Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsinin nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri başa çatıb

14 İyun 2019, 15:47 (GMT +4)

Bakı, 14 iyun, SalamNews. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri başa çatıb.

Dövlət Komitəsinin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri Litvada Vilnüs Universiteti ilə tanışlıqdan başlayıb.

Komitə sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətini və Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevi universitetin rəhbərliyi qarşılayıb. Universitetin tarixi, strukturu, müəllim-tələbə heyəti barədə qısa məlumat verildikdən sonra qonaqlar burada fəaliyyət göstərən Azərbaycan auditoriyası ilə tanış olublar. Tanışlıq zamanı azərbaycanlı tələbə və müəllimlər haqqında məlumat verilib, gələcəkdə daha çox soydaşımızın bu tədris ocağında təhsil almasına dair fikir mübadiləsi aparılıb, auditoriyaya kitablar hədiyyə olunub.

Daha sonra bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılarla görüş keçirilib. 60 nəfərə yaxın soydaşımızın qatıldığı tədbir Dövlət Himninin səsləndirilməsilə başlayıb. Tədbirdə Azərbaycan diasporu və Diaspor Komitəsinin fəaliyyətilə bağlı infoqrafik video-çarx nümayiş etdirilib.

Səfir Tamerlan Qarayev çıxış edərək, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib, diqqəti diaspor hərəkatında canlanmanın müşahidə olunduğuna cəlb edib. O, Litvadan 2 nəfərin Diaspor Gənclərinin II Yay Düşərgəsinə seçildiyini qeyd edərək, onlar haqqında da qısa məlumat verib.

Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin qarşılıqlı anlaşmaya və dostluğa söykəndiyini xatırladan Dövlət Komitəsinin sədri bildirib ki, soydaşlarımız diaspor hərəkatının gücləndirilməsi, birgə fəaliyyətin təmin olunması naminə müxtəlif ölkələrdə Koordinasiya Şuraları təsis edirlər. Bu, birgə fəaliyyət üçün çox vacibdir. Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası da buna nümu¬nədir. Şuranın artıq əlaqələndiriciləri də seçilib və ümid edirəm ki, bu Şura soydaşları¬mızın daha səmərəli və aktiv fəaliyyətinə dəstək olacaqdır.

Qeyd edək ki, Baltikyanı ölkələrdə yaşayan soydaşlarımızın birgə toplantısı keçirilib. Riqada keçirilən toplantıda soydaşlarımız Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi ilə bağlı qərar qəbul ediblər.

Konfransda Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Baltikyanı ölkələrdə yaşayan 100-ə yaxın soydaşımız və diaspor rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlardan, diaspor siyasətinin uğurlu nəticələrindən, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və vahid ideya ətrafında birləşməsinin əhəmiyyətindən danışıblar.

Komitə sədri bildirib ki, “biz müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuralarının toplantılarına dəvət alırıq və imkanlarımız daxilində çalışırıq ki, bu cür tədbirlərdə iştirak edək. Bu günkü təsis yığıncağı da Latviya, Litva və Estoniyadakı diaspor təşkilatlarını əhatə edir”.

Diaspor rəhbərləri və soydaşlarımız çıxış edərək Baltikyanı ölkələrdə mövcud olan diaspor təşkilatlarının fəaliyyəti və yeni yaradılan Koordinasiya Şurasının işinin səmərəli təşkili ilə bağlı təkliflərini səsləndiriblər. Çıxış edənlər Azərbaycanın diaspor siyasətini dəstəklədiklərini bir daha diqqətə çatdırıblar.

Toplantıda maraqlı və geniş fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12