Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

19 İyun 2019, 10:59 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. Azərbaycanın idmançıları İtaliyada keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanıblar.

SalamNews Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Dörddəbir finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb. Belarus güləşçisinə də gücünü göstərən M.Əliyev finala vəsiqə qazanıb. İyunun 18-də keçirilən həlledici qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiya güləşçisi ilə görüşdə 0:3 hesabı ilə geridə olan idmançımız əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib və Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. N.Məmmədli növbəti qarşılaşmada türkiyəli güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisi ilə üz-üzə gələn idmançımız prinsipial qarşılaşmadan da üzüağ çıxıb. İlk hissədə qazandığı dörd xallıq üstünlüyü sonadək qoruyan pəhləvanımız finala çıxıb. İyunun 18-də keçirilən son görüş də güləşçimizin üstünlüyü ilə keçib. Belarus idmançısına vaxtından əvvəl qalib gələn N.Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançılarımızdan Xasay Həsənli qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk görüşdə macarıstanlı rəqibini vaxtından əvvəl məyus edib. Xorvatiyalı güləşçiyə ilk hissədə qalib gələn X.Həsənli yarımfinala yüksəlib. Lakin təmsilçimiz bu mərhələdə Rusiya idmançısına uduzub. Xasay iyunun 18-də üçüncü yer uğrunda görüşdə gürcüstanlı rəqibinə ilk hissədə qalib gəlməklə bürünc medalı boynundan asıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan ölüb

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində dəyişiklik olub

Namiq Əliyev yenidən Güləş Federasiyasının I vitse-prezidenti seçilib

Azərbaycan Güləş Federasiyasında yeni təyinat olub

Firdovsi Umudov Güləş Federasiyasının vitse-prezidenti təyin edilib

Güləş Federasiyasının vitse-prezidenti tutduğu vəzifədən azad edilib

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti: Hər komandamızdan 2-3 medal gözləyirik

Bizim idmançılara maaş vermək kimi bir öhdəliyimiz yoxdur - Güləş Federasiyası 

Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnirə start verilib

Güləş Federasiyası KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib

24 Sentyabr 2020, 09:31 (GMT +4)
Ermənistan silahlı qüvvələrini atəşkəs rejimini 69 dəfə pozub

24 Sentyabr 2020, 09:18 (GMT +4)
ABŞ Lukaşenkonun legitimliyini tanımaqdan imtina edib

24 Sentyabr 2020, 09:15 (GMT +4)
Tramp seçkilərdə uduzacağı təqdirdə iqtidardan dinc yolla gedəcəyilə bağlı söz verməyib

24 Sentyabr 2020, 09:15 (GMT +4)
Dövlət Komitəsi Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yayıb

24 Sentyabr 2020, 09:07 (GMT +4)
Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub

24 Sentyabr 2020, 08:53 (GMT +4)
Nazir Ceyhun Bayramov Gürcüstana gedib

23 Sentyabr 2020, 22:50 (GMT +4)
Cəlilabadda «Veteranlar evinin» problemləri həll edilib

23 Sentyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Bu gün daha 7 şagird virusa yoluxub

23 Sentyabr 2020, 18:00 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmaya görə anti-rekord qeydə alınıb

23 Sentyabr 2020, 17:40 (GMT +4)
Azərbaycanın 3 şəhəri YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib

23 Sentyabr 2020, 17:27 (GMT +4)
Misir prezidenti Xəlifa Haftarla görüşüb

23 Sentyabr 2020, 17:20 (GMT +4)
Azərbaycanda koronavirusdan ölənlərin sayı 580 nəfərə çatıb

23 Sentyabr 2020, 17:18 (GMT +4)
Mask "Tesla"nın daha ucuz versiyasının istihsal ediləcəyinə söz verib 

23 Sentyabr 2020, 17:16 (GMT +4)
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alınıb

23 Sentyabr 2020, 17:15 (GMT +4)
Rusiya Dövlət Dumasının Sədri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

23 Sentyabr 2020, 17:07 (GMT +4)
Gömrükçülər siqaret müsadirə edib

23 Sentyabr 2020, 16:49 (GMT +4)
Tramp COVID-19-la bağlı görülən tədbilərə görə özünü tərifləyib

23 Sentyabr 2020, 16:33 (GMT +4)
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

23 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan nümayəndə heyətinin Vyaçeslav Volodin ilə görüşü başlayıb

23 Sentyabr 2020, 16:15 (GMT +4)
TƏBİB: Əhalinin 20 faizinə peyvənd vurulması yetərlidir

23 Sentyabr 2020, 16:14 (GMT +4)
İran bölgəyə yeni daxil olan ABŞ aviadaşıyıcısını yerli PUA-larla izlədiyini bildirib (FOTO)

23 Sentyabr 2020, 16:12 (GMT +4)
Lavrov: Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır

23 Sentyabr 2020, 16:00 (GMT +4)
Millimizin futbolçusunun klubunda koronavirus aşkarlanıb

23 Sentyabr 2020, 15:52 (GMT +4)
Makron: AB Türkiyə ilə dialoqa hazırdır

23 Sentyabr 2020, 15:37 (GMT +4)
Əfqanıstan hökuməti ilə Talibanın danışıqlarında mühüm irəliləyiş əldə edilib

23 Sentyabr 2020, 15:28 (GMT +4)
Lənkəranda ümumi istifadədə olan 38 km yol yenidən qurulub

23 Sentyabr 2020, 15:15 (GMT +4)
AZAL Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır

23 Sentyabr 2020, 15:14 (GMT +4)
Lavrov: Paşinyanın Qarabağla bağlı açıqlamaları münaqişənin həllinə mane olur

23 Sentyabr 2020, 15:06 (GMT +4)
Naxçıvana yeni ambulanslar verilib

23 Sentyabr 2020, 14:57 (GMT +4)
İranda son sutkada 184 koronavirus xəstəsinin ölümü qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66