Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 18:03 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2019-cu ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edir.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen MMC”, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC “Aveta” MMC, “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, “Xaçmaz-Taxıl” MMC, “Xırman” MMC, “AZAQROTAXIL” MMC, “Sarı Sünbül” firması, “Azəri-Arapoğlu” US T.LTD BM və “SAF Ekspress Aqro” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 20-dən sentyabr ayının 1-nə kimi “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsullarının qiymətinin dəyişməsi ilə bağlı operativ tədbirlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsi arasında bağlanmış Razılaşmaya əsasən İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu üzvlərinin təkliflərinə əsasən yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

buğda üçün – 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)

buğda üçün – 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

buğda üçün – 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə):

bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq:

3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)

VI. Şüşəvarilik:

3-cü sinif buğda üçün – 40% -dən az olmamaqla

VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir

X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00 -dan 18:00 -a kimi):

“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;
“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, tel: 012-342-90-04; 050-488-88-80;
“Dəvəçi-Dəyirman MMC”: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
“Karat-Holdinq”: Xirdalan şəhəri, Samaxı şossesi-23, tel: 050-222-38-36;
“Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şossesi-23, tel: 050-265-80-75;
“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 050-320-64-54;
“N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;
“Muğan” ASC “, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;
“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 0-50-200-11-87;
“Karat-Holdinq” MMC-nin Şəki bölməsi, tel: 050-613-53-69;
“Xaçmaz-Taxıl” MMC: Xaçmaz şəhəri, tel: 050-590-18-36;
“Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
“SAF Ekspress Aqro” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
“Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel: 050 222 65 22;
“Azaqrotaxıl” MMC, Ağcabədi rayonu, Hindarxı kəndi, tel: 050-255-49-55;
“Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66.

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilir;
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda taxıl istehsalçılarına subsidiyanın necə ödəniləcəyi açıqlanıb

Azərbaycanda taxıl əkilmiş sahələrin 99,2%-i biçilib

Şamaxı İcra Hakimiyyəti taxıl sahəsindəki yanğınla bağlı məlumat yayıb

Şamaxıda taxıl sahələrində yanğın baş verib

Respublika üzrə 120963,5 hektar sahədə taxıl biçini aparılıb

İŞİD İraq və Suriyada minlərlə hektar taxıl zəmisini yandırıb (FOTO)

AQTA sədri taxıl istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüşüb

Nazirin iştirakı ilə Göygöldə taxılçılıqla bağlı respublika müşavirəsi keçirilib

Kənd Təsərrüfatı Nazirliyində taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib

AQTA sədri: 1500 ton taxıl məhsulu barədə zərərsizləşdirmə qərarı verilib

Ölkədə taxıl əkininə hazırlıq prosesinə həsr olunmuş müşavirə keçirilib

Şəkidə 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb

Göygöl rayonunda taxıl biçini başa çatıb

Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir

DİN: Şamaxıda biçilmiş taxıl sahəsini yandıran iki nəfər saxlanılıb

Füzulidə taxıl sahəsi yanıb

Azərbaycanda 900 min hektardan artıq sahədə taxıl biçilib

Goranboyda 200 ha taxıl sahəsi yanıb

Qəbələdə taxıl sahəsi yanıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Qarsa taxıl daşınıb

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:08 (GMT +4)
"Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib

20 Oktyabr 2019, 10:01 (GMT +4)
Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 Oktyabr 2019, 09:30 (GMT +4)
Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 09:05 (GMT +4)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66