Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Rövnəq Abdullayev Ağcabədinin Boyat kəndinə təbii qaz verilməsi mərasimində iştirak edib

15 İyun 2019, 14:22 (GMT +4)

Bakı, 15 iyun, SalamNews. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizin qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

SalamNews SOCAR-a istinadla xəbər verir ki, iyunun 15-də Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 467 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 49 min 424 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Boyat kəndi ilə yanaşı, hazırda Ağcabədi rayonunun Üzeyir Hacıbəyli, Həmidə Məmmədquluzadə, Qarabağ və Eldəniz Sadıqov küçələrini əhatə edən 4 yeni massivdə 128 fərdi evin qazlaşdırılması işləri də yekunlaşdırılıb, istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilməsi təmin ediləcək.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev sakinləri 15 iyin – Milli Qurtuluş Günü və kəndə təbii qazın verilməsi münasibətilə təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edilib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR-ın prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, respublikanın hər yerində olduğu kimi, Ağcabədi rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlir, mühüm layihələr həyata keçirilir. Artıq Ağcabədi rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması 94,7 faizə çatdırılıb - 1 şəhər, 1 qəsəbə və 38 kənd təbii qazla təmin olunub.

Milli Məclisin deputatı Aqil Abbas kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Mərasimdə çıxış edən sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev yaxınlıqdakı evlərdən birinin mətbəxində olub, ev sahiblərini təbrik edib, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşüb

Rövnəq Abdullayev: Son 10 ildə SOCAR-ın gəliri 20 dəfə artıb

Rövnəq Abdullayev: Bazardakı qiymət dalğalanmalarına baxmayaraq, SOCAR-ın gəlirləri artır

Rövnəq Abdullayev: Maraqlı oyunların şahidi olacağımıza əminəm

Rövnəq Abdullayev: İndiyədək 4,5 milyard kubmetr səmt qazı platformlarda tutularaq ölkənin qaz təsərrüfatına verilib

Rövnəq Abdullayev: "SOCAR Karbamid zavodundan 140-150 milyon dollar qazanmağı planlaşdırır"

SOCAR-ın məqsədi Azərbaycan iqtisadiyyatına əlavə dəyər qazandırmaqdır- Rövnəq Abdullayev

Rövnəq Abdullayev: "Biz əvvəlki illərlə müqayisədə daha böyük gəlir əldə etdik"

Gələn il istifadəyə veriləcək zavodlar gücümüzə güc qatacaq - Rövnəq Abdullayev

"Şahdəniz-2" yatağı istifadəyə verildikdən sonra əlavə 16 milyard kubmetr qaz çıxarılacaq - Rövnəq Abdullayev

Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib

Rövnəq Abdullayev: “Qarabağ”ın uğuru ölkə futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir

Rövnəq Abdullayev: İndiyədək 279 tələbə SOCAR-ın xarici tələbə proqramlarına cəlb olunub

Rövnəq Abdullayev: Azərbaycandakı transmilli kəmərlərin uzunluğu 9 min kilometrə çatdırılacaq

Kəmaləddin Heydərov və Rövnəq Abdullayev neftçilərin itkin düşdüyü əraziyə gedib

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

Rövnəq Abdullayev: "Noyabrın 1-dən Azərbaycanda qaz verilişi qış rejiminə keçiriləcək"

Rövnəq Abdullayev: "Gürcüstanın qaz təchizatının 90 faizini biz təmin edirik"

Azərbaycan 50 milyard dollar həcmində gəlir əldə edəcək - Rövnəq Abdullayev

Rövnəq Abdullayev: "İndiyədək 1918 tələbə SOCAR təqaüdünə layiq görülüb"

13 Avqust 2020, 13:16 (GMT +4)
Azəriqaz: Sayğacların əvəzlənməsi dövlət yoxlama qaydalarının tələbidir

13 Avqust 2020, 13:00 (GMT +4)
Milli Televiziya və Radio Şurasının iclası keçirilib

13 Avqust 2020, 12:45 (GMT +4)
Bakıdan rayona gedən koronavirus xəstəsi postda saxlanılıb

13 Avqust 2020, 12:40 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 20,8 milyonu keçib

13 Avqust 2020, 12:32 (GMT +4)
Caspian Energy Club ilk Online Business Tour təşkil edib

13 Avqust 2020, 12:15 (GMT +4)
İran hökuməti ölkə vətəndaşlarına yüksək mənfəətlə neft satşı təklif edib

13 Avqust 2020, 12:15 (GMT +4)
DGK: 200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alınıb

13 Avqust 2020, 12:10 (GMT +4)
Reuters: Tramp Pentaqon rəhbərinin istefasını müzakirə edib

13 Avqust 2020, 12:02 (GMT +4)
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda rənglənmə işləri aparılacaq

13 Avqust 2020, 11:43 (GMT +4)
İlham Əliyev Vladimir Putinlə Rusiyanın Ermənistana silah satması məsələsini müzakirə edib  

13 Avqust 2020, 11:40 (GMT +4)
Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

13 Avqust 2020, 11:33 (GMT +4)
HƏMAS lideri Türkiyəyə gedib

13 Avqust 2020, 11:16 (GMT +4)
Azərbaycan və Türkiyə Müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

13 Avqust 2020, 11:03 (GMT +4)
İsrail Qəzzaya aviazərbələr endirib, raketlərdən biri məktəbə düşüb

13 Avqust 2020, 11:00 (GMT +4)
Təhsil naziri Rusiya səfiri ilə görüşüb (FOTO)

13 Avqust 2020, 10:50 (GMT +4)
Minskdə "Molotov kokteyli" hazırlayanalar saxlanılıb - VİDEO

13 Avqust 2020, 10:30 (GMT +4)
Ağsuda zəlzələ olub

13 Avqust 2020, 10:28 (GMT +4)
Hizbullah Beyrut partlayışının raket zərbəsindən baş verdiyini təkzib edib

13 Avqust 2020, 10:22 (GMT +4)
Pompeo Belarusa qarşı sanksiyaların tətbiqini istisna etmir

13 Avqust 2020, 10:15 (GMT +4)
AQTA əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

13 Avqust 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 40 dəfə pozub

13 Avqust 2020, 09:50 (GMT +4)
Baş konsul Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb

13 Avqust 2020, 09:48 (GMT +4)
İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı keçirilib

13 Avqust 2020, 09:43 (GMT +4)
İran Fars körfəzində böyük bir xarici gəmiyə əl qoyub - ABŞ (VİDEO)

13 Avqust 2020, 09:31 (GMT +4)
Tovuzda minaatan mərmi aşkarlanıb

13 Avqust 2020, 09:20 (GMT +4)
Bu gün 20 minə yaxın abituriyent imtahan verəcək

13 Avqust 2020, 09:17 (GMT +4)
Makron Ruhani ilə Livan məsələsini müzakirə edib

13 Avqust 2020, 09:15 (GMT +4)
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edib (FOTO)

13 Avqust 2020, 09:10 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

13 Avqust 2020, 09:06 (GMT +4)
Putin və Makron Belarusdakı vəziyyəti müzakirə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66