Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vergilər Nazirliyi ötən ay 1.770 nəfərin əmək müqaviləsiz işə cəlb olunduğunu aşkarlayıb

11 İyun 2019, 17:07 (GMT +4)

Bakı, 11 iyun, SalamNews. 2019-cu ildənqüvvəyə minmiş vergi qanunvericiliyindəki dəyişikliklər qeyri-dövlət sektorunda əmək münasibətlərinin tənzimlənməsi sahəsində əlverişli iqtisadi şərait formalaşdırıb. Aparılan təhlillər göstərir ki, mövcud şərtlər altında əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müəyyən şəffaflaşma prosesi getməkdədir. Belə ki, 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1min olub (bu artımın əksəriyyəti, 66 miniqeyri-dövlət sektorunun payına düşür).

Bu barədə SalamNews-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Əmək münasibətlərinin “kölgədən” çıxmasıprosesi ayrı-ayrı sektorlar üzrə müxtəlif dinamika ilə davam edir. İqtisadi fəaliyyət sahələrində müsbət dəyişikliklər müşahidə olunsa da, bəzi işəgötürənlər üzrə bu prosesin gözlənilən səviyyədə olmadığı müşahidə olunmaqdadır. Bu baxımdan Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əmək haqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib.

Paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektlərində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə vergi nəzarət tədbirləri keçirilib. May ayı ərzində 32 şadlıq evində və 61 istixanada keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 1.770 nəfər fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu faktı aşkar edilib.Aşkar edilmiş faktlar üzrə birinci dəfə pozuntu halına yol verildiyi üçün maliyyə sanksiyası əvəzinə vergi ödəyicilərinə xəbərdarlıq edilib.

Bununla yanaşı, vergi nəzarəti tədbiri keçirilmiş 53 vergi ödəyicisinin fəaliyyəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlaməti faktları müəyyən edilib.Müvafiq araşdırmalardan sonra aşkar edilmiş faktlara hüquqi qiymət veriləcəkdir.

Qeyd edilməlidir ki, vergi nəzarəti tədbirlərinin davam etdiyi may ayı ərzində şadlıq evləri tərəfindən könüllü olaraq 1.111 nəfərlə, istixanalar üzrə 867 nəfərlə əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınması təmin edilib.

Vergilər Nazirliyi əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində nəzarətin gücləndirildiyini elan etməklə bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcəkdir.

Eyni zamanda, vətəndaşlar da öz hüquqlarını tələb etməli, əmək müqaviləsinin onların əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vergilər Nazirliyi: 6 ayda qeyri-dövlət sektorunda 77 mindən çox yeni müqavilə qeydə alınıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib

Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Vergilər Nazirliyi: Qeyri-neft sektoru üzrə dövriyyə 8% artıb

Vergilər Nazirliyində ABŞ nümayəndəsi ilə görüş keçirilib

Vergilər Nazirliyi sosial yığımlar üzrə öhdəliyə 14% artıq əməl edib

Vergilər Nazirliyi sahələr üzrə vergi daxilolmalarını açıqlayıb

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində könüllülər üçün xüsusi bölmə yaradılıb

Vergilər Nazirliyi: Regionlardan vergi daxilolmaları 8,6 faiz artıb

Bu il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 3,1 milyard manat daxil olub

Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tərkibinə verilib

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb

Vergilər Nazirliyi: Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək

Vergilər Nazirliyi: MMC-lər elektron imza olmadan qeydiyyatdan keçə bilər

Vergilər Nazirliyi: Fevralda 3896 təsərrüfat subyekti qeydiyyatdan keçib

Vergilər Nazirliyinin Dünya Bankı ilə müxtəlif sahələrdə təlimlər keçirməsi müzakirə olunub

Vergilər Nazirliyi beynəlxalq forum təşkil edib  

Vergilər Nazirliyində kollegiya iclası keçirilib

20 Avqust 2019, 00:01 (GMT +4)
İslam dünyası Qədir-Xum bayramını qeyd edir

19 Avqust 2019, 18:00 (GMT +4)
Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 17:53 (GMT +4)
Avro-2020: Bakıya işgüzar səfər başlayıb

19 Avqust 2019, 17:41 (GMT +4)
XİN: Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək

19 Avqust 2019, 17:36 (GMT +4)
Azərbaycanda 57 dövlət əmlakı hərraca çıxarılıb

19 Avqust 2019, 17:20 (GMT +4)
Vilayət Eyvazov “N” saylı hərbi hissədə olub (FOTO)

19 Avqust 2019, 17:16 (GMT +4)
Sərbəst buraxılan İran neft gəmisinin növbəti hərəkət istiqaməti bəlli olub

19 Avqust 2019, 17:00 (GMT +4)
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq “Relaks” istirahət mərkəzi ilə bağlı məlumat yayıb

19 Avqust 2019, 16:44 (GMT +4)
AQTA sahibkarlara çağırış edib

19 Avqust 2019, 16:30 (GMT +4)
BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

19 Avqust 2019, 16:20 (GMT +4)
Sudanın sabiq prezidenti ilk mühakiməsində Səudiyyə vəliəhdindən 25 milyon dollar hədiyyə aldığını bildirib

19 Avqust 2019, 16:18 (GMT +4)
Oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

19 Avqust 2019, 16:16 (GMT +4)
Kənd təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 15:50 (GMT +4)
“Aqrar Tədarük və Təchizat”ın əməkdaşları Cənubi Koreyada təlimdə iştirak edir

19 Avqust 2019, 15:32 (GMT +4)
Nazirlik: Vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

19 Avqust 2019, 15:27 (GMT +4)
Azərbaycanda 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

19 Avqust 2019, 15:14 (GMT +4)
İranda bir maşından 6 ton narkotik maddə aşkarlanıb (VİDEO)

19 Avqust 2019, 15:01 (GMT +4)
Rektor ATU-ya qəbul olan gəncləri təbrik edib

19 Avqust 2019, 14:55 (GMT +4)
Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

19 Avqust 2019, 14:39 (GMT +4)
Azərbaycanda peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

19 Avqust 2019, 14:32 (GMT +4)
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib

19 Avqust 2019, 14:30 (GMT +4)
DİN: İnstagramda tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb

19 Avqust 2019, 14:14 (GMT +4)
Suriya təyyarələri İdlibin cənubunda Türkiyə hərbi karvanını hədəfə alıb (VİDEO)

19 Avqust 2019, 14:14 (GMT +4)
BŞTİ vakansiya seçiminə start verib

19 Avqust 2019, 13:50 (GMT +4)
DİN: Polisə silahlı hücumla bağlı yalan məlumat verən şəxs tutulub

19 Avqust 2019, 13:44 (GMT +4)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

19 Avqust 2019, 13:30 (GMT +4)
Gədəbəydə 5 otaqlı ev yanıb

19 Avqust 2019, 13:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 Avqust 2019, 12:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 12:42 (GMT +4)
Fəvvarələr Meydanında növbəti konsertlər baş tutub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12