Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

PA-nın şöbə müdiri: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub

15 İyun 2019, 14:42 (GMT +4)

Bakı, 15 iyun, SalamNews. Bakı Kitab Mərkəzində “Tarixlə üz-üzə” layihəsi çərçivəsində “İosif Orbelinin kitabının yoxa çıxmasının səbəbləri haqqında” elmi kitaba həsr olunmuş seminar keçirilib. Kitabın müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, politoloq və tarixçi Fuad Axundovdur.

SalamNews xəbər verir ki, kitaba ad kimi seçilmiş mövzu fəaliyyəti regionun alban dini abidələrinin erməniləşdirilməsinə yönəldilmiş erməni tarixçilərinin, etnoqraflarının və kilsə xadimlərinin saxtalaşdırmaları nəticəsində Cənubi Qafqaz tarixində yaranmış boşluqları doldurmaq baxımından son dərəcə əhəmiyyətlidir.

Seminarı Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq qeyd edib ki, “kitab barədə bilavasitə onun müəllifindən daha yaxşı heç kim danışa bilməz”.

Sonra G.Rzayeva tədbirin moderatorunu – Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovu təqdim edib. R.Hüseynov deyib: “Bu mövzuda araşdırmalar çoxdan aparılır. Fuad Axundov İosif Orbelinin faktiki olaraq itirilmiş kitabını Sankt-Peterburq arxivlərində tapıb”.

Fuad Axundov bildirib ki, bu nəşr internetdə yayıldıqdan sonra kitabın yerləşdirildiyi resurs 10 min dəfədən çox haker hücumuna məruz qalıb. Politoloq deyib: “Bu onu göstərir ki, bu kitab çox qiymətli informasiya daşıyıcısıdır. Rəqəmsal inqilabın spesifikasını nəzərə alaraq biz bütün kitab və filmləri internetdə yerləşdiririk və bütün hücumlara baxmayaraq onlar mühüm funksiyalar daşıyır”.

Müəllifin sözlərinə görə, artıq şərtlər dəyişib. Əgər əvvəllər Ermənistan öz tarixini özü yazırdısa, xalqını elmə zidd fikirlərlə yolundan azdırırdısa, indi internet sayəsində erməni xalqının alternativ tarixi öyrənmək imkanı yaranıb. “Hər halda mən ermənilərdən rəylər alıram. Doğrudur hələlik Ermənistanın hüdudlarından kənarda yaşayan ermənilərdən. Onlar bildirirlər ki, bu faktlarla heç vaxt tanış olmayıblar. Elə bunun özü o deməkdir ki, artıq buz hərəkətə gəlib”, - deyə F.Axundov qeyd edib.

Kitabının bir nüsxəsini “Exo Moskvı” radiostansiyası vasitəsilə Nikol Paşinyanın xanımına təqdim etdiyini bildirən F.Axundov deyib: “Bir həftə sonra mənə bildirdilər ki, kitab N.Paşinyanın xanımına çatıb. O tez–tez deyir ki, Qanzasarı çox sevir. Buna görə də xahiş etdim ki, kitabın nüsxəsini ona versinlər və o, Qanzasarın həqiqi tarixi ilə tanış olsun. Mən radiostansiyanın efirində Paşinyanın xanımına onu da bildirdim ki, əgər o, Qanzasarı erməni mənəviyyatının ürəyi adlandırırsa, orada ermənilərə aid heç nə yoxdur”.

Kitabın yazılmasına ən yaxşı alimlərin cəlb olunduğunu bildirən müəllif deyib: “Tam əminliklə deyə bilərəm ki, Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub.

“İ.Orbelinin kitabı təqribən 100 il elmi dairələrdə itirilmiş sayılıb. İ.Orbeli Qanzasarın Ermənistanın siyasi mərkəzi olması barədə erməni istorioqrafiyasının postulatını tamamilə inkar edir. Müəllif öz kitabında Qanzasarda Müqəddəs Vəftizçi Yəhya peyğəmbər kilsəsinin divarında yazıların tərcüməsi zamanı yol verilmiş səhvləri və sonradan edilmiş əlavələri göstərib. Müəllif faktiki olaraq erməni kilsəsinə qarşı çıxır”, - deyə F.Axundov diqqətə çatdırıb.

Onun sözlərinə görə, erməni tərəfi son 160 ildə Qanzasarda baş kilsənin divarlarında yazıların tərcüməsi zamanı alban katolikosunun patriarx rütbəsini xatırlatmamağa üstünlük verib. Müəllif deyib: “Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, xristian dünyasında ən yüksək patriarx rütbəsi alban katolikoslarında olub. Müqəddəs Vəftizçi Yəhya Kilsəsinin divarındakı yazıda “albanların katolikosu Nersesin patriarxlığı” dövründə alban dini liderinin titulu tamamilə aydın tərcümə olunub. Bu, onu göstərir ki, Alban Apostol Kilsəsi müstəqildir və ona İsa Peyğəmbərin həvariləri tərəfindən xeyir-dua verilib, yəni avtokefaldır və erməni-qriqorian kilsəsinə heç bir aidiyyəti yoxdur”.

Lakin F.Axundov əmindir ki, ermənilər alban xalqının katolikosu Nersesin dini liderliyi haqqında fraqmentin olmasını gizlətməyə çalışır və hazırda baş kilsənin divarındakı yazılara dəyişiklik edərək və ya lövhələri dəyişdirərək sübut etməyə çalışırlar ki, Dağlıq Qarabağ torpaqları onlara məxsusdur. “Qanzasardakı yazılar həmin dövrdə alban xalqının artıq mövcud olmaması barədə erməni alimlərinin və ermənipərəst alimlərin iddialarını təkzib edir. Bu yazılar dəqiq göstərir ki, həmin torpaqlar alban xalqına məxsus olub, alban knyazları və Alban kilsəsi tərəfindən idarə olunub. Bunlar ermənilərin Cənubi Qafqaza tarixi-coğrafi mənsubiyyəti haqqında mifi təkzib edir”, - deyə F.Axundov vurğulayıb.

Yeri gəlmişkən, F.Axundovun qeyd etdiyi kimi, qarabağlı erməni K.Şahnazarov bildirib ki, onlar əvvəlcə türk olublar, sonra erməniləşiblər. “O deyib ki, soyadındakı həm “şah”, həm də “nəzər” sözləri erməni deyil, türk mənşəlidir, eləcə də ulu babasının adı – Hüseyn erməni mənşəli deyil. K.Şahnazarovun bu bəyanatı Ermənistan ictimaiyyətində güclü tənqid dalğası yaradıb. “Alban Avtokefal Kilsəsinin və xristian türklərin irsinin bərpası uğrunda hərəkat”ın rəhbəri Artur Ağacanov hesab edir ki, Qafqaz Albaniyasının erməni-qriqorian kilsəsi tərəfindən məhv edilmiş irsi regionun türk xalqları ilə qırılmaz surətdə bağlıdır”, - deyə nəşrin müəllifi qeyd edib.

Sonra “Azer-Globe” İctimai-Siyasi Araşdırmalar İnstitutu nəzdində Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov, tarixçi- türkoloq Elşad Əlili, Azərbaycanın Alban-Udin Xristian İcmasının rəhbəri Robert Mobili çıxış edərək bu tapıntının əhəmiyyətini və erməni tərəfinin regionun erməniləşdirilməsinə yönəldilmiş saxtalaşdırmalarına və yalanlarına gələcəkdə yol verilməməsinin əhəmiyyətini vurğulayıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 İyul 2019, 17:00 (GMT +4)
DİN naziri xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

20 İyul 2019, 16:51 (GMT +4)
DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

20 İyul 2019, 16:44 (GMT +4)
Putini təhqir edən "Rustavi 2" TV-nin jurnalisti işinə geri dönə biləcək

20 İyul 2019, 16:41 (GMT +4)
Yasamalda yaşayış binasında yanğın olub

20 İyul 2019, 16:34 (GMT +4)
Sahil Babayev reabilitasiya xidmətlərinə baxış keçirib (FOTO)

20 İyul 2019, 16:33 (GMT +4)
İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

20 İyul 2019, 16:24 (GMT +4)
Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

20 İyul 2019, 16:18 (GMT +4)
Almaniya İranın Hörmüz boğazında gəmiləri saxlamasını pisləyib

20 İyul 2019, 16:16 (GMT +4)
Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

20 İyul 2019, 16:06 (GMT +4)
Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

20 İyul 2019, 16:00 (GMT +4)
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

20 İyul 2019, 15:55 (GMT +4)
Kipr türkləri türk millətinin ayrılmaz hissəsidir -Ərdoğan

20 İyul 2019, 15:54 (GMT +4)
Bakıda saxta pul satan şəxs saxlanılıb

20 İyul 2019, 15:42 (GMT +4)
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib (FOTO)

20 İyul 2019, 15:28 (GMT +4)
İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

20 İyul 2019, 15:18 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

20 İyul 2019, 15:13 (GMT +4)
İran gərək birbaşa Trampla müzakirələrə başlasın - Əhmədinejad

20 İyul 2019, 15:10 (GMT +4)
TSQ-nın əməliyyatı zamanı İraqın şimalında bir əsgər həlak olub, 6-sı yaralanıb

20 İyul 2019, 15:04 (GMT +4)
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

20 İyul 2019, 14:53 (GMT +4)
Astarada «Söz azadlığı: sözümüzü necə ifadə edirik?» mövzusunda “dəyirmi masa” keçirilib

20 İyul 2019, 14:43 (GMT +4)
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar artıb

20 İyul 2019, 14:42 (GMT +4)
Ankara Kipr şelfində qazma işləri ilə bağlı sanksiya təzyiqinə boyun əyməyəcək - Türkiyə rəsmisi

20 İyul 2019, 14:36 (GMT +4)
Aqrar Xidmətlər Agentliyi toxum alıcılarına müraciət edib

20 İyul 2019, 14:28 (GMT +4)
Kolleclərə qəbul olmaq istəyən 23 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

20 İyul 2019, 14:19 (GMT +4)
DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

20 İyul 2019, 14:14 (GMT +4)
İraqda Haşd-Şabiyə endirilən aviazərbələrdə iranlı hərbçilərin ölməsi xəbəri təkzib edilib

20 İyul 2019, 14:05 (GMT +4)
Şura SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlərə başlayıb

20 İyul 2019, 13:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 İyul 2019, 13:50 (GMT +4)
Lefkoşada Kipr Sülh Hərəkatının 45-ci ildönümü qeyd olunur

20 İyul 2019, 13:32 (GMT +4)
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12