Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

18 İyun 2019, 12:29 (GMT +4)

Bakı, 18 iyun, SalamNews. İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili ilə görüşü olub.

SalamNews AZƏRTAC-a  istinadla xəbər verir ki, görüşdə IDEA və ÜTT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu tərəflər arasında gələcək fəaliyyət çərçivəsini və əməkdaşlıq sahələrini müəyyənləşdirir. Sənədə əsasən, hər iki təşkilat turizmin ekoloji dayanıqlığa təsir edən amillərdən biri kimi təşviq edilməsi istiqamətində birgə səylər göstərəcək.

İmzalanma mərasimindən sonra Leyla Əliyeva ilə Zurab Pololikaşvili arasında ikitərəfli görüş keçirilib. Görüşdə Leyla Əliyeva ÜTT tərəfindən dünyada turizmin inkişafının əlaqələndirilməsi istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirərək, turizm sektorunun inkişafının planetin dayanıqlı gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Leyla Əliyeva zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, Azərbaycanda bol təbii sərvətlər və rəngarəng coğrafi landşaftın mövcud olmasını qeyd edərək, həyata keçiriləcək birgə layihələrin ölkədə ekoturizmin inkişafına böyük töhfə verəcəyindən əminliyini vurğulayıb.

Zurab Pololikaşvili rəhbərlik etdiyi təşkilat ilə IDEA arasında əməkdaşlığın qurulmasından məmnunluğunu bildirərək, Azərbaycanın cəlbedici turizm məkanı kimi potensialının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili perspektivlərini müzakirə ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 Sentyabr 2019, 11:26 (GMT +4)
Nyu-York səfərində Ruhani ilə Tramp arasında heç bir görüş olmayacaq - İran

16 Sentyabr 2019, 11:22 (GMT +4)
"Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib

16 Sentyabr 2019, 10:36 (GMT +4)
BNA ilk dərs günündə yollardakı sıxlıqla bağlı əhaliyə müraciət edib

16 Sentyabr 2019, 10:35 (GMT +4)
İslam Əməkdaşlıq Təşkilatı Netanyahunun yeni ərazi iddiası haqda bəyanat verib

16 Sentyabr 2019, 10:16 (GMT +4)
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

16 Sentyabr 2019, 10:06 (GMT +4)
Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib

16 Sentyabr 2019, 09:45 (GMT +4)
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16 Sentyabr 2019, 09:41 (GMT +4)
Tramp Səudiyyədə neft təsisatlarına hücuma münasibət bildirib: Bilirik kim edib

16 Sentyabr 2019, 09:21 (GMT +4)
Elmar Məmmədyarov Avropaya yola düşüb

16 Sentyabr 2019, 09:07 (GMT +4)
Husilərin hücumundan sonra neftin qiyməti 19 faiz artıb

16 Sentyabr 2019, 09:00 (GMT +4)
Azərbaycanda yeni dərs ili başlayıb

15 Sentyabr 2019, 14:00 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statistik məlumatları açıqlayıb

15 Sentyabr 2019, 13:50 (GMT +4)
Birinci vitse-prezident şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

15 Sentyabr 2019, 13:40 (GMT +4)
Son 4 ildə 400 kənddə 350 min istehlakçının elektrik enerjisi təchizatı yaxşılaşdırılıb

15 Sentyabr 2019, 13:27 (GMT +4)
Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edir

15 Sentyabr 2019, 12:32 (GMT +4)
Bu gün Vasif Adıgözəlovun anım günüdür

15 Sentyabr 2019, 09:55 (GMT +4)
Mərkəzi Bank 150 milyon manat cəlb edir

15 Sentyabr 2019, 09:01 (GMT +4)
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

14 Sentyabr 2019, 21:00 (GMT +4)
“ABAD” stendi “Ən cəlbedici stend” mükafatına layiq görülüb (FOTOLAR)

14 Sentyabr 2019, 17:00 (GMT +4)
Yuqradan Azərbaycana “Neft yolu” təşkil olunacaq

14 Sentyabr 2019, 16:51 (GMT +4)
Ərdoğan Türkiyənin İdlibdə post patrul mövqelərilə bağlı Suriya hökumətinə xəbərdarlıq edib

14 Sentyabr 2019, 16:49 (GMT +4)
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir (FOTOLAR)

14 Sentyabr 2019, 16:30 (GMT +4)
AQTA nəzarət tədbirlərini daha da gücləndirir

14 Sentyabr 2019, 16:20 (GMT +4)
Əfqanıstan hökuməti sülh danışıqları ilə bağlı olan bütün addımları dayandırıb

14 Sentyabr 2019, 16:08 (GMT +4)
Dörd yunan-Roma güləşçimizin dünya çempionatındakı rəqibi müəyyənləşib

14 Sentyabr 2019, 15:55 (GMT +4)
Səkkiz sığortaçı attestasiyadan keçib

14 Sentyabr 2019, 15:40 (GMT +4)
Türkiyədə Gülən təşkilatı ilə bağlı daha 223 hərbçinin saxlanılması əmri verilib

14 Sentyabr 2019, 15:13 (GMT +4)
Azərbaycanın güləş millisi dünya çempionatına qələbə ilə başlayıb

14 Sentyabr 2019, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Meksikanın dövlət başçısına təbrik məktubu göndərib

14 Sentyabr 2019, 14:52 (GMT +4)
«Ən-Nusra» terror təşkilatı suriyalı qaçqınların İdlibi tərk etməsinə imkan vermir - KİV

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66