Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

15 İyun 2019, 15:10 (GMT +4)

Bakı, 15 iyun, SalamNews. Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının 7-ci iclası keçirilib.

Nazirlər Kabinetindən SalamNews-a verilən məlumata görə, iclasda 2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində görülən işlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində bu müddət ərzində layihələr hazırlanıb, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün vacib addımlar atılıb. Qeyri-rəsmi məşğulluqla bağlı bir sıra faktlar aşkarlanaraq aradan qaldırılıb. Komissiya sədri vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə qeyri-formal məşğulluqla mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək. Qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mövcud hüquqi baza mütəmadi olaraq təkmilləşdirilir, bir sıra normativ hüquqi aktlar qəbul edilib, qanunvericiliyə təklif olunmuş bir sıra dəyişikliklər isə müzakirə mərhələsindədir. Komissiyanın səmərəli fəaliyyəti nəticəsində ölkə üzrə əmək müqavilələri bildirişlərinin və aktiv fiziki şəxs fərdi sahibkarların sayında əhəmiyyətli artım müşahidə edilib. Ölkə üzrə 2019-cu ilin ilk 5 ayı ərzində Əmək Müqavilələri Bildirişi Elektron İnformasiya Sistemində əmək müqavilələrinin sayında 96 min 109 artım müşahidə olunub, əmək müqavilələrinin sayı artaraq 1 iyun tarixinə 1milyon 498 min 174 müqavilə bildirişi təşkil edib. Cari ilin ilk 5 ayında, həmçinin fiziki şəxs olan fərdi sahibkarların sayında da artım olub, 2019-cu ilin 1 iyun tarixinə aktiv fiziki şəxs fərdi sahibkarların sayı 19 min 283 artaraq 380 min 284-ə çatıb. Komissiyaya üzv olan aidiyyəti qurumların fəaliyyəti nəticəsində və respublikanın şəhər və rayonlarında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin dəstəyi ilə cari ildə qeyri-formal məşğul əhalinin sayında əhəmiyyətli azalma müşahidə olunub.

Sonra “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn tapşırıqların icrası ilə bağlı komissiya üzvlərinin məruzələri dinlənilib. “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icra statusu barədə Dövlət Başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul edilib. İclasda, komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək üçün təşkilati məsələlər, tədbirlər planından irəli gələn tapşırıqların icrasının tənzimlənməsi və işin səmərəli təşkil edilməsi məqsədilə hazırlanan nəzarət cədvəli forması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri də müzakirə mövzusu olub.

İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Əhmədov: ATƏT-in Minsk Qrupu öz mövqeyini ortaya qoymalıdır

Əli Əhmədov: Hər bir vətəndaş sosial məsuliyyətini dərk etməli və ona əməl etməlidir

Əli Əhmədov: Ölkədə “beşinci kolon” varsa ondan hər an təhlükə törəyə bilər və törəyir

Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"

Əli Əhmədov Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə görüşüb

Əli Əhmədov: Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı radikal müxalifəti həddindən artıq narahat edir

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının namizədləri sırasında çoxlu gənclər var"

Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

Əli Əhmədov: YAP-ın tarixi kimi bu günü də parlaq və qürurvericidir

Əli Əhmədov: Hökumət gənclərin gələcəyi uğrunda böyük işlər görməkdədir

Əli Əhmədov: Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var

Əli Əhmədov Misirin naziri və BMT Baş katibinin müşaviri ilə görüşüb

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib

Baş Nazirin müavini Əli Əhmədov ABŞ-a səfərə gedib

Baş nazirin müavini Əli Əhmədov maaşının yarısını Ordu üçün ayırıb

Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

Əli Əhmədov: Hökumət sosial sahədə islahatları vacib sayır və bu istiqamətdə yeniliklər tətbiq edir

Əli Əhmədov: Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz

Əli Əhmədov: Bir neçə ilə Azərbaycanın əmək bazarına 120 minədək işçi qüvvəsi daxil olacaq

13 Avqust 2020, 13:00 (GMT +4)
Milli Televiziya və Radio Şurasının iclası keçirilib

13 Avqust 2020, 12:45 (GMT +4)
Bakıdan rayona gedən koronavirus xəstəsi postda saxlanılıb

13 Avqust 2020, 12:40 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 20,8 milyonu keçib

13 Avqust 2020, 12:32 (GMT +4)
Caspian Energy Club ilk Online Business Tour təşkil edib

13 Avqust 2020, 12:15 (GMT +4)
İran hökuməti ölkə vətəndaşlarına yüksək mənfəətlə neft satşı təklif edib

13 Avqust 2020, 12:15 (GMT +4)
DGK: 200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alınıb

13 Avqust 2020, 12:10 (GMT +4)
Reuters: Tramp Pentaqon rəhbərinin istefasını müzakirə edib

13 Avqust 2020, 12:02 (GMT +4)
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda rənglənmə işləri aparılacaq

13 Avqust 2020, 11:43 (GMT +4)
İlham Əliyev Vladimir Putinlə Rusiyanın Ermənistana silah satması məsələsini müzakirə edib  

13 Avqust 2020, 11:40 (GMT +4)
Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

13 Avqust 2020, 11:33 (GMT +4)
HƏMAS lideri Türkiyəyə gedib

13 Avqust 2020, 11:16 (GMT +4)
Azərbaycan və Türkiyə Müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

13 Avqust 2020, 11:03 (GMT +4)
İsrail Qəzzaya aviazərbələr endirib, raketlərdən biri məktəbə düşüb

13 Avqust 2020, 11:00 (GMT +4)
Təhsil naziri Rusiya səfiri ilə görüşüb (FOTO)

13 Avqust 2020, 10:50 (GMT +4)
Minskdə "Molotov kokteyli" hazırlayanalar saxlanılıb - VİDEO

13 Avqust 2020, 10:30 (GMT +4)
Ağsuda zəlzələ olub

13 Avqust 2020, 10:28 (GMT +4)
Hizbullah Beyrut partlayışının raket zərbəsindən baş verdiyini təkzib edib

13 Avqust 2020, 10:22 (GMT +4)
Pompeo Belarusa qarşı sanksiyaların tətbiqini istisna etmir

13 Avqust 2020, 10:15 (GMT +4)
AQTA əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

13 Avqust 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 40 dəfə pozub

13 Avqust 2020, 09:50 (GMT +4)
Baş konsul Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb

13 Avqust 2020, 09:48 (GMT +4)
İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı keçirilib

13 Avqust 2020, 09:43 (GMT +4)
İran Fars körfəzində böyük bir xarici gəmiyə əl qoyub - ABŞ (VİDEO)

13 Avqust 2020, 09:31 (GMT +4)
Tovuzda minaatan mərmi aşkarlanıb

13 Avqust 2020, 09:20 (GMT +4)
Bu gün 20 minə yaxın abituriyent imtahan verəcək

13 Avqust 2020, 09:17 (GMT +4)
Makron Ruhani ilə Livan məsələsini müzakirə edib

13 Avqust 2020, 09:15 (GMT +4)
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edib (FOTO)

13 Avqust 2020, 09:10 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

13 Avqust 2020, 09:06 (GMT +4)
Putin və Makron Belarusdakı vəziyyəti müzakirə edib

12 Avqust 2020, 19:47 (GMT +4)
KİV: Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında, həbslər gözlənilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66