Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bakıda Türk Yeməkləri Festivalı keçirilir

14 İyun 2019, 17:28 (GMT +4)

Bakı, 14 iyun, SalamNews. İyunun 8-dən 16-dək Türkiyənin Azərbaycandakı Səfirliyi və Türk Hava Yollarının dəstəyi ilə Bakının Fairmont otelində yerləşən Alov restoranında Türk Yeməkləri Festivalı keçirilir.

Türkiyənin Fairmont Quasar İstanbul otelində yerləşən Aila restoranının aşbazları bir həftə ərzində festivalın xüsusi qonaqlarına Anadolu yeməklərini həqiqi İstanbul ləzzəti və Osmanlı kulinariya mədəniyyətinin vəhdətində təqdim edirlər.

İyunun 13-də festivalın qonaqları media nümayəndələri olub.

Qonaqları salamlayan Türkiyə Səfirliyinin Mədəniyyət və Təbliğat Müşaviri İrfan Çiftçi qeyd edib ki, tədbir Türkiyə turizminin yeni təbliğat meyarlarına uyğun olaraq keçirilir. Məqsəd Türk kulinariya mədəniyyəti, Osmanlı mətbəxini Azərbaycanda daha yüksək səviyyədə tanıtmaqdır.

Aila restoranının aşbazı Əmrə İnanır festival ərzində qonaqlara zəngin Osmanlı mətbəxinə aid təamları yeni yanaşmada, daha müasir ovqatda təqdim etdiklərini deyib.

Fairmont otelinin PR və Marketinq meneceri Zümrüd İsmayılova isə qeyd edib ki, indiyədək müxtəlif ölkələrin mətbəxlərinə aid festivallara ev sahibliyi ediblər. O, bu xüsusda Türkiyə Səfirliyi ilə belə bir tədbir keçirdikləri üçün şad olduqlarını bildirib.

Z.İsmayılova Alov restoranında qədim və zəngin Osmanlı mətbəxinə həsr olunmuş tədbirin otelin qonaqları tərəfindən də böyük maraqla qarşılandığını deyib.

Türk “ocakbaşı” qril, eyni zamanda ənənəvi “mezze” tərzində, ən yaxşı, yerli inqredientlərdən hazırlanan yeməklər Alov restoranında qonaqların qarşısında bişirilir. Mezzelər və digər ənənəvi Türk qəlyanaltıları aşbazların xüsusi yanaşması ilə unikal və əyləncəli yemək təcrübəsini təmin edir.

Festival çərçivəsində Türkiyə mətbəxinə həsr olunmuş sərgi keçirilir. Qonaqlar müxtəlif ləziz təamların hazırlanması qaydaları ilə tanış olmaq imkanı əldə edirlər.

Qeyd edək ki, türkiyəli aşbazlar məharətlərini festivalın son günündə - 16 iyun tarixində baş tutacaq eksklüziv İstanbul brançında ən yüksək səviyyədə çatdıracaqlar.

Türkiyənin mezze və ocakbaşı mədəniyyətini xüsusi ab-havada təqdim edən Aila restoranı, İstanbulun məşhur Ədəva Bazarından əldə etdikləri rəngarəng ədviyyatlardan ibarət Ədəva Kitabxanasına malikdir. 120-dən çox ədviyyatı ehtiva edən Ədəva Kitabxanasında Aila restoranında yaradılan 20-dən çox xüsusi ədviyyat da mövcuddur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Sentyabr 2020, 10:13 (GMT +4)
Bərdə xəstəxanasında əməliyyat olunan qadın ölüb

24 Sentyabr 2020, 10:00 (GMT +4)
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib

24 Sentyabr 2020, 09:51 (GMT +4)
Livan prezidenti dünya ictimaiyyətini İsrailin bu ölkəyə və Suriyaya təcavüzünün qarşısını almağa çağırıb

24 Sentyabr 2020, 09:51 (GMT +4)
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

24 Sentyabr 2020, 09:35 (GMT +4)
Deputat: Ermənistan çirkin planlarından əl çəkməsə, bu onlar üçün ağır nəticələrə səbəb olacaq

24 Sentyabr 2020, 09:31 (GMT +4)
Ermənistan silahlı qüvvələrini atəşkəs rejimini 69 dəfə pozub

24 Sentyabr 2020, 09:18 (GMT +4)
ABŞ Lukaşenkonun legitimliyini tanımaqdan imtina edib

24 Sentyabr 2020, 09:15 (GMT +4)
Tramp seçkilərdə uduzacağı təqdirdə iqtidardan dinc yolla gedəcəyilə bağlı söz verməyib

24 Sentyabr 2020, 09:15 (GMT +4)
Dövlət Komitəsi Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yayıb

24 Sentyabr 2020, 09:07 (GMT +4)
Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub

24 Sentyabr 2020, 08:53 (GMT +4)
Nazir Ceyhun Bayramov Gürcüstana gedib

23 Sentyabr 2020, 22:50 (GMT +4)
Cəlilabadda «Veteranlar evinin» problemləri həll edilib

23 Sentyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Bu gün daha 7 şagird virusa yoluxub

23 Sentyabr 2020, 18:00 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmaya görə anti-rekord qeydə alınıb

23 Sentyabr 2020, 17:40 (GMT +4)
Azərbaycanın 3 şəhəri YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib

23 Sentyabr 2020, 17:27 (GMT +4)
Misir prezidenti Xəlifa Haftarla görüşüb

23 Sentyabr 2020, 17:20 (GMT +4)
Azərbaycanda koronavirusdan ölənlərin sayı 580 nəfərə çatıb

23 Sentyabr 2020, 17:18 (GMT +4)
Mask "Tesla"nın daha ucuz versiyasının istihsal ediləcəyinə söz verib 

23 Sentyabr 2020, 17:16 (GMT +4)
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alınıb

23 Sentyabr 2020, 17:15 (GMT +4)
Rusiya Dövlət Dumasının Sədri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

23 Sentyabr 2020, 17:07 (GMT +4)
Gömrükçülər siqaret müsadirə edib

23 Sentyabr 2020, 16:49 (GMT +4)
Tramp COVID-19-la bağlı görülən tədbilərə görə özünü tərifləyib

23 Sentyabr 2020, 16:33 (GMT +4)
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

23 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan nümayəndə heyətinin Vyaçeslav Volodin ilə görüşü başlayıb

23 Sentyabr 2020, 16:15 (GMT +4)
TƏBİB: Əhalinin 20 faizinə peyvənd vurulması yetərlidir

23 Sentyabr 2020, 16:14 (GMT +4)
İran bölgəyə yeni daxil olan ABŞ aviadaşıyıcısını yerli PUA-larla izlədiyini bildirib (FOTO)

23 Sentyabr 2020, 16:12 (GMT +4)
Lavrov: Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır

23 Sentyabr 2020, 16:00 (GMT +4)
Millimizin futbolçusunun klubunda koronavirus aşkarlanıb

23 Sentyabr 2020, 15:52 (GMT +4)
Makron: AB Türkiyə ilə dialoqa hazırdır

23 Sentyabr 2020, 15:37 (GMT +4)
Əfqanıstan hökuməti ilə Talibanın danışıqlarında mühüm irəliləyiş əldə edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66