Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:49 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. Prezident İlham Əliyevin sərəncamları ilə bir çox sahələrdə çalışan insanların əmək haqqı 40 faiz artırılır.Ən önəmlisi minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Bir neçə ay bundan əvvəl isə minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmışdı. Beləliklə toplam artım təxminən 100 faizə bərabər olmuşdur. Minimum əməkhaqqının artırılması nəticəsində yüz minlərlə insanların maaşları 270-350 manat civarında artmış olacaq.

SalamNews-un məlumatına görə, bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun "Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir" adlı məqaləsində qeyd olunub.

Məqalədə qeyd edilir: "Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamları ilə 2003-cü ildən bu yana əməkhaqqı və pensiyalar dəfələrlə qaldırılıb. Bu, faktdır. Lakin 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində daha cəsarətli və əhəmiyyətli addımlar atılması ilə səciyyəvidir. İnsanların rifahının yaxşılaşdırılmasını özünün siyasətinin əsas məqsədi hesab edən Prezident İlham Əliyev bunu real həyatda əyani şəkildə təcəssüm etdirir. Xalqın həyat səviyyəsi sözün həqiqi mənasında gündən günə yaxşılaşır. Bu isə insanların xəyallarını gerçəkləşdirməsi üçün daha geniş imkanlar yaradır.

Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir. Məqsədimiz bu gələcəyə doğru inamla və qətiyyətlə irəliləməkdir. İndi sözüm vaxtilə iqtidarda olub Azərbaycanın bu gününə böhtan atanlaradır. Onlar hakimiyyətdə olduqları dövrdə əməkhaqqının artırılması ilə əlaqədar bir fakt belə xatırlayırlarmı? Ümumiyyətlə AXC-Müsavat hakimiyyətinin siyasi leksikonunda əməkhaqqının artırılması, insanların həyatının yaxşılaşdırılması anlayışları vardımı? Əlbəttə ki, yox idi. Çünki iflasa uğramış, ölkəni ağır iqtisadi tənəzzül vəziyyətinə salmış keçmiş hakimiyyətin bu barədə düşünməyə nə həvəsi var idi, nə də imkanı. Xəzinədə pul yox idi. Dövlət büdcəsiz işləyirdi. AXC-Müsavat hakimiyyəti dünyaya əcaib nümunə göstərmişdi: büdcəsiz dövlət.

Törətdikləri biabırçılıqların heç yüzdən birini də təşkil etməyən sadaladığım faktların “müəlliflərinin” bugünki firavan, müasir, inkişaf edən Azərbaycana böhtan atması insan əxlaqının eybəcərləşməsindən başqa bir şey deyildir.

Nə qədər böhtan atsalar da, nankorluq etsələr də möhtəşəm Azərbaycan özünün işıqlı gələcəyinə doğru inamla irəliləyir, insanlar isə bunun faydasını görür və bundan sonra da görəcəklər".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 İyul 2019, 18:47 (GMT +4)
"Azərişığ”ın rəhbəri Zaqatalada vətəndaşları qəbul edəcək

18 İyul 2019, 18:05 (GMT +4)
AQTA antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı sexi aşkarlayıb (FOTOLAR)

18 İyul 2019, 17:50 (GMT +4)
Bundestaq deputatı: Ümid edirəm digər ölkələr Azərbaycandan nümunə götürər

18 İyul 2019, 17:47 (GMT +4)
BDU Braziliya universitetləri ilə yeni əməkdaşlıq əlaqələri qurur

18 İyul 2019, 17:43 (GMT +4)
“Üzən günəş enerji sistemlərinin inkişafı” layihəsi müzakirə edilib

18 İyul 2019, 17:39 (GMT +4)
İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

18 İyul 2019, 17:32 (GMT +4)
Britaniya Sepah tərəfindən bir neft gəmisinin saxlanılmasına münasibət bildirib

18 İyul 2019, 17:20 (GMT +4)
Azərbaycandakı dini durum ABŞ Dövlət Departamentində müzakirə edilib

18 İyul 2019, 17:16 (GMT +4)
Mənbə: Ərdoğan Su-35 təyyarələrinin alınması ilə bağlı təklifi dəyərləndirəcək 

18 İyul 2019, 17:08 (GMT +4)
Bakcell sosial şəbəkələrdə ən yüksək nəticə göstərir

18 İyul 2019, 17:01 (GMT +4)
Nazirin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb

18 İyul 2019, 16:57 (GMT +4)
Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlanıb

18 İyul 2019, 16:43 (GMT +4)
Türkiyədə ağır yol qəzasında 15 miqrant ölüb

18 İyul 2019, 16:37 (GMT +4)
“Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq

18 İyul 2019, 16:32 (GMT +4)
KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

18 İyul 2019, 16:29 (GMT +4)
İraq-Suriya sərhədinə endirilən hava zərbələrində İŞİD-in 6 silahlısı ölüb

18 İyul 2019, 16:14 (GMT +4)
Bu il yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

18 İyul 2019, 16:05 (GMT +4)
Kreml Putin və Zelenskinin təkbətək görüşünün mümkünlüyünü şərh edib

18 İyul 2019, 16:01 (GMT +4)
Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL Qazaxıstanda beynəlxalq aviasiya forumunda iştirak edib

18 İyul 2019, 15:50 (GMT +4)
Yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

18 İyul 2019, 15:39 (GMT +4)
Rusiya quru qüvvələrinin İdlibdəki döyüşlərə qatılmasını təkzib edib

18 İyul 2019, 15:35 (GMT +4)
EYOF-da çıxış edəcək güləş yığmalarımızın heyəti açıqlanıb

18 İyul 2019, 15:34 (GMT +4)
Zelenski müdafiə sektorunda korrupsiya sxemi aşkar etdiklərini açıqlayıb

18 İyul 2019, 15:23 (GMT +4)
Azərbaycanın Müdafiə naziri İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

18 İyul 2019, 15:11 (GMT +4)
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib

18 İyul 2019, 14:55 (GMT +4)
Türkiya Silahlı Qüvvələri rəhbərliyi Suriya sərhədindəki hərbi birlikləri ziyarət edib

18 İyul 2019, 14:47 (GMT +4)
DGK-da görüş keçirilib

18 İyul 2019, 14:46 (GMT +4)
İran körfəzdə 1 milyon litr qaçaq neft daşıyan xarici gəmini saxladığını bildirib

18 İyul 2019, 14:34 (GMT +4)
Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

18 İyul 2019, 14:24 (GMT +4)
“Xonça”nın brend-şefləri Dünya İslam Kulinariya Konqresində Jüri qismində iştirak ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12