Gürcüstanda turist avtobusu uçurumdan yuvarlanıb14 İyun 2019, 17:46 (GMT +4) Bakı, 14 iyun, SalamNews. Gürcüstanda turistləri daşıyan avtobus uçurumdan yuvarlanıb. SalamNews "Sputnik"ə istinadən xəbər verir ki, hadisə Tuşeti dağlıq(Kaxeti) rayonunda baş verib.
"Hadisə Pşaveli-Abano-Omalo yolunun 18-ci kilometrində baş verib. Hadisə yerinə xilasetmə dəstələri və təcili tibbi yardım xidməti cəlb edilib. Rayonun qubernator müavini Ahmet Vano Naskidaşvili qeyd edib ki, qəza nəticəsində zərərçəkənlər var. Digər məlumatlar hələ açıqlanmayıb" -məlumatda deyilir.
Agentliyin verdiyi məlumata görə, Tuşetiyə gedən yol Gürcüstanda ən mürəkkəb və Avropanın ən təhlükəli yollarından biri hesab edilir.
|