Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda bu il pensiyalar artırılacaq (RƏSMİ)

19 İyun 2019, 12:06 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə sərəncamların əhəmiyyətinə dair mətbuat konfransı keçirib. 

SalamNews xəbər verir ki, Vüsal Qasımlı mətbuat konfransında bildirib ki, ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaqdır.

Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə iki milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. İcraçı direktor əlavə edib ki, Prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır.

Vüsal Qasımlı əlavə edib ki, bu ilin əvvəlindən etibarən Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırki sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaqdır. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə multiplikator effekti ilə iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcəkdir.

V.Qasımlı həmçinin bildirib ki, bu ilin sonuna kimi pensiyaların artacağı gözlənilir. Belə ki, bu ilin sonuna kimi pensiyaların 200 manata kimi çatdırılması gözlənilir. Ümumiyyətlə isə 2019-cu il inqilabi sosial islahatlar ili kimi yadda qalacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi son 5 ildə yüksək həddə çatıb

Vüsal Qasımlı: "Büdcədə investisiya və cari xərclərə yenidən baxılır"

Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

Vüsal Qasımlı: Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır

Vüsal Qasımlı: Azərbaycanda fors-major halda əhalinin ərzaqla təminatı üçün kifayət qədər ehtiyat var

Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi yüksəlir

Vüsal Qasımlı: Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb

Vüsal Qasımlı: Azərbaycanda e-ticarətin artım sürəti ildə 2 dəfəyə yaxındır

Vüsal Qasımlı: Azərbaycan qlobal istedad rəqabətliliyi indeksində MDB-də liderdir

Vüsal Qasımlı: Azərbaycan MDB-də sosial göstəricilərə görə liderdir

Vüsal Qasımlı startapçılarla görüşüb

Vüsal Qasımlı UNDP missiyasını qəbul edib 

Vüsal Qasımlı VİSA İnternational şirkətinin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı: Prezident İlham Əliyevin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı

Vüsal Qasımlı: Martın 15-dək problemli krediti olanlara kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək

Vüsal Qasımlı İtaliyada beynəlxalq konfransda çıxış edib

Vüsal Qasımlı Parisdə “Avrasiya həftəsi” tədbirində çıxış edib

Vüsal Qasımlı ölkə başçısı tərəfindən təltif olunub

Vüsal Qasımlı "enterpriseazerbaijan.com" portalını Silikon Vadisində təqdim edib

Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb

08 İyul 2020, 20:35 (GMT +4)
Sona Tağıyeva «ASAN Xidmət»də yeni vəzifəyə təyin edilib  

08 İyul 2020, 18:00 (GMT +4)
Bakcell daha bir təşəbbüsə qoşulub

08 İyul 2020, 17:48 (GMT +4)
Gürcüstan Azərbaycanla sərhədlərin açılması üçün şərtini açıqlayıb

08 İyul 2020, 17:41 (GMT +4)
Mahmud Əhmədi-Nejad Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmana məktub yazıb - KİV

08 İyul 2020, 17:40 (GMT +4)
Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə köçürülən vəsait açıqlanıb

08 İyul 2020, 17:21 (GMT +4)
Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

08 İyul 2020, 17:15 (GMT +4)
“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

08 İyul 2020, 17:00 (GMT +4)
KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

08 İyul 2020, 16:48 (GMT +4)
İran vurulan təyyarənin kompensasiyası ilə bağlı Ukrayna ilə danışıqlar təklifini rədd edib

08 İyul 2020, 16:46 (GMT +4)
DİM: İyulun 10-da qəbul imtahanları keçiriləcək

08 İyul 2020, 16:44 (GMT +4)
Türkiyə Dəniz Qüvvələri Liviya suları yaxınlığında böyük hərbi təlim keçirir

08 İyul 2020, 16:32 (GMT +4)
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

08 İyul 2020, 16:20 (GMT +4)
Bakıda karantini pozan taksi sürücüsü saxlanılıb

08 İyul 2020, 16:20 (GMT +4)
Kreml Safronovun işi ilə bağlı açıqlama verib

08 İyul 2020, 16:03 (GMT +4)
Baş Prokurorluq: Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edilib

08 İyul 2020, 16:00 (GMT +4)
Ölkə ərazisində havanın temperaturu 6-8 dərəcə enəcək (XƏBƏRDARLIQ)

08 İyul 2020, 15:53 (GMT +4)
Çeçenistanda yenidən toyların banket zallarında keçirilməsinə icazə verilib

08 İyul 2020, 15:51 (GMT +4)
Suriya və İran arasında hərbi əməkdaşlıq üzrə yeni anlaşma imzalanıb

08 İyul 2020, 15:39 (GMT +4)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 

08 İyul 2020, 15:25 (GMT +4)
Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib

08 İyul 2020, 15:17 (GMT +4)
ÇXR-də 2.3 milyondan çox insan leysan yağışlarına görə fəlakət bölgəsində qalıb

08 İyul 2020, 15:00 (GMT +4)
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

08 İyul 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

08 İyul 2020, 14:40 (GMT +4)
Almaniyada son sutkada 397 COVID-19-a yoluxma qeydə alınıb

08 İyul 2020, 14:33 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

08 İyul 2020, 14:15 (GMT +4)
Ağcabədidə top mərmisi tapılıb

08 İyul 2020, 14:05 (GMT +4)
ABŞ Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edir

08 İyul 2020, 13:48 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 İyul 2020, 13:32 (GMT +4)
İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

08 İyul 2020, 13:30 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan COVID-19-a yoluxub  

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66