09 Aprel 2020, 15:52 (GMT +4)
Pakistan Hindistanla sərhəddə qarşı tərəfin bir PUA-sını vurduğunu bildirib

09 Aprel 2020, 15:44 (GMT +4)
Bakıda gizli şəkildə fəliyyət göstərən kafe aşkarlanıb

09 Aprel 2020, 15:41 (GMT +4)
CNN: Berni Sanders ABŞ prezidentliyinə namizədlikdən vaz keçib

09 Aprel 2020, 15:17 (GMT +4)
Tramp: Ölkə koronavirusla bağlı vəziyyətin normala dönməyə başladığı ana yaxınlaşıb

09 Aprel 2020, 15:01 (GMT +4)
Nazirlik: Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb

09 Aprel 2020, 14:48 (GMT +4)
AB üzv ölkələrə Şengen bölgəsinə giriş qadağalarını uzatmağa çağırıb

09 Aprel 2020, 14:48 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 4 mini keçib

09 Aprel 2020, 14:31 (GMT +4)
“Azərişıq” abunəçilərə yeni onlayn xidmətlər göstərir (VİDEO)

09 Aprel 2020, 14:17 (GMT +4)
"Brent" markalı neftin qiyməti artıb

09 Aprel 2020, 14:07 (GMT +4)
ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

09 Aprel 2020, 13:51 (GMT +4)
"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib 

09 Aprel 2020, 13:42 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66