Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:18 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. Energetika Nazirliyi və Yaponiyanın “Mitsui” şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycanda iqtisadi baxımdan sərfəli bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu təşviq edəcək normativ bazanın yaradılması üçün əsas amillər müəyyənləşdiriləcək və inkişaf etdiriləcək.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, memorandumu energetika nazirinin müavini Samir Vəliyev və “Mitsui”şirkətinin Avropa, Orta Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Moçida Keniçi imzalayıb.

Nazir müavini Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji potensialı, bu sektorun inkişafına investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər barədə danışıb və “Mitsui” şirkəti ilə əməkdaşlığın ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişafına, birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini bildirib.

“Mitsui” şirkətinin vitse-prezidenti Moçida Keniçi isə bu sənədi bərpa olunan enerji sahəsində Azərbaycan -Yaponiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirib. Bildirilib ki, şirkət Azərbaycanda bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində həyata keçiriləcək layihələrə investisiya qoymaq niyyətindədir.

Görüşdə bərpa olunan enerji sahəsində gələcək əməkdaşlığın əsas hədəf və istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin “Mitsui” şirkətinin iştirakı ilə Braziliya, Yaponiya, Avstraliya və digər ölkələrdə reallaşdırılan külək, su, istilik, günəş, qaz, kömür elektrik stansiyaları layihələri barədə məlumat verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İlin 9 ayında Energetika Nazirliyi tərəfindən 160 icazə verilib

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1211 müraciət daxil olub

Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb

2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 86 icazə verilib

Bu ilin 6 ayı ərzində Energetika Nazirliyinə 830 müraciət daxil olub

Energetika Nazirliyində “Refex” qrupunun icraçı direktoru Anil Jain ilə görüş keçirilib

Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Bu il Energetika Nazirliyində 795 vətəndaş müraciətinə baxılıb

Energetika Nazirliyinin Çağrı Mərkəzinə I rübdə 548 müraciət daxil olub

Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb

Energetika Nazirliyi tərəfindən I rübdə 34 icazə verilib

Energetika Nazirliyində peyk müşahidəsi xidmətlərinin imkanları müzakirə edilib

Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb

Energetika Nazirliyi və Total Anlaşma Memorandumu imzalayıb

Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

Energetika Nazirliyinin 4 xidməti tam elektronlaşıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika Nazirliyi: Bu il “ASAN xidmət” mərkəzi vasitəsilə 242 icazə verilib

13 Oktyabr 2019, 23:25 (GMT +4)
Vasim Məmmədəliyev vəfat edib

13 Oktyabr 2019, 19:36 (GMT +4)
Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib

13 Oktyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda dəmir yolu işçiləri peşə bayramını qeyd edirlər

12 Oktyabr 2019, 17:00 (GMT +4)
Gürcüstanın Azərbaycana 6,87 milyon dollar dövlət borcu var

12 Oktyabr 2019, 16:54 (GMT +4)
KİV: Türkiyədə "Al Arabiya"nın müxbiri saxlanılıb

12 Oktyabr 2019, 16:40 (GMT +4)
Livan Suriya hökumətinin Ərəb Liqasına qaytarılmasını tələb edib

12 Oktyabr 2019, 16:39 (GMT +4)
ASK ilə Monteneqro Ticarət Palatası arasında saziş imzalanıb

12 Oktyabr 2019, 16:32 (GMT +4)
Makron Trampla Türkiyənin Suriyadakı əməliyyatının dayandırılmasının vacibliyindən danışıb

12 Oktyabr 2019, 16:20 (GMT +4)
ADA Universitetində Lütfi Zadənin irsinə həsr edilən konfrans keçiriləcək

12 Oktyabr 2019, 15:59 (GMT +4)
Husilər ABŞ-ın Səudiyyəyə yeni qüvvə göndərməsinə münasibət bildirib: Vyetnamdan ibrət götürün

12 Oktyabr 2019, 15:52 (GMT +4)
Vladimir Putin: Rusiya İran ətrafındakı vəziyyətin həlli üçün əlindən gələni edəcək

12 Oktyabr 2019, 15:41 (GMT +4)
MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası oktyabrın sonunda Bakıda keçiriləcək

12 Oktyabr 2019, 15:32 (GMT +4)
Putin Ermənistanın baş naziri ilə telefon danışığı keçirib

12 Oktyabr 2019, 15:17 (GMT +4)
Kürd bölmələri minlərlə İŞİD üzvünü sərbəst buraxacaqları ilə bağlı xəbərdarlıq ediblər

12 Oktyabr 2019, 15:10 (GMT +4)
Xəzərdə balıqçının itkin düşməsi ilə əlaqədar Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət olunub 

12 Oktyabr 2019, 14:58 (GMT +4)
"Barış Pınarı" əməliyyatının hədəfi terrorçulardır - TBMM sədri

12 Oktyabr 2019, 14:43 (GMT +4)
Vətəndaşı aldadaraq bank hesabından pul çıxaran şəxslər tutulublar

12 Oktyabr 2019, 14:27 (GMT +4)
Pompeo: ABŞ kürdlərə dəstək vermək niyyətindədir

12 Oktyabr 2019, 14:22 (GMT +4)
Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir

12 Oktyabr 2019, 14:08 (GMT +4)
İranın ilk hərbi rəsmisi neft gəmisinə edilən hücuma münasibət bildirib: Cavabsız qalmayacaq

12 Oktyabr 2019, 14:07 (GMT +4)
İstirahət günü Bakıda 22 dərəcə isti gözlənilir

12 Oktyabr 2019, 13:58 (GMT +4)
Türkiyə ordusu Suriyanın Ras əl-Ayn şəhərini nəzarətə götürüb

12 Oktyabr 2019, 13:45 (GMT +4)
“Nar vadisi” aqroturu təşkil edilib (FOTOLAR)

12 Oktyabr 2019, 13:28 (GMT +4)
Türkiyənin əməliyyatı fonunda kürdlər Dəməşqə nümayəndə heyəti göndəriblər

12 Oktyabr 2019, 13:16 (GMT +4)
Yaponiyada "Hagibis" tayfunu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb

12 Oktyabr 2019, 13:01 (GMT +4)
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

12 Oktyabr 2019, 12:46 (GMT +4)
Rusiyada qayıq batıb, ölən və itkin düşənlər var

12 Oktyabr 2019, 12:40 (GMT +4)
Müdafiə naziri: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur

12 Oktyabr 2019, 12:31 (GMT +4)
Azərbaycan prezidenti və Ermənistan baş naziri gərginliyin azaldılması imkanlarını müzakirə edib

12 Oktyabr 2019, 12:24 (GMT +4)
Özbəkistanlı İŞİD-çilərin 64 uşağı İraqdan Daşkəndə gətirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66