Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 14:46 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. Bu gün Beynəlxalq Qəzetçilər Cəmiyyətinin (Kuresel Gazeteciler Konseyi; Global Journalism Council) baş direktoru Mehmet Əli Dim Azərbaycan Mətbuat Şurasında olub.

Mətbuat Şurasından SalamNews-a verilən məlumata görə, parlament Jurnalistləri Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan-Türkiyə media əlaqələrinin hazırkı vəziyyətindən söhbət açaraq bildirib ki, hər iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri jurnalistlərin də qarşılıqlı əməkdaşlığının güclənməsinə təsir göstərməkdədir.

MŞ sədri eyni zamanda mövcud sahədə görüləcək işlərin çoxluğuna diqqət çəkib. O bildirib ki, Azərbaycan mediası Türkiyə ilə bağlı məsələlərdə hər zaman monolit mövqedən çıxır edir. Bu mövqe qardaş ölkənin dövlətçilik maraqlarının nəzərə alınmasına söykənmiş yaradıcılıq dəst-xəttinə əsaslanır. Ə.Amaşov rəhbərlik etdiyi qurumun xaricdəki nüfuzlu media təşkilatları ilə əlaqələrindən də söz açıb və vurğulayıb ki, qarşılıqlı əməkdaşlıqda başlıca məqsəd beynəlxalq miqyasda Azərbaycanla bağlı obyektiv rəyin formalaşmasına dəstək göstərməkdən, təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

M.Ə.Dim Azərbaycana səfərinin məqsədləri barədə məlumat verərkən bildirib ki, Beynəlxalq Qəzetçilər Cəmiyyəti tərkibində Türkiyə ilə yanaşı dünyanın bir sıra ölkələrinin jurnalistlərini də birləşdirir. BQC-nin kifayət qədər geniş platforma olduğuna dair fikirlərini bölüşən sədr əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi məsələlərin, mövcud xüsusda Azərbaycanın ədalətli mövqeyinin, həmçinin turizm potensialının təbliği üçün qurumun daha sıx fəaliyyət göstərməsinə ehtiyac duyulmaqdadır. O, səfərin bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

Görüşdə Türkiyənin bəzi media qurumlarında zaman-zaman Azərbaycanla bağlı yanlış məlumatların yayıldığına, bunun ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirildiyinə dair fikir mübadiləsi də aparılıb. Belə mənfi təmayüllərə qarşı mübarizə aparılmasının zəruriliyi əsaslandırılıb, qarşıdakı vəzifələr əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66