Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub

13 İyun 2019, 15:06 (GMT +4)

Bakı, 13 iyun, SalamNews. Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın anadan olmasının 70 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirildi.

Mədəniyyət Nazirliyindən SalamNews-a verilən məlumata görə,tamaşaçılarla dolub daşan yubiley gecəsində sənətkara sevgi nümayişi, arzuladığı alqış payı, gül çələngləri bir ayrı ovqat yaşatmış oldu. Yaşının yetmişində də şən, şux, şaqraq, yaratmaq eşqi ilə çağlayan aktyor tədbirə təşrif buyuranları da elə özü salamladı, qonaqlarını da bir-bir özü təqdim edib, təbriklərini qəbul etdi.

İlk olaraq mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev səhnəyə dəvət edildi.

Vaqif Əliyev sənətkara cansağlığı, yeni yaradıcılıq uğurları arzulayaraq nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxudu.

Məktubda görkəmli aktyorun uzunmüddətli sənət fəaliyyəti yüksək qiymətləndirilir, onun milli teatr sənətimizin inkişafına töhfə olan xidmətləri vurğulanır. Qeyd olunur ki, respublikanın tanınıb seçilən, dərin rəğbət bəslənilən sənətkarlarından biri olan İlham Namiq Kamalın 50 ildən artıq dövrü əhatə edən dolğun yaradıcılığı sənətsevərlərin qəlbində dərin iz buraxıb. Respublikamızın teatr ictimaiyyəti onun bu illər ərzində teatr səhnələrində yaratdığı obrazları maraqla qarşılayıb. Xalq artisti həmçinin “Qaynana”, “Uzun ömrün akkordları”, “Bəyin oğurlanması” və s. filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. “İnanıram ki, bundan sonra da qazandığınız bilik və təcrübəni bölüşəcək, milli mədəniyyətimizin inkişafında öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz”, - deyə məktubda bildirilir.

Çıxışın ardınca benefis, müzikl formatlı yubiley gecəsinin bədii hissəsi başlandı. Aktyor səhnədə qurulan böyük monitorda nümayiş olunan obrazlar qalereyasından seçmələrin, foto və videokadrların müşayiətində 70 yaşına hazırlanan “Məni görməmisiz?” monoloqunu səsləndirdi. Bir neçə dəqiqəlik monoloqda köhnə-yeni mətləblərə - sənət-sənətkar münasibətinə, yaratdığı obrazların hər birinə özündən bir pay verməsinə diqqət çəkdi. Obrazlarını sadaladıqca məntiqi düstur da yaratdı: aktyor səhnəyə sehrli qüvvə kimi baxıb, onu yüksəltdikcə, elə sənət də onu ucaldacaq.

Aktyorun əslində böyük mətləblərə ilmə atmaqla hördüyü səddin son cümləsi “Əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olan İlham Namiq Kamal oğlu düz 50 ildir ki, özündən çıxıb və hələ də geri qayıtmayıb” oldu. Tamaşaçı da elə onun ürəklə hayqırdığı geri qayıtmamasını alqışladı. Deməli, geri qayıtmayıbsa, hələ yeni obrazlara, fərqli sənət nümayişlərinə ümid var. Elə meydan da...

Gecə boyu aparıcı, iştirakçı, ifaçı kimi səhnədə olan yubilyar həyat və sənət dostlarının təbriklərini qəbul edib, xoş arzulara qanad verdi. Gah qardaşı, Xalq artisti Cəfər Namiq kamala qoşulub uşaqlığına, gah çalışdığı, 25 ildən artıq bir dövrü əhatə edən pedaqoji fəaliyyətinə, gah müxtəlif vaxtlarda çıxış etdiyi Akademik Milli Dram, Akademik Opera və Balet teatrlarının səhnələrində tərəf-müqabilləri ilə obrazlarına qayıtdı. Dünyasını dəyişmiş bənzərsiz sənətkarlar Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Yaşar Nuri ilə bir səhnədə yaratdığı obrazları bir də monitor səddindən izlədi.

Yubiley gecəsində aktyorun sənət dostları - xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Azər Zeynalov, Xalq rəssamı Arif Əliyev, Əməkdar artist Gülüstan Əliyeva və başqaları sənətkara ürək sözlərini deyərək, sevgi, ehtiram nümayişlərini etdirdilər.

Gecədə Teatr Xadimləri İttifaqı, Mədəniyyət və İncəsənət Universiteti rəhbərliyi adından təbrik məktubları da oxundu, fəxri fərmanlar təqdim olundu.

Aktyorun çalışdığı Akademik Musiqili Teatrın aktyor truppasının təqdimatında İlham Namiq Kamal yaradıcılığının seçkin nümunələri səhnəciklərlə tamaşaçılara təqdim olundu. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında hazırlanan “Bizim Don Kixot” tamaşasından səhnəcik də nümayiş olundu.

İstər səhnə plastikası, istər musiqili teatr aktyoru üçün vacib element olan səs tembri, istərsə də ifa manerası ilə hələ tədbirin əvvəlində verdiyi sualına cavab da tapdı: 50 ildir özünü itirən İlham Namiq Kamal səhnədədir. Və elə nə yaxşı ki, səhnədədir....

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunacaq

Xalq artisti İlham Namiq Kamal 70 yaşıını qeyd edir

11 İyul 2020, 11:20 (GMT +4)
Azay Quliyev seçicilərlə videogörüş keçirib

11 İyul 2020, 11:10 (GMT +4)
Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

11 İyul 2020, 11:00 (GMT +4)
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib

11 İyul 2020, 10:55 (GMT +4)
İraq İranla sərhəddə yerləşən əyalətdə İŞİD-in gizli sığınacaqlarına qarşı əməliyyata başlayıb

11 İyul 2020, 10:42 (GMT +4)
Türkiyənin Ayasofya ilə bağlı qərarına hörmət edilməlidir - Ərdoğan

11 İyul 2020, 10:31 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

11 İyul 2020, 10:24 (GMT +4)
Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb

11 İyul 2020, 10:16 (GMT +4)
Suriya beynəlxalq təşkilatın kimyəvi hücumla bağlı hesabatını siyasi oyun adlandırıb

11 İyul 2020, 10:11 (GMT +4)
Ayasofyada 1934-cü ildən bəri ilk dəfə azan oxunub - VİDEO

11 İyul 2020, 10:07 (GMT +4)
Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşulub (VİDEO)

11 İyul 2020, 10:00 (GMT +4)
DTX XİN-in Konsulluq İdarəsinin rəisinin həbsi ilə bağlı məlumat yayıb

10 İyul 2020, 18:01 (GMT +4)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB

10 İyul 2020, 17:55 (GMT +4)
Yaqut Qarayeva: Bəlli bir sabitləşməyə nail ola bilmişik

10 İyul 2020, 17:54 (GMT +4)
ABŞ Yaponiyaya 105 ədəd "F-35" təyyarəsinin satışını təsdiqləyib

10 İyul 2020, 17:47 (GMT +4)
Hikmət Hacıyev: Yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var

10 İyul 2020, 17:46 (GMT +4)
İran XİN Nətənz nüvə obyektindəki insidentin arxasında xarici amilin olması ehtimalını şərh edib

10 İyul 2020, 17:45 (GMT +4)
Sobyanin Moskvada koronavirusun ikinci dalğası ehtimalını dəyərləndirib

10 İyul 2020, 17:33 (GMT +4)
Türkiyə Dövlət Şurası "Ayasofya"nın statusu ilə bağlı qərarını elan edib

10 İyul 2020, 17:25 (GMT +4)
DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

10 İyul 2020, 17:11 (GMT +4)
Ərdoğanın nümayəndəsi Ayasofyanın statusu ilə bağlı açıqlama verib

10 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycanda daha 526 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

10 İyul 2020, 16:56 (GMT +4)
Azərbaycanda 190 manatın verilməsi başa çatdırılıb

10 İyul 2020, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanında son sutkada koronavirusdan 51 nəfər ölüb

10 İyul 2020, 16:40 (GMT +4)
ABŞ-da son sutkada COVID-19-a yoluxmuşların sayı rekord həddə çatıb

10 İyul 2020, 16:32 (GMT +4)
DİM vaxtında qeydiyyatdan keçməyən rezident namizədlərə müraciət edib

10 İyul 2020, 16:17 (GMT +4)
Energetika Nazirliyi: I yarımildə elektrik enerjisi ilə bağlı 2 700-dən çox müraciət olub

10 İyul 2020, 16:15 (GMT +4)
Braziliyada son sutkada COVID-19-a yoluxanların sayı 42 mindən çox artıb

10 İyul 2020, 16:01 (GMT +4)
Şamaxıda yeni stadion inşa olunur

10 İyul 2020, 15:47 (GMT +4)
Emanuel Makron İsraili Fələstin ərazilərini özünə ilhaq etməməyə çağırıb

10 İyul 2020, 15:44 (GMT +4)
Kreml Safronovun cinayət işinin qapalı olmasına münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66