Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib

12 İyun 2019, 11:21 (GMT +4)

Bakı, 12 iyun, SalamNews.  Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, iyunun 11-də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıqla bağlı raport verib.

Açılışı bildirən lent kəsilib. Məlumat verilib ki, 44 mənzilli yaşayış binası 5 mərtəbədən və 3 girişdən ibarətdir. İki, üç və dördotaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılıb, fərdi istilik sistemi qurulub. Mənzillər mebel dəstləri və məişət əşyaları ilə tam təmin olunub. Binanın həyəti də abadlaşdırılıb, istirahət köşkü istifadəyə verilib.

Bina ilə tanışlıqdan sonra zabit-gizir ailələri ilə görüş olub.

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar çıxış edərək deyib: Bu gün istifadəyə verilən yaşayış binasında hərbçi ailələri və onların övladları yaşayacaqdır. Naxçıvanda olmaq və bu tədbirlərdə iştirak etmək qürurvericidir. Naxçıvan müasir və təmiz şəhərdir. Muxtar respublikanın inkişafı, qazanılan uğurlar, burada gördüklərim bizi sevindirməklə yanaşı, həm də güvən yaradır.

Hulusi Akar yeni yaşayış binasının istifadəyə verilməsi münasibətilə hərbçi ailələrini təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə zabit-gizir ailələrini təbrik edərək deyib: Hər bir zabitin həyatında mənzilin çox böyük önəmi vardır. Çünki ailəsinin rahat yaşayışının təmin olunması zabitin xidmətinin uğurlu olmasında başlıca şərtdir. Dövlətimiz xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların əməyini daim yüksək qiymətləndirir. Xidmət zamanı onlar hərtərəfli qayğı ilə əhatə olunur, eyni zamanda, 20 il qüsursuz xidmət edənlərə dövlət tərəfindən mənzillər verilir, digər güzəştlər tətbiq olunur. Bütün bunlar isə imkan verir ki, zabitlər öz xidmətlərini uğurla apararaq ordumuzun güclənməsinə töhfə versinlər.

Ali Məclisin Sədri deyib: Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Həmçinin ordumuz davamlı inkişaf mərhələsindədir. Bu da imkan verəcək ki, gələcəkdə Azərbaycan Ordusu torpaqlarımızın müdafiəsini etibarlı təşkil etməklə yanaşı, həm də işğal olunmuş torpaqlarımızı azad etsin.

Ali Məclisin Sədri qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçuları, eləcə də onların ailələrini təbrik edib, yeni xidməti mənzillə təmin olunanlara rahat və firavan həyat arzulayıb.

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mənzillə təmin olunan ailələri təbrik edərək deyib: Azərbaycan dövləti hər zaman ordunun yanındadır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev daim zabitlərin sosial qayğıları ilə maraqlanır, onların problemləri vaxtlı-vaxtında həll edilir. Naxçıvanda hərbçi ailələri üçün müasir xidməti yaşayış binasının istifadəyə verilməsi muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada ordu quruculuğu sahəsində mühüm işlər görülür. Bu gün Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığı yüksək səviyyədədir və aparıcı qoşun birliyi kimi Azərbaycan ordusunda layiqli yer tutub.

Mənzillə təmin olunmuş zabit Məhəmməd Hüseynov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək deyib: Muxtar respublikada xidmət müddətində hərbi qulluqçuların məişət şəraitinin daim diqqət mərkəzində olduğunun şahidi olmuşuq. Bu gün Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində yeni əsgər yataqxanalarının, tibb məntəqələrinin, təlim-tədris mərkəzlərinin, hərbi şəhərciklərdə yeni yaşayış binalarının tikilməsi və məişət avadanlıqları ilə təchiz olunması buna bariz nümunədir. Hərbi qulluqçular öz ailələrinin məişət şəraitindən, övladlarının təhsilindən, tibbi və sosial xidmətlərdən narahat deyillər. Bu da bütün hərbi qulluqçuların məsuliyyətini daha da artırır. Söz veririk ki, göstərilən diqqət və qayğını öz xidmətimizlə doğruldacağıq.

Hərbçi ailəsinin üzvü Vüsalə Abdullayeva deyib: Bu gün Naxçıvan Muxtar Respublikasının inkişafı göz önündədir. Hər gün müasirləşən və gözəlləşən bir diyarda yaşayırıq. Mən Qəbələ rayonunda doğulub boya-başa çatsam da, hərbçi ailəsinin üzvü olduğum üçün bu gün Naxçıvanda yaşayıram. Naxçıvan Muxtar Respublikasında yeni qəsəbələr tikilir, yollar çəkilir, tarixi abidələr bərpa olunur. Hərbçi ailələri Ali Məclis Sədrinin diqqət və qayğısını daim öz üzərində hiss edir. Hərbi qulluqçuların sosial-məişət problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür.

Vüsalə Abdullayeva hərbçi ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mənzillə təmin olunmuş hərbi qulluqçuları və onların ailə üzvləri ilə xatirə şəkli çəkdiriblər.

15 İyun - Milli Qurtuluş Günü və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə mənzillə təmin olunan hərbçi ailələrinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından xalça hədiyyə edilib.

Yeni istirahət parkı hərbçi ailələrinin

rahatlığına xidmət edəcək

İyunun 11-də Qıvraq qəsəbəsində hərbçi ailələri və sakinlər üçün yeni istirahət parkı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov parkda yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, 2 hektar sahəsi olan parkda sakinlərin və hərbçi ailələrinin istirahəti üçün lazımi şərait yaradılıb. Parkda yaşıllıq və gülkarlıq sahələri ayrılıb, gəzinti yolları çəkilib. Həmçinin burada fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılıb, oturacaqlar qoyulub, dayanacaq yaradılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

21 Sentyabr 2019, 10:41 (GMT +4)
Ceyhun Bayramov Əbdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

21 Sentyabr 2019, 10:34 (GMT +4)
ABŞ İranın Mərkəzi Bankına yeni sanksiyalar tətbiq etməyə başlayıb

21 Sentyabr 2019, 10:22 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

21 Sentyabr 2019, 10:04 (GMT +4)
Kərbəlada zəvvarların mikroavtobusu partladılıb - Azı 11 şəhid var (VİDEO)

21 Sentyabr 2019, 10:02 (GMT +4)
Prezident İlham Əliyev Maltanın dövlət başçısını təbrik edib

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66