Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” olub

20 İyun 2019, 14:25 (GMT +4)

Bakı, 20 iyun, SalamNews. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də rəsmi dəstəyi ilə keçirilən “NETTY 2019” Azərbaycanın milli internet müsabiqəsinin 15-ci mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə nazir Ramin Quluzadənin “NETTY” milli internet mükafatının 15 illik yubileyi münasibətilə müsabiqə iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Sonra çıxış edən nazir müavini “NETTY” müsabiqəsinin Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasında oynadığı əhəmiyyətli roldan danışıb.

Nazir müavini bu müsabiqənin ildən-ilə inkişaf etdiyini, yeniliklərə imza atdığını diqqətə çatdırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həmişə bu layihəyə dəstək olduğunu qeyd edən Elmir Vəlizadə dəstəyin davamlı olacağını vurğulayıb.

Daha sonra cari ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqram və layihələrin ən yaxşıları elan olunub.

“İlin İT hadisəsi” yeni açılan inzibati binada DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) tərəfindən avtomatlaşdırılmış xidmətlərin göstərilməsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi tərəfindən Azərbaycanda ilk blokçeyn layihəsinin işə salınması olub.

Qalib layihələr sırasında “saglamaile.az”, “atabank.com”, “bildilchin.az”,“shekiculture.az”, “local.az”, “limartis.az”, “4kids.az”, “swtravel.az”, “intangible.az”, “fb.com/eVisa Azerbaijan Asan”, “inloya.com”, “Balta cizgi serialı”, “BirBank” mobil tətbiqi yer alıb.

Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə mükafata Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev layiq görülüb.

Xatırladaq ki, “NETTY 2019” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Baş partnyoru “Nar”, qızıl partnyoru “AZCLOUD”, gümüş partnyoru “FOMINOV Consulting” şirkəti olan müsabiqənin partnyorları qismində Azərbaycan Respublikası Dövlət Turuzm Agentliyi, “BakuTel” sərgisi, “SmartHost”, “GoldenPay” şirkətləri və “Renley.az” veb-agentliyi çıxış edirlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

NRYTN və "Cisco" arasında əməkdaşlığa dair video-konfrans keçirilib

NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

NRYTN nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

NRYTN və Caspian European Club biznes-forum keçirəcək

Almaniya nümayəndə heyəti ilə NRYTN-də görüş keçirilib

Məsafə qət etmədən evlərə və ofislərə yeni telefon xətti çəkdirmək olar - NRYTN

14 Avqust 2020, 18:11 (GMT +4)
MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

14 Avqust 2020, 18:00 (GMT +4)
İstixanalardakı mövcud olan problemlərə dair videokonfrans keçirilib

14 Avqust 2020, 17:57 (GMT +4)
Kim Çen In yeni baş nazir təyin edib

14 Avqust 2020, 17:45 (GMT +4)
Trampın keçmiş vəkili onun Rusiyanın köməyi ilə seçkidə qalib gəldiyini açıqlayıb

14 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 103 nəfər yoluxub

14 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

14 Avqust 2020, 17:28 (GMT +4)
Belarus MSK prezident seçkilərinin yekun nəticələrini açıqlayıb

14 Avqust 2020, 17:17 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın 400 təhlükəli üzvündən 80-i sərbəst buraxıb

14 Avqust 2020, 17:13 (GMT +4)
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib

14 Avqust 2020, 17:00 (GMT +4)
Gələn həftədən tələbələrin köçürülməsinə başlanılır

14 Avqust 2020, 16:45 (GMT +4)
Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən uşaq bağçası aşkar edilib

14 Avqust 2020, 16:39 (GMT +4)
Putin Livana yeni səfir təyin edib 

14 Avqust 2020, 16:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

14 Avqust 2020, 16:17 (GMT +4)
Ərdoğan: Ankara BƏƏ ilə diplomatik münasibətləri dayandıra və səfirini geri çağıra bilər - VİDEO

14 Avqust 2020, 16:15 (GMT +4)
Azərbaycana vərəm əleyhinə 5 130 qutu dərman preparatı gətirilib

14 Avqust 2020, 16:09 (GMT +4)
Fələstinlilər əl-Əqsa məscidi qarşısında BƏƏ əleyhinə etiraz aksiyası keçiriblər (VİDEO)

14 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb

14 Avqust 2020, 15:47 (GMT +4)
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb

14 Avqust 2020, 15:37 (GMT +4)
ÜST koronavirusun qida ilə ötürülmə ehtimalını dəyərləndirib

14 Avqust 2020, 15:15 (GMT +4)
BDU-nun Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib

14 Avqust 2020, 15:14 (GMT +4)
Koronavirusa yoluxan Karakas meri vəfat edib

14 Avqust 2020, 15:00 (GMT +4)
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb

14 Avqust 2020, 14:50 (GMT +4)
İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb

14 Avqust 2020, 14:44 (GMT +4)
Lukaşenko Belarusu tərk etdiyinə dair xəbərləri təkzib edib

14 Avqust 2020, 14:30 (GMT +4)
Bu gün xalq artisti Alim Qasımovun ad günüdür

14 Avqust 2020, 14:15 (GMT +4)
Azərbaycanda iki COVID-19 xəstəsi həbs edilib (FOTO)

14 Avqust 2020, 14:12 (GMT +4)
İngiltərədə karantin tədbilərinin zəiflədilməsinə davam ediləcək

14 Avqust 2020, 14:05 (GMT +4)
İsrail mətbuatı Təl-Əvivlə rəsmi əlaqə quracaq növbəti ərəb dövlətlərinin adını açıqlayıb

14 Avqust 2020, 14:00 (GMT +4)
BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq

14 Avqust 2020, 13:45 (GMT +4)
Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66