Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

14 İyun 2019, 15:20 (GMT +4)

Bakı, 14 iyun, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev Bakıda keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda AzerTelecom şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı, bu proqramın ölkənin İKT sektorunun dayanıqlı inkişafı, rəqəmsallaşma üçün yaradacağı imkanlar, eləcə də müasir şəraitdə rəqəmsal transformasiya prosesləri barəsində danışıb.

AzerTelecomdan SalamNews-a verilən məlumata görə,forum çərçivəsində təşkil olunmuş, İKT, nəqliyyat və logostika mövzularına həsr olunmuş “Əlaqələndiricilik” (Connectivity) panelində məruzəçi qismində çıxış edən Fuad Allahverdiyev AzerTelecom şirkətinin artıq 10 ildən çoxdur ki, ölkənin İKT sektorunda fəaliyyət göstərdiyini, hazırda şirkətin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Digital HUB” proqramını icra etdiyini qeyd edib.

O bildirib ki, “Digital HUB” proqramı ölkədə İKT sahəsində dayanıqlı infrastruktur quruculuğuna, telekommunikasiya sektorunun inkişafına, Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasına, əlaqələndiricilik istiqamətində layihələrin icrasına və nəticədə ölkəmizin Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsinə istiqamətlənib.

Fuad Allahverdiyev proqram çərçivəsində Azərbaycanla Qazaxıstan arasında Xəzərin dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə fiber-optik kabelin çəkilməsi üzrə Transxəzər magistralı layihəsinin icra ediliyini, bunun üçün iki dövlət arasında müvafiq dövlətlərarası sazişin imzalandığını və təsdiq olunduğunu qeyd edib.

O “Digital HUB” proqramının ölkənin İKT sektoru ilə yanaşı qeyri-neft sektorunun digər sahələrinin də inkişafına mühüm töhfə verəcəyini, Avropa və Amerika kontentinin bura gətirilməsi və Asiyaya daşınmasına şərait yaradacağını, yeni iş yerlərinin formalaşması, qlobal İKT şirkətlərinin Azərbaycana cəlb edilməsinə səbəb olacağını, innovasiyaların tətbiqi üçün mühüm təməl olacağını qeyd edib.

Qeyd edək ki, iyunun 13-də keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumu Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK
Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə
əməkdaşlığı çərçivəsində təşkil olunub.

“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri
telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil
internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir.

“AzerTelecom” 2008-ci ildətəsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq imkanları müzakirə olunub

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

“AzerTelecom” “Bakutel” sərgisində “Azerbaijan Digital Hub” proqramını təqdim edir

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

09 Aprel 2020, 17:01 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi növbəti aksiya keçirib

09 Aprel 2020, 16:57 (GMT +4)
Belarus Rusiyadan 2020-ci ildə qazın qiymətində endirm etməsini istəyib

09 Aprel 2020, 16:50 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

09 Aprel 2020, 16:35 (GMT +4)
Agentlik: Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var

09 Aprel 2020, 16:32 (GMT +4)
Husilər Səudiyyənin Yəməndə müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib

09 Aprel 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-ya çatıb

09 Aprel 2020, 16:24 (GMT +4)
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

09 Aprel 2020, 16:21 (GMT +4)
ABŞ ÜST-ün maliyyələşdirilməsinin həcmi məsələsinə yenidən baxır

09 Aprel 2020, 16:14 (GMT +4)
Çaylarda yaz-yay gursululuq dövründə gözlənilən sululuq açıqlanıb

09 Aprel 2020, 15:52 (GMT +4)
Pakistan Hindistanla sərhəddə qarşı tərəfin bir PUA-sını vurduğunu bildirib

09 Aprel 2020, 15:44 (GMT +4)
Bakıda gizli şəkildə fəliyyət göstərən kafe aşkarlanıb

09 Aprel 2020, 15:41 (GMT +4)
CNN: Berni Sanders ABŞ prezidentliyinə namizədlikdən vaz keçib

09 Aprel 2020, 15:17 (GMT +4)
Tramp: Ölkə koronavirusla bağlı vəziyyətin normala dönməyə başladığı ana yaxınlaşıb

09 Aprel 2020, 15:01 (GMT +4)
Nazirlik: Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb

09 Aprel 2020, 14:48 (GMT +4)
AB üzv ölkələrə Şengen bölgəsinə giriş qadağalarını uzatmağa çağırıb

09 Aprel 2020, 14:48 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 4 mini keçib

09 Aprel 2020, 14:31 (GMT +4)
“Azərişıq” abunəçilərə yeni onlayn xidmətlər göstərir (VİDEO)

09 Aprel 2020, 14:17 (GMT +4)
"Brent" markalı neftin qiyməti artıb

09 Aprel 2020, 14:07 (GMT +4)
ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

09 Aprel 2020, 13:51 (GMT +4)
"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib 

09 Aprel 2020, 13:42 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşıb

09 Aprel 2020, 13:41 (GMT +4)
Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

09 Aprel 2020, 13:20 (GMT +4)
Sabah Bakıda 15 dərəcə isti gözlənilir

09 Aprel 2020, 12:45 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq yeni siyasətçinin adı rəsmən açıqlanıb

09 Aprel 2020, 12:45 (GMT +4)
Rusiyada koronavirusa yoluxanların sayı 10 mini keçib

09 Aprel 2020, 12:44 (GMT +4)
İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlanıb

09 Aprel 2020, 12:35 (GMT +4)
“Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” adlı proqrama start verilir

09 Aprel 2020, 12:18 (GMT +4)
Tramp: Amerika istehsalçıları neftin istehsal həcmlərini azaldıb

09 Aprel 2020, 11:53 (GMT +4)
Baş nazir: Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var 

09 Aprel 2020, 11:51 (GMT +4)
İtaliyada son sutka 2099 nəfər koronavirusdan sağalıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66