Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Minskdə ikinci Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirilib

21 İyun 2019, 11:21 (GMT +4)

Bakı, 21 iyun, SalamNews. Minskdə ikinci Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirilib.

SalamNews xəbər verir ki, Azərbaycan Gününün təqdimatında respublikamızın Xalq artisti Tünzalə Ağayevanın milli, estrada və bəstəkar mahnılarını ifa etməsi alqışlarla qarşılanıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinin də qatıldığı təqdimatda ölkəmizin milli mətbəxi təqdim olunub. “Yallı” ansamblının rəqsi isə tədbirə əlavə rəng qatıb.

Qeyd edək ki, ikinci Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmançılar 200 medal dəsti uğrunda yarışacaqlar. İdmanın 8 növü üzrə yarışlar “Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunacaq.

Oyunlar zamanı Belarusun paytaxtına 4 mindən çox idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 Milli Olimpiya Komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışlar 650 beynəlxalq, 410 yerli hakim tərəfindən idarə olunacaq.

Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının 100-dən çox prezidenti və baş katibi, qitə dövlətlərinin idman nazirləri, Avropa Olimpiya Komitəsinin mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, qitə ölkələrinin Milli Olimpiya komitələrinin prezidentləri və baş katibləri, həmçinin Avropa dövlətlərinin prezidentləri, Baş nazirləri və yüksək vəzifəli şəxslərinin gəlməsi gözlənilir. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.

İkinci Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən “Dinamo”, “Minsk Arena”, “Çijovka Arena” stadionlarında keçiriləcək.

Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanmaları və mənzil başına rahat çatmaları işinə Belarus paytaxtının turizm, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bununla əlaqədar nəqliyyat xidmətinin kompleks planı hazırlanıb. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınıb.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. “Bakı 2015”də komanda hesabında aktivində 164 medal olan Rusiya millisi birinci yeri tutub. Rusiyalı idmançılar 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. Azərbaycan komandası 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) komanda hesabında ikinci yeri tutub. Birinci Avropa Oyunlarında Belarus yığması 43 medalla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir

Zelenski Minskdən dəstək istəyib - Lukaşenko

Azərbaycan hərbçiləri Minskdə keçirilən hərbi paradda iştirak ediblər

Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib

Minskdə ikinci Avropa Oyunlarının rəsmi açılış mərasimi olub

Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub

Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib

Güləşçilərimiz Minskdə 4 medal qazanıblar

Azad Rəhimov Minskdə II Avropa oyunlarının müzakirəsindədir

Minskdə XIX Dünya Rus Mətbuatı Konqresi işə başlayıb (FOTO)

Minskdə DYƏT Baş Direktorlar Konfransının iclası keçirilib

Azərbaycan boksçusu Minskdə bürünc medal qazanıb

AMEA-nın Dendrologiya İnstitutunun təşkilatçılığı ilə Minskdə beynəlxalq simpozium keçiriləcək

Türkiyə prezidenti Minskdə duz-çörəklə qarşılanıb

Minskdə Nar bayramı keçiriləcək

Minskdə MDB-yə üzv ölkələrin ekspert qrupunun iclası keçiriləcək

Minskdə MDB ölkələrinin dövlət başçılarının əlavə iclası keçiriləcək

Minskdə Leyla Əliyevanın Belarus dilində şeirlər kitabının təqdimatı olub

Minskdə MDB iştirakçısı olan dövlətlərin Gənclik Məsələləri üzrə Şurasının iclası keçirilib

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

21 Oktyabr 2019, 13:59 (GMT +4)
Amil Cavadov: Azərbaycan gəncliyi erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır

21 Oktyabr 2019, 13:50 (GMT +4)
Alyans rəsmisi: Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir

21 Oktyabr 2019, 13:45 (GMT +4)
Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

21 Oktyabr 2019, 13:42 (GMT +4)
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib

21 Oktyabr 2019, 13:39 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

21 Oktyabr 2019, 13:20 (GMT +4)
Çilidəki etirazlar nəticəsində 10 nəfər ölüb

21 Oktyabr 2019, 13:12 (GMT +4)
Xəzərdə zəlzələ olub

21 Oktyabr 2019, 13:02 (GMT +4)
İran nüvə sazişindəki öhdəliklərinin azaldılması ilə bağlı 4-cü addıma hazır olduğunu bəyan edib

21 Oktyabr 2019, 12:58 (GMT +4)
Bakıda “Çörək Müsabiqəsi” keçirilib

21 Oktyabr 2019, 12:54 (GMT +4)
Bakıda Xəzər İnşaat Həftəsi başlayır

21 Oktyabr 2019, 12:42 (GMT +4)
Rusiya Müdafiə Nazirliyi S-400 kompleksini alıb

21 Oktyabr 2019, 12:22 (GMT +4)
Türkiyə ABŞ ilə razılaşma pozularsa əməliyyatı  bərpa edəcək - Çavuşoğlu

21 Oktyabr 2019, 12:18 (GMT +4)
İran yenidən Türkiyəni rəsmi Dəməşqlə danışıqlar aparmağa çağırıb

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Bakı Elektron Ticarət Forumu keçirilir

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Şoyqu: Suriyada terrorçuların olduğu 12 həbsxana mühafizəsiz  qalıb

21 Oktyabr 2019, 11:49 (GMT +4)
“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

21 Oktyabr 2019, 11:39 (GMT +4)
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

21 Oktyabr 2019, 11:24 (GMT +4)
Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

21 Oktyabr 2019, 11:23 (GMT +4)
Suriya münaqişəsi yalnız siyasi yolla həll edilə bilər - Çavuşoğlu

21 Oktyabr 2019, 11:19 (GMT +4)
Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək

21 Oktyabr 2019, 11:15 (GMT +4)
“Beşiktaş” klubuna yeni prezident seçilib

21 Oktyabr 2019, 10:58 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

21 Oktyabr 2019, 10:53 (GMT +4)
Türkiyə 1500 km ərazini terrorçulardan azad edib - Ərdoğan

21 Oktyabr 2019, 10:51 (GMT +4)
Nensi Pelosi Əfqanıstana qəfil səfərə yollanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66