Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında saziş imzalanıb

12 İyun 2019, 10:59 (GMT +4)

Bakı, 12 iyun, SalamNewsİyunun 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SalamNews-a bildiriblər ki, Komitə sədri BMTİP ilə ölkəmizin gömrük orqanları arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb. Səfər Mehdiyev bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin gömrük sistemində reallaşdırdığı islahatlar hesabına gömrük orqanları bütün sahələrdə mühüm nailiyyətlər əldə edib. Belə ki, şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi hesabına gömrük orqanları nəzərdə tutulan proqnozu artıqlaması ilə yerinə yetirib. Son bir ildə ölkəmizdən tranzit keçməklə Avropaya daşınması nəzərdə tutulan 1,7 ton narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Komitə sədri onu da vurğulayıb ki, hazırda İT sahəsində Azərbaycanın gömrük orqanları dünyanın bir sıra inkişaf etmiş ölkələrini geridə qoyur.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan gömrüyünün beynəlxalq aləmin etibarlı tərəfdaşına çevrildiyini vurğulayan Səfər Mehdiyev cari ilin aprel ayında Dövlət Gömrük Komitəsinin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri seçilməsinin, ÜGT-nin “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”nin iyunun 12-də Bakıda keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib.

Komitə sədri əldə edilən nailiyyətlərdə BMTİP-in müxtəlif sahələrdəki dəstəyinin mühüm rol oynadığını diqqətə çatdırıb və əməkdaşlığın bundan sonra daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti səmimi görüşə görə təşəkkürünü bildirib və Dövlət Gömrük Komitəsinin uğurlarını yüksək qiymətləndirərək, təmsil etdiyi qurumun da bu nailiyyətlərin əldə edilməsində rol oynamasından qürur duyduğunu diqqətə çatdırıb.

Birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin öz bəhrəsini verdiyini bildirən Alessandro Frakassetti Azərbaycan gömrüyünün mühüm vəzifələrin öhdəsindən gəldiyini, şəffaflığın təmin olunması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ticarətin asanlaşdırılması istiqamətində ciddi addımlar atdığını vurğulayıb.

Daha sonra Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında bu qurumun dəstəyi ilə həyata keçirilən “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsinin vaxtının uzadılmasına dair saziş imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti imzalayıblar.

İmzalanma mərasimindən sonra “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsi çərçivəsində BMTİP tərəfindən Dövlət Gömrük Komitəsinə verilən nəqliyyat vasitələrinə baxış keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 Avqust 2020, 15:35 (GMT +4)
Nazirlik: Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb

07 Avqust 2020, 15:21 (GMT +4)
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir

07 Avqust 2020, 15:04 (GMT +4)
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

07 Avqust 2020, 15:00 (GMT +4)
İran və Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər – Abbas Musəvi

07 Avqust 2020, 14:48 (GMT +4)
MİDA: Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

07 Avqust 2020, 14:32 (GMT +4)
“Birlikdəyik” layihəsi davam edir

07 Avqust 2020, 14:26 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 18 mini keçib

07 Avqust 2020, 14:10 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

07 Avqust 2020, 13:46 (GMT +4)
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub

07 Avqust 2020, 13:41 (GMT +4)
Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

07 Avqust 2020, 13:41 (GMT +4)
Rəsmi Tehran Trampın İran üzrə nümayəndəsinin istefa verməsinə münasibət bildirib

07 Avqust 2020, 13:20 (GMT +4)
Sahil Babayev: Bu il 53 min vətəndaşa pensiya təyin olunub

07 Avqust 2020, 13:06 (GMT +4)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO)

07 Avqust 2020, 12:44 (GMT +4)
Taliban üç gün ərzində danışıqlar masasına oturmağa hazırdır – Əfqanıstan prezidenti

07 Avqust 2020, 12:35 (GMT +4)
AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

07 Avqust 2020, 12:23 (GMT +4)
Nazirlik rəsmisi Xəzərlə bağlı vətəndaşlara həyəcanlı çağırış edib

07 Avqust 2020, 11:50 (GMT +4)
Nazir: Yaxın günlərdə 13 şəhər və rayon üzrə 190 manat veriləcək

07 Avqust 2020, 11:45 (GMT +4)
Nəcəf şəhəri Qədir-Xum bayramına hazırlaşır (FOTO)

07 Avqust 2020, 11:27 (GMT +4)
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb (FOTO)

07 Avqust 2020, 11:10 (GMT +4)
Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub

07 Avqust 2020, 10:53 (GMT +4)
Əfqanıstanda sülh naminə tarixi toplantı keçirilir

07 Avqust 2020, 10:51 (GMT +4)
Rezidenturaya qəbulun birinci mərhələsinin nəticələri açıqlanıb

07 Avqust 2020, 10:45 (GMT +4)
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi açıqlanıb

07 Avqust 2020, 10:31 (GMT +4)
Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər verilib

07 Avqust 2020, 10:21 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşıb

07 Avqust 2020, 10:10 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 34 dəfə pozub

07 Avqust 2020, 09:49 (GMT +4)
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

07 Avqust 2020, 09:38 (GMT +4)
Prezident: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

07 Avqust 2020, 09:37 (GMT +4)
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk istefa verir

07 Avqust 2020, 09:23 (GMT +4)
Baş Prokurorluq: Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66