Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İyunun 16-da 29 şəhər və rayonda 32827 şagird buraxılış imtahanı verəcək

13 İyun 2019, 15:52 (GMT +4)

Bakı, 13 iyun, SalamNews. Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 16-da 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirəcək.

Bu barədə SalamNews-a DİM-dən məlumat verilib.

İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 33şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

Həmin gün ümumilikdə 32827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 102 imtahan mərkəzi ayrılıb.

İmtahanda 32827 (Bakı 429, Mingəçevir 1385, Şəmkir 2642, Gədəbəy 834, Ağstafa 924, Qazax 975, Tovuz 2099,Balakən 955, Zaqatala 1160, Qax 531, Yardımlı 631, Cəlilabad 2223, Masallı 2192, Lerik 581,Göyçay 1313, Ağdaş 1174, Ucar 922, İsmayıllı 960, Qobustan 380, Ağcabədi 1727, Füzuli 817, Beyləqan 1173, Salyan 1407, Neftçala 812, Hacıqabul812,Qusar1114, Quba1944, Siyəzən526, Xızı185) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 102 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2839 nəzarətçi‑müəllim, 224 buraxılışı təşkil edən əməkdaş, 102 bina nümayəndəsi ayrılıb.

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 15-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Sentyabr 2019, 18:00 (GMT +4)
“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq

18 Sentyabr 2019, 17:53 (GMT +4)
Bakıda kişi qadını döyərək 60 manat pulunu alıb

18 Sentyabr 2019, 17:28 (GMT +4)
Liberiyada mətkəbdə yanğın baş verib - 28 şagird və müəllim həlak olub

18 Sentyabr 2019, 17:24 (GMT +4)
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir

18 Sentyabr 2019, 17:04 (GMT +4)
Xəzərdə «Quba» adlı yeni gəmi istismara veriləcək

18 Sentyabr 2019, 17:01 (GMT +4)
İranın müdafiə naziri və Milli təhlükəsizlik şurası sədri ABŞ-a xəbərdarlıq ediblər

18 Sentyabr 2019, 16:50 (GMT +4)
ƏƏSMN-də Nazirliyində Kollegiya iclası keçirilib

18 Sentyabr 2019, 16:38 (GMT +4)
Evdən və həyətdən oğurluq edən şəxslər tutulublar

18 Sentyabr 2019, 16:20 (GMT +4)
Misirdə polislə silahlılar arasında atışma baş verib - Azı 9 ölü var

18 Sentyabr 2019, 16:09 (GMT +4)
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək

18 Sentyabr 2019, 15:50 (GMT +4)
“ASCO-Dənizçi” Moskvada mini-futbol turnirində ikinci yeri tutub

18 Sentyabr 2019, 15:42 (GMT +4)
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin sayı açıqlanıb

18 Sentyabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi peşə məktəblərində işləmək istəyənlərə müraciət edib

18 Sentyabr 2019, 15:24 (GMT +4)
"Azercell" Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir

18 Sentyabr 2019, 15:20 (GMT +4)
Putin və Səudiyyə vəliəhdi telefon vasitəsilə Aramco-ya edilən hücumu müzakirə ediblər

18 Sentyabr 2019, 15:17 (GMT +4)
Azərbaycanda 622 689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb

18 Sentyabr 2019, 14:51 (GMT +4)
“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihə başlayıb

18 Sentyabr 2019, 14:46 (GMT +4)
Prezident Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

18 Sentyabr 2019, 14:35 (GMT +4)
ABŞ dövlət katibi Aramco-ya edilən hücuma görə Səudiyyə və BƏƏ-ə gedib

18 Sentyabr 2019, 14:27 (GMT +4)
Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub

18 Sentyabr 2019, 14:01 (GMT +4)
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub

18 Sentyabr 2019, 13:55 (GMT +4)
Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

18 Sentyabr 2019, 13:30 (GMT +4)
ATƏT cəbhə xəttində monitorinq keçirib

18 Sentyabr 2019, 13:12 (GMT +4)
Ruhani və Zərifin Nyu-York səfəri ləğv edilə bilər

18 Sentyabr 2019, 13:09 (GMT +4)
Azərbaycan və Gürcüstan elektrik enerji xətlərinin tikintisini müzakirə ediblər

18 Sentyabr 2019, 13:00 (GMT +4)
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

18 Sentyabr 2019, 12:47 (GMT +4)
KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

18 Sentyabr 2019, 12:39 (GMT +4)
“İdman jurnalistikası” magistr proqramına ölkə xaricində də maraq artmaqdadır

18 Sentyabr 2019, 12:32 (GMT +4)
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

18 Sentyabr 2019, 12:24 (GMT +4)
Mehriban Əliyeva: "Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66