S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan13 İyun 2019, 09:37 (GMT +4) Bakı, 13 iyun, SalamNews. Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemini satın alması məsələsi həll olunub, buna yenidən baxıla bilməz. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
"Mən demirəm ki, biz S-400 sistemlərini əldə edəcəyi. Biz artıq onları almışıq. Biz bu işi tamamladık", deyə o hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara iclasında bəyan edib.
Ərdoğanən qeyd edib ki, əlverişli qiymətdən başqa tərəflər arasında gələcəkdə bu sistemlərin ortaq istehsalına dair bir razılıq da əldə edilib.
|