Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:03 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərilir. Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilir.

SalamNews xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. O bildirib ki, müntəzəm olaraq təhsil işçilərinin əməkhaqları artırılır, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır. Hələ 2015-ci ildə ölkə Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına əsasən, müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Təsadüfi deyil ki, ölkəmizdə təhsilin müasirləşdirlməsi məqsədilə seçilmiş məqsədyönlü fəaliyyət istiqaməti keyfiyyətin dayanıqlılığını təmin etmək və müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq üçün bütün potensial imkanlar səfərbər edilib. Odur ki, uğurların və islahatların parlaq nəticələrinin labüdlüyü hər birimizi daha əzmlə çalışmağa səsləyir.

Təhsil sahəsində aparılan islahatlar, dövlət proqramları, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi, həmçinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında”, “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında”, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları bir daha təhsilin dövlət başçısının daim diqqət mərkəzində olduğunun göstəricisidir.

Təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb infrastrukturunun inkişafı böyük əhəmiyyət kəsb edir. Təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumi təhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi olub. Son 15 ildə 3200-dən çox məktəb inşa edilib, əsalı təmir olunub, yeni tədris korpusları tikilib və ya tam yenilənib.

2018-2019-cu tədris ili ərəfəsində də paytaxtdakı əsaslı təmir edilmiş müəssisələr istifadəyə verilib. Bir çox məktəblərin açılış mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edib.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilin inkişafındakı rolu danılmazdır. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Heydər Əliyev Fondunun reallaşdırdığı tədbirlərin yalnız bir hissəsidir.

Danılmaz faktdır ki, dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir. Dövlət rəhbərinin təhsilə həssas münasibəti nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu isə ümumilikdə müəllim peşəsinə marağın artmasına səbəb olur. Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi diqqətin nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz arasında təkcə qadınlar deyil, kişilər də ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə böyük maraq göstərirlər.

Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Rəşad Tağıyev məzunların “Son zəng” tədbirinə qatılıb

Rəşad Tağıyev vətəndaşları qəbul edəcək

15 Avqust 2020, 18:12 (GMT +4)
Həkim-reanimatoloq Cavid Paşayev sağalaraq evə yazılıb

15 Avqust 2020, 17:00 (GMT +4)
Baş Nazir kənd inzibati ərazi dairələrilə bağlı qərar imzalayıb

15 Avqust 2020, 16:58 (GMT +4)
Minskdə aksiyalar zamanı ölən Aleksandr Taraykovski ilə vida mərasimi keçirilir

15 Avqust 2020, 16:48 (GMT +4)
Azərbaycanda qaz hasilatı artıb

15 Avqust 2020, 16:28 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvəndin ilk partiyası istehsal olunub

15 Avqust 2020, 16:23 (GMT +4)
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlanıb

15 Avqust 2020, 16:20 (GMT +4)
İraqda koronavirusa gündəlik yoluxma rekord həddə yüksəlib

15 Avqust 2020, 16:00 (GMT +4)
Xaçmazda narkotik becərən şəxslər saxlanılıb

15 Avqust 2020, 15:56 (GMT +4)
ABŞ və Fransa Yunanıstan və Türkiyə arasındakı dialoqun tərəfdarıdır

15 Avqust 2020, 15:49 (GMT +4)
Səudiyyə Ərəbistanı hökmən İsraillə əlaqələri normallaşdıracaq – Carid Kuşner

15 Avqust 2020, 15:31 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxanların sayı 21,357 milyonu keçib

15 Avqust 2020, 15:23 (GMT +4)
Lukaşenko və Putin Belarusdakı vəziyyəti müzakirə edib

15 Avqust 2020, 15:16 (GMT +4)
QMİ: Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək zəruridir

15 Avqust 2020, 15:00 (GMT +4)
AQTA kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar haqqında açıqlama yayıb (FOTO)

15 Avqust 2020, 14:57 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxanların sayı 21,357 milyonu keçib

15 Avqust 2020, 14:48 (GMT +4)
Lukaşenko saxlanmış “Vaqner” əməkdaşlarını Moskvaya təhvil verib

15 Avqust 2020, 14:33 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 340 mini keçib

15 Avqust 2020, 14:30 (GMT +4)
Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

15 Avqust 2020, 14:01 (GMT +4)
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilməyə başlanıb

15 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko Putinlə əlaqə yaratmaq niyyətində olduğunu açıqlayıb

15 Avqust 2020, 13:41 (GMT +4)
Sepah BƏƏ-nin İsraillə əlaqələri rəsmiləşdirməsini böyük xəyanət adlandırıb

15 Avqust 2020, 13:35 (GMT +4)
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

15 Avqust 2020, 13:20 (GMT +4)
Fransada kar və lallar üçün xüsusi maskalar istehsal ediləcək

15 Avqust 2020, 13:06 (GMT +4)
Rusiyada son sutkda koronavirusdan 119 nəfər ölüb

15 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

15 Avqust 2020, 12:51 (GMT +4)
TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

15 Avqust 2020, 12:50 (GMT +4)
Həkim Cavid Paşayev koronavirusdan sağalıb

15 Avqust 2020, 12:33 (GMT +4)
Həsən Ruhani BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

15 Avqust 2020, 12:30 (GMT +4)
Samirə Musayeva: Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq

15 Avqust 2020, 12:20 (GMT +4)
Faktiki hava: Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66