Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bu günədək 451,62 ton yaş barama təhvil verilib

15 İyun 2019, 13:41 (GMT +4)

Bakı, 15 iyun, SalamNews. Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 13-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 451,62 ton yaş barama təhvil verilib.

Bu barədə SalamNews-a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Ağcabədi, Bərdə, Şəki, Kürdəmir, Qax və Ağdam rayonları öndədir. Bu günədək Zərdabda 58,88 ton, Füzulidə 49,72 ton, Zaqatalada 44,11 ton, Balakəndə 42,16 ton, Ağcabədidə 39,85 ton, Bərdədə 29,91 ton, Şəkidə 27,38 ton, Kürdəmirdə 20,87 ton, Qaxda 18,85 ton, Ağdamda 15,73 ton, Göyçayda 12,13 ton, Sabirabadda 9,57 ton, Ucarda 8,89 ton, İmişlidə 5,06 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.

Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Operativ Qərargah: 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb

ABŞ vətəndaşı lotereyada 451 milyon dollar udub

Türkiyə ərazisinə qeyri-qanuni yollarla keçməyə çalışan 1451 nəfər saxlanılıb

13 Avqust 2020, 12:15 (GMT +4)
İran hökuməti ölkə vətəndaşlarına yüksək mənfəətlə neft satşı təklif edib

13 Avqust 2020, 12:15 (GMT +4)
DGK: 200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alınıb

13 Avqust 2020, 12:10 (GMT +4)
Reuters: Tramp Pentaqon rəhbərinin istefasını müzakirə edib

13 Avqust 2020, 12:02 (GMT +4)
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda rənglənmə işləri aparılacaq

13 Avqust 2020, 11:43 (GMT +4)
İlham Əliyev Rusiyanın Ermənistana silah satması ilə bağlı Putinə zəng edib

13 Avqust 2020, 11:40 (GMT +4)
Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

13 Avqust 2020, 11:33 (GMT +4)
HƏMAS lideri Türkiyəyə gedib

13 Avqust 2020, 11:16 (GMT +4)
Azərbaycan və Türkiyə Müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

13 Avqust 2020, 11:03 (GMT +4)
İsrail Qəzzaya aviazərbələr endirib, raketlərdən biri məktəbə düşüb

13 Avqust 2020, 11:00 (GMT +4)
Təhsil naziri Rusiya səfiri ilə görüşüb (FOTO)

13 Avqust 2020, 10:50 (GMT +4)
Minskdə "Molotov kokteyli" hazırlayanalar saxlanılıb - VİDEO

13 Avqust 2020, 10:30 (GMT +4)
Ağsuda zəlzələ olub

13 Avqust 2020, 10:28 (GMT +4)
Hizbullah Beyrut partlayışının raket zərbəsindən baş verdiyini təkzib edib

13 Avqust 2020, 10:22 (GMT +4)
Pompeo Belarusa qarşı sanksiyaların tətbiqini istisna etmir

13 Avqust 2020, 10:15 (GMT +4)
AQTA əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

13 Avqust 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 40 dəfə pozub

13 Avqust 2020, 09:50 (GMT +4)
Baş konsul Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb

13 Avqust 2020, 09:48 (GMT +4)
İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı keçirilib

13 Avqust 2020, 09:43 (GMT +4)
İran Fars körfəzində böyük bir xarici gəmiyə əl qoyub - ABŞ (VİDEO)

13 Avqust 2020, 09:31 (GMT +4)
Tovuzda minaatan mərmi aşkarlanıb

13 Avqust 2020, 09:20 (GMT +4)
Bu gün 20 minə yaxın abituriyent imtahan verəcək

13 Avqust 2020, 09:17 (GMT +4)
Makron Ruhani ilə Livan məsələsini müzakirə edib

13 Avqust 2020, 09:15 (GMT +4)
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edib (FOTO)

13 Avqust 2020, 09:10 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

13 Avqust 2020, 09:06 (GMT +4)
Putin və Makron Belarusdakı vəziyyəti müzakirə edib

12 Avqust 2020, 19:47 (GMT +4)
KİV: Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında, həbslər gözlənilir

12 Avqust 2020, 18:00 (GMT +4)
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

12 Avqust 2020, 17:30 (GMT +4)
İsmayıllıda tarixi abidə tapılıb

12 Avqust 2020, 17:15 (GMT +4)
Hindistanda peyğəmbərin təhqir edilməsindən sonra şiddətli qarşıdurma baş verib (VİDEO)

12 Avqust 2020, 17:05 (GMT +4)
Azərbaycanda daha 202 nəfər COVID-19-dan sağalıb, 93 nəfər yoluxub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66