Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində könüllülər üçün xüsusi bölmə yaradılıb

21 İyun 2019, 15:57 (GMT +4)

Bakı, 21 iyun, SalamNews. Vergilər nazirinin əmri ilə "Vergi orqanlarında könüllü fəaliyyətin təşkilinə dair Tədbirlər Planı", həmçinin Vergilər Nazirliyinin və könüllülərin vəzifə və hüquqlarını özündə əks etdirən "Haqqı ödənilməyən (könüllü) fəaliyyət haqqında müqavilə" forması təsdiq olunub. Bununla əlaqədar nazirliyin rəsmi internet səhfəsində vergi orqanlarında könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün xüsusi bölmə yaradılıb. Burada könüllü fəaliyyətin təşkili qaydaları, müraciət forması və digər zəruri məlumatlar yer alıb.

Vergilər Nazirliyində könüllü kimi fəaliyyət göstərmək istəyən şəxslər bölmənin "Necə müraciət etməli?" hissəsinə daxil olaraq könüllü olmaq məqsədilə nazirliyə müraciət edə bilərlər.

Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı"nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, gənclərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirilməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə vergi orqanlarında da müvafiq tədbirlər keçirilir. Saytda xüsusi bölmənin yaradılması da bu tədbirlərin tərkib hissəsidir.

Qeyd edilməlidir ki, artıq Bakı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərində 15 könüllü fəaliyyət göstərməyə başlayıb. Onlarla görüşlər keçirilib, müvafiq təlimatlandırma aparılıb. Ümumiyyətlə, ilkin mərhələdə Bakı, Sumqayıt, Şirvan, Lənkəran, Gəncə, Goranboy və Şəmkir şəhərlərində yerləşən xidmət mərkəzlərində 30 nəfər könüllünün fəaliyyət göstərəcəyi nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vergilər Nazirliyi vergi ödəyicilərinə təşəkkür edib

Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib

Vergilər nazirinin birinci müavini Xaçmazda vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək

Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

Livanda Whatsapp-a tətbiq edilən vergilər kütləvi etiraz aksiyalarına səbəb olub

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

Vergilər naziri: Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil

Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq “Relaks” istirahət mərkəzi ilə bağlı məlumat yayıb

Vergilər Nazirliyi: 6 ayda qeyri-dövlət sektorunda 77 mindən çox yeni müqavilə qeydə alınıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib

Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

21 Yanvar 2020, 16:45 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsullarının BƏƏ-nin ixracı imkanları müzakirə edilib

21 Yanvar 2020, 16:25 (GMT +4)
AzTU-da vorkşop keçirilib

21 Yanvar 2020, 16:13 (GMT +4)
İtaliyada evlər 1 avroya satışa çıxarılıb

21 Yanvar 2020, 16:00 (GMT +4)
Nazir müavini: Ölkəmizdə media təhsili üçün maneə yoxdur

21 Yanvar 2020, 15:58 (GMT +4)
Oman Sultanlığının XİN rəhbəri son iki həftədə ikinci dəfə olaraq Tehrana gedib

21 Yanvar 2020, 15:43 (GMT +4)
“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub

21 Yanvar 2020, 15:25 (GMT +4)
Tramp iqtisadi forumda iştirak etmək üçün Davosa gedib

21 Yanvar 2020, 15:07 (GMT +4)
Nazirlik: Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

21 Yanvar 2020, 14:58 (GMT +4)
Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı olub

21 Yanvar 2020, 14:50 (GMT +4)
Ərəblərə qalib gəldik, indi əsas hədəfimiz İrana qalib gəlməkdir - Netanyahu

21 Yanvar 2020, 14:50 (GMT +4)
ÜST Çində yayılan yeni koronavirus səbəbiylə təcili iclas keçirəcək

21 Yanvar 2020, 14:25 (GMT +4)
İnterpolun keçmiş rəhbəri 13,5 illik həbs cəzasına məhkum edilib

21 Yanvar 2020, 14:13 (GMT +4)
İŞİD-in «neft-qaz naziri» öldürülüb

21 Yanvar 2020, 13:31 (GMT +4)
Bakı Ali Neft Məktəbinin yeddi tələbəsi İspaniyada təhsil alacaq

21 Yanvar 2020, 13:18 (GMT +4)
Pompeo: ABŞ Venesuelada hakimiyyəti dəyişdirməyə çalışır

21 Yanvar 2020, 13:06 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

21 Yanvar 2020, 12:51 (GMT +4)
Ağ Ev Donald Trampın Davos görüşləri barədə məlumat yayıb

21 Yanvar 2020, 12:42 (GMT +4)
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

21 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Cənubi-Koreya da Hörmüzə hərbi gəmi göndərir

21 Yanvar 2020, 12:22 (GMT +4)
Quterreş BMT Təhlükəsizlik Şurasına Liviya  konfransının nəticəsi barədə məlumat verəcək

21 Yanvar 2020, 12:12 (GMT +4)
“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

21 Yanvar 2020, 12:09 (GMT +4)
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

21 Yanvar 2020, 11:57 (GMT +4)
Fransada hücum hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb

21 Yanvar 2020, 11:40 (GMT +4)
Husilər 116 hərbçinin ölümünə səbəb olan raket hücumunun məsuliyyətini qəbul etməyiblər

21 Yanvar 2020, 11:32 (GMT +4)
DİM yeni model əsasında sınaq imtahanı keçirəcək

21 Yanvar 2020, 11:22 (GMT +4)
Sudanda partlayış nəticəsində 7 nəfər ölüb

21 Yanvar 2020, 10:54 (GMT +4)
Süleymaninin xələfi: Generalı namərdcəsinə vurdular, amma biz üzbəüz vuracağıq

21 Yanvar 2020, 10:53 (GMT +4)
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb

21 Yanvar 2020, 10:51 (GMT +4)
Çində sətəlcənim yeni növündən ölənlərin sayı 4-ə çatıb 

21 Yanvar 2020, 10:40 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66