Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Xarici turistlər üçün “Yanardağ”a giriş haqqı artırılıb

21 İyun 2019, 15:36 (GMT +4)

Bakı, 21 iyun, SalamNews. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari il avqustun 1-dən etibarən xarici turistlər üçün qoruğa giriş haqqı 9 AZN olacaq.

Dövlət Turizm Agentliyindən SalamNews-a bildirilib ki, qiymət artımı yerli turistlərə şamil olunmur. Yerli ziyarətçilər üçün bu qiymət 2 AZN, tələbə biletini təqdim etməklə tələbələr üçün 1 AZN təşkil edir. 18 yaşınadək yeniyetmələr, Milli qəhrəmanlar, müharibə veteranları, I və II qrup əlillər üçün qoruğa giriş ödənişsizdir.

Bundan əlavə, “Yanardağ” və “Atəşgah məbədi" qoruqlarına giriş hüququ verən kombinə olunmuş 11 manatlıq biletlər, həmçinin qruplar üçün xüsusi güzəştlər mövcuddur.

Xarici turistlər üçün paket olaraq turlar təşkil edən turizm agentlikləri özləri haqqında məlumatı (ad, soyad, VÖEN, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) və iyulun 1-dək turizm xidmətlərinin göstərilməsinə dair rəsmi olaraq bağlanılmış qüvvədə olan müqavilələrini iyulun 20-dək info@yanardag.az email ünvanına göndərməklə qeydiyyatdan keçə və bununla da cari ilin sonunadək əvvəlki qiymətlərlə bilet əldə edə bilərlər.

Qeyd olunan şərtlər yalnız göstərilən tarixə qədər (20 iyul 2019-cu il) qeydiyyatdan keçən şirkətlərə şamil olunacaq.

Turistlərin rahatlığı üçün qoruğa giriş biletləri bilet satışı ofisi ilə yanaşı, www.iticket.az və qoruğun rəsmi veb-saytından (www.yanardag.az) onlayn əldə edilə bilər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 17 iyul 2018-ci tarixli Sərəncamına əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə genişmiqyaslı bərpa-yenidənqurma işlərinin başa çatdırılması ilə əlaqədar iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoruğun açılış mərasimi baş tutub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Leyla Əliyeva “Yanardağ” Qoruğunda keçirilən yoqa və poeziya axşamında iştirak edib

Dövlət Turizm Agentliyi “Yanardağ” qoruğuna mediatur təşkil edib

Prezident İlham Əliyev “Yanardağ” qoruğunun açılışında iştirak edib

"Yanardağ" qoruğunda müasir turizm infrastrukturu yaradılacaq

21 Oktyabr 2019, 12:58 (GMT +4)
Bakıda “Çörək Müsabiqəsi” keçirilib

21 Oktyabr 2019, 12:54 (GMT +4)
Bakıda Xəzər İnşaat Həftəsi başlayır

21 Oktyabr 2019, 12:42 (GMT +4)
Rusiya Müdafiə Nazirliyi S-400  kompleksini alıb

21 Oktyabr 2019, 12:22 (GMT +4)
Türkiyə ABŞ ilə razılaşma pozularsa əməliyyatı  bərpa edəcək - Çavuşoğlu

21 Oktyabr 2019, 12:18 (GMT +4)
İran yenidən Türkiyəni rəsmi Dəməşqlə danışıqlar aparmağa çağırıb

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Bakı Elektron Ticarət Forumu keçirilir

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Şoyqu: Suriyada terrorçuların olduğu 12 həbsxana mühafizəsiz  qalıb

21 Oktyabr 2019, 11:49 (GMT +4)
“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

21 Oktyabr 2019, 11:39 (GMT +4)
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

21 Oktyabr 2019, 11:24 (GMT +4)
Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

21 Oktyabr 2019, 11:23 (GMT +4)
Suriya münaqişəsi yalnız siyasi yolla həll edilə bilər - Çavuşoğlu

21 Oktyabr 2019, 11:19 (GMT +4)
Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək

21 Oktyabr 2019, 11:15 (GMT +4)
“Beşiktaş” klubuna yeni prezident seçilib

21 Oktyabr 2019, 10:58 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

21 Oktyabr 2019, 10:53 (GMT +4)
Türkiyə 1500 km ərazini terrorçulardan azad edib - Ərdoğan

21 Oktyabr 2019, 10:51 (GMT +4)
Nensi Pelosi Əfqanıstana qəfil səfərə yollanıb

21 Oktyabr 2019, 10:37 (GMT +4)
Alpaqut üzrə IV Azərbaycan kubokunun qalibləri müəyyənləşib

21 Oktyabr 2019, 10:27 (GMT +4)
Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

21 Oktyabr 2019, 10:18 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrində bir qram kimyəvi silah yoxdur - Hulusi Akar

21 Oktyabr 2019, 10:09 (GMT +4)
ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmaq prosesini sürətləndirib (VİDEO)

21 Oktyabr 2019, 09:58 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Oktyabr 2019, 09:44 (GMT +4)
Pentaqon rəhbəri ABŞ-ın Suriyada İŞİD-ə qarşı əməliyyatlarını istisna etmir

21 Oktyabr 2019, 09:41 (GMT +4)
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

21 Oktyabr 2019, 09:29 (GMT +4)
Yaşıl dəhliz buraxılış sistemindən istifadə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib

21 Oktyabr 2019, 09:27 (GMT +4)
Livanda aksiyalar 6-cı günə daxil olub - Hökumət islahat paketini açıqlamaq istəyir

21 Oktyabr 2019, 09:25 (GMT +4)
Marine Le Pen Türkiyəni NATO-dan çıxarmağı təklif edib

21 Oktyabr 2019, 09:11 (GMT +4)
Tbilisidə Ərbəin günü ilə bağlı dinlərarası beynəlxalq konfrans keçirilib (FOTO)

21 Oktyabr 2019, 09:01 (GMT +4)
UEFA “Qarabağ”ı cərimələyib

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66