Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“SOCAR Turkey”in “EWE Turkey Holding”ə daxil olan şirkətləri almasına dair müqavilə imzalanıb

18 İyun 2019, 15:00 (GMT +4)

Bakı, 18 iyun, SalamNews. “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) Almaniyanın “EWE AG” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətlərini almasına dair müqavilə imzalanıb.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə STEAŞ məlumat yayıb.

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev həmin şirkətlərin STEAŞ-ın idarəçiliyi altında fəaliyyətini davam etdirərək Türkiyə və Azərbaycan iqtisadiyyatına əlavə dəyər qazandıracağını deyib.

"Bursagaz" və "Kayserigaz"ın şirkətlər qrupuna qatılması ilə Türkiyədəki təbii qaz üzrə fəaliyyət zəncirini tamamladıqlarını bildirən V.Əliyev "Millenicom"un da TANAP boru kəməri boyunca inşası davam edən 1850 kilometrlik "SOCAR Fiber" layihəsi ilə mühüm sinerji yaradacağını qeyd edib.

Xatırladaq ki, SOCAR bu il yanvarın 30-da “EWE Turkey Holding”i və qrupa daxil olan şirkətləri aldığını açıqlayıb.

2007-ci ildə Türkiyə bazarına daxil olan “EWE Turkey Holding” enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” vasitəsilə fəaliyyət göstərirdi. “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan “EWE Turkey Holding” 2017-ci ilin sonuna təxminən 2,4 milyard türk lirəsi dövriyyəyə malik olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Yanvar 2020, 10:28 (GMT +4)
İordaniya və Fələstin İordan vadisinin İsrailə əlavə edilməsi haqda xəbərdarlıq ediblər

24 Yanvar 2020, 10:23 (GMT +4)
Ötən ilin 11 ayı ərzində Azərbaycanda 129 min 183 körpə doğulub

24 Yanvar 2020, 10:11 (GMT +4)
ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib 

24 Yanvar 2020, 09:56 (GMT +4)
Azərbaycanın və Çilinin Xarici İşlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

24 Yanvar 2020, 09:52 (GMT +4)
İran ABŞ-ın İsmail Qəanini terrorla təhdid etməsinə münasibət bildirib

24 Yanvar 2020, 09:43 (GMT +4)
Millət vəkilliyinə namizəd Sərvər Süleymanlı secicilərə platformasını təqdim edib

24 Yanvar 2020, 09:22 (GMT +4)
Tramp Netanyahu və Beni Qantsı Vaşinqtona çağırıb

24 Yanvar 2020, 09:20 (GMT +4)
Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir - Baş katib

24 Yanvar 2020, 09:07 (GMT +4)
Cərrahiyyə Klinikasının həkimi ölkəmizdə ilkə imza atıb

23 Yanvar 2020, 18:02 (GMT +4)
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib

23 Yanvar 2020, 17:52 (GMT +4)
Daha 2 rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb

23 Yanvar 2020, 17:47 (GMT +4)
KİV: Tramp Twitter-dəki yazılarının sayına görə rekordunu yeniləyib

23 Yanvar 2020, 17:45 (GMT +4)
Dövlət Komitəsində kollegiya iclası keçirilib

23 Yanvar 2020, 17:28 (GMT +4)
Türkiyə C-400-ün NATO-nun müdafiə sisteminə daxil edilməsi təklif edib

23 Yanvar 2020, 17:12 (GMT +4)
Azərbaycanda 83 əcnəbi dövlət tərəfindən verilmiş qaçqın statusu əsasında yaşayır

23 Yanvar 2020, 17:12 (GMT +4)
Putinin İsrail rəsmilərilə görüşləri Qüds şəhərində baş tutub (FOTO)

23 Yanvar 2020, 16:58 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

23 Yanvar 2020, 16:51 (GMT +4)
İrəvanın mərkəzində atışma baş verib

23 Yanvar 2020, 16:41 (GMT +4)
Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

23 Yanvar 2020, 16:24 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsulları Dubayda sərgilənir

23 Yanvar 2020, 16:20 (GMT +4)
Almaniyada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

23 Yanvar 2020, 16:12 (GMT +4)
Bakı Beynəlxalq Avtovağzalında “LIBRAFF”ın oxu məntəqələri yaradılıb

23 Yanvar 2020, 16:06 (GMT +4)
ABAD” “food truck”-ı Şahdağ Qış-Yay Turizm Kompleksində fəaliyyətə başlayıb

23 Yanvar 2020, 15:57 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

23 Yanvar 2020, 15:56 (GMT +4)
Pentaqon mənbələri İraqda havadan müdafiə sistemlərin yerləşdiriləcəyini bildiriblər

23 Yanvar 2020, 15:49 (GMT +4)
Füzulidə məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb

23 Yanvar 2020, 15:43 (GMT +4)
Türkiyə Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır

23 Yanvar 2020, 15:30 (GMT +4)
Doktoranturaya və dissertanturaya xarici dil üzrə imtahan verəcək namizədlərin sayı açıqlanıb

23 Yanvar 2020, 15:20 (GMT +4)
Pompeo Rusiya və Kubanı tənqid edib

23 Yanvar 2020, 15:12 (GMT +4)
“Mastercard” yeni platforma yaradıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66