Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsinin rəhbərliyi şimal rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib

13 İyun 2019, 10:42 (GMT +4)

Bakı, 13 iyun, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 12-də Quba rayonunda vətəndaşları qəbul edib.

SalamNews xəbər verir ki, qəbulda Quba və Qusarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub.

Qəbul zamanı vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

Qeyd olunub ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hələ də ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə iyunun 12-də Xaçmaz rayonunda vətəndaşları qəbul edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Avqust 2019, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

26 Avqust 2019, 09:43 (GMT +4)
Merkel Rusiyanın G8-də iştirakına dair danışıqların başlamasının şərtlərini açıqlayıb 

26 Avqust 2019, 09:41 (GMT +4)
Hizbullah liderinin xəbərdarlığından sonra Qəzzadan İsrailə 10-dan çox raket atılıb (VİDEO)

26 Avqust 2019, 09:15 (GMT +4)
ABŞ məhkəməsi ermənilərin Türkiyəyə qarşı iddialarını rədd edib

26 Avqust 2019, 09:00 (GMT +4)
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

26 Avqust 2019, 08:57 (GMT +4)
Hizbullah lideri Beyruta hücuma görə İsrailə ciddi xəbərdarlıq edib (VİDEO)

25 Avqust 2019, 18:07 (GMT +4)
Şəki rayonunun müxtəlif ərazilərində irimiqyaslı yanğınlar baş verib

24 Avqust 2019, 17:02 (GMT +4)
Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat keçirilib

24 Avqust 2019, 16:51 (GMT +4)
Tusk G7-ni İranla bağlı razılaşmağa çağırıb

24 Avqust 2019, 16:41 (GMT +4)
Əli Əhmədov: Hökumət gənclərin gələcəyi uğrunda böyük işlər görməkdədir

24 Avqust 2019, 16:25 (GMT +4)
Honq Konqda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

24 Avqust 2019, 16:22 (GMT +4)
İraq təhlükəsizlik qüvvələri ölkə səhrasında İŞİD-in məxfi sığınacaqlarına qarşı əməliyyata başlayıblar

24 Avqust 2019, 16:19 (GMT +4)
Gömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb

24 Avqust 2019, 15:58 (GMT +4)
Zelenski avqustun 29-nu Ukraynanın Müdafiəçilərinin Anım Günü elan edib

24 Avqust 2019, 15:45 (GMT +4)
Türkiyə Ordusu Suriyada mühasiryə düşən mövqeyi yaxınlığında yeni post qurub (FOTO)

24 Avqust 2019, 15:45 (GMT +4)
YAP-ın təşkilatçılığı ilə Masallıda gənclərlə görüş keçirilib (FOTOLAR)

24 Avqust 2019, 15:22 (GMT +4)
Zelenski Ukrayna himnini ən vacib mahnı adlandırıb

24 Avqust 2019, 15:09 (GMT +4)
Liviya paytaxtında beynəlxalq uçuşları həyata keçirən hava limanı işini dayandırıb

24 Avqust 2019, 14:57 (GMT +4)
İngiltərə ehtiyat valyutası olaraq dollardan imtina etməyi təklif edib

24 Avqust 2019, 14:47 (GMT +4)
Xaçmazda qaz xətti texnika ilə zədələnib

24 Avqust 2019, 14:32 (GMT +4)
Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib 

24 Avqust 2019, 14:29 (GMT +4)
Biarritz şəhərində G7 liderlərinin sammiti başlayır

24 Avqust 2019, 14:10 (GMT +4)
İraqda əzadarlıq mərasimi zamanı partlayış törədilib - 39 nəfər yaralanıb

24 Avqust 2019, 13:58 (GMT +4)
Sabah ölkə ərazisində hava bir qədər sərinləşəcək

24 Avqust 2019, 13:50 (GMT +4)
Türkiyə Şimali İraqda yeni antiterror əməliyyatına başlayıb

24 Avqust 2019, 13:39 (GMT +4)
Azərbaycanda çəltikçilik kooperativləri yaradılacaq

24 Avqust 2019, 13:24 (GMT +4)
Zelenski Krımı valideynlərindən uşağın oğurlanması ilə müqayisə edib

24 Avqust 2019, 12:57 (GMT +4)
Azərbaycan XİN Ukraynanın Müstəqillik Gününü təbrik edib

24 Avqust 2019, 12:53 (GMT +4)
Şimali Koreya yenə də Yapon dənizinə raket atıb

24 Avqust 2019, 12:44 (GMT +4)
Gələn ildən İranın bəzi məktəblərində Azərbaycan dili sınaq dərs kimi tədris ediləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12